Məhkəmə qərarları › İş №2(058)-159/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-159/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-159/2023 03.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-165A KOD 50706028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yeddinci şəxs X8 adına olan torpaq payının ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Samux Rayonu Alıuşağı kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilməklə həmin torpaq sahəsinə dair onlara JN-165A KOD 50706028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun adı səhvən “X17” kimi qeyd olunmuşdur. Samux rayon Aqrar İslhat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş sözügedən torpaq sahəsinə dair mülkiyyət sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ərizəçi onun əridir. Ərigil ailədə dörd qardaş bir bacı olmaqla beş övlad olublar. Eldarın qardaşı Bəxtiyar vəfat edib. Qardaşı Malikə el arasında Elbəyi də deyirlər. Torpağa mülkiyyət sənədində ərinin adı yalnışlıq olaraq Elbəyi kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, Eldar onun atasıdır. Atasının üç qardaşı, bir bacısı olmaqla onlar ailədə dörd uşaq olublar. Bəxtiyar adlı qardaşı vəfat edib. X27 də deyirlər. Atasının adı mülkiyyət sənədində səhvən Elbəyi kimi qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********42 nömrəli bildirişindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunmadığından ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50706028 nömrəli şəhadətnamədən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 saylı qərarı ilə 0.13 hektar torpaq sahəsi X12, X9, X13, X14, X16, X15 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci tarixli, 111 nömrəli arayışdan görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 08 saylı qərarı ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən JN-165A KOD 50706028 saylı şəhadətnamədə Ərizəçi adı texniki olaraq səhvən X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı əslində “Ərizəçi” olsa da, Samux Rayon Aqrar İslahat Komissiyasından verilmiş JN-165A KOD 50706028 saylı “Torpağı mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adı “Elbəyi”, ata adı isə “Edil” kimi göstərilmişdir. Həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyası artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X3, X1, X4, X5, X7, X6 və X8 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50706028 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli qərarına əsasən X3, X1, X4, X5, X7, X6 və X8 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50706028 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar