Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-174/2025 05.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, ərizəçi X11 və Maraqlı şəxs aparıcı məsləhətçi - nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi X11 qohumuluq münasibətində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X21 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü ci ildə vəfat etmiş X22 ilə qohumluq münasibətində olması, yəni X12 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Samux rayonunun Kolayır kəndində doğulmuş, hal- hazirda Kolayır kəndində yaşayır. X5 30 may 2014-cü il tarixdə ölmüşdür. X2 da vəfat etmişdir. Valideyinlərinin rəsmi nigahları olmadıgı ücün onun doğum şəhadətnaməsində ata qrafasında hec nə yazılmamışdır. Atalarından qalan mülkü mübahisəni həll edə bilmir, onun doğum şəhadətnaməsində ata qrafasında həç nə qeyd edilmədiyi üçün sənədlərini aidiyyatı orqanlar qəbul etmir. Onun doğum haqqında şəhadətnaməsində dəyişiklik etmək üçün Samux rayon müraciət etmiş, onun məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də xx.xx.2014-cü il tarıxdı vəfat etmiş X12 onun doğma atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi X21 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 izahat verərək bildirdiki, ərizəçinin X5 ilə X2 arasında rəsmi nikah olmadığı üçün X11 doğum şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. Arxivə də baxılan zaman sözügedən şəxslərin nikahlarının rəsmiləşdirilməsinə dair heç bir sənəd aşkar olunmamışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi X21 onun qardaşıdır. X3 onların atası, mərhum X14 isə anasıdır. Ailədə 4 uşaq olublar. X12 ərizəçi, yəni onun qardaşı X11 atası olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, ərizəçi onun qonşusudur. Onun X5, anası isə X14 olub, hazırda onlar vəfat ediblər. Onların dörd uşağı olub: Razilə, Famil, Rahilə və ərizəçi Zabir. X12 ərizəçi X11 atası olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi onun qohumudur. Onun X5, anası isə X14 olub, hazırda onlar vəfat ediblər. Onların dörd uşağı olub: Razilə, Famil, Rahilə və ərizəçi Zabir. X12 ərizəçi X11 atası olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, ərizəçi onun qonşusudur. Onun X5, anası isə X14 olub, hazırda onlar vəfat ediblər. Onların dörd uşağı olub: Razilə, Famil, Rahilə və ərizəçi Zabir. X12 ərizəçi X11 atası olması faktını təsdiq edir. İş materiallarında olan sənədlər: АЗ-680288 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş X13 X2dır. АЗ-680289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə doğulmuş X6 X2dır. AZ-470818 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 dekabr 1966-cı il tarixdə doğulmuş X7 X2dır. AZ-T№ 273012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1964-cü il tarixdə doğulmuş X11 X2dır. AZ-İ № 664531 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2014-cü il tarixdə ölmüşdür. AZ- № 056129 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 aprel 2000-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, X11 xx xxxx 1964-cü ildə Samux rayonunda anadan olması, ana soyadı ilə doğum haqqında şəhadətnamə alması, doğum haqqında şəhadətnamədə valideynlərinin nikahlarının olmadığına görə anasının adı, soyadı, atasının adı yazılsa da ata haqqında məlumatların yazılmamasını göstərmiş, Maraqlı şəxs tərəfindən ona atalığın müəyyən olunaraq ata haqında məlumatları daxil etməklə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün məhəkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Samux Rayon Hakimiyyəti Başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 6 mart 2023-cü il tarixli arayışından görünür ki, X17 xx.xx.2000-ci il tarixdə vəfat edib və həmin günədək Samux rayon Samux şəhərində (keçmiş Kolayır kəndi) qeydiyyatda olub və yaşayıb, vəfatından sonra onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır. Əri: X22 (vəfat edib), oğlu: X23, qızı: X8, oğlu: Ərizəçi, qızı: X18. Azərbaycan Respublikası Samux Rayon Hakimiyyəti Başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 19 noyabr 2024-cü il tarixli arayışından görünür ki, X22 xx.xx.2014-cü il tarixdə vəfat edib və həmin günədək Samux rayon Samux şəhərində (keçmiş Kolayır kənd) qeydiyyatda olub və yaşayıb. Mərhumun vəfatından sonra onun aşağıdadı tərkibdə ailə üzvləri qalmışdır. qızı: X8, oğlu: X23, qızı: X18, oğlu: X21. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi X19 doğum haqqında şəhadətnamə verilərkən onun ata və anası arasında rəsmi nikah olmadığındann ata qrafası boş saxlanılmışdır. İş materiallarındakı sənədlərlə və şahid ifadələri ilə müəyyən olunur ki, X22 və X14 ərizəçinin valideynləri olmuşdur və onlar hazırda vəfat etmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin X22 ilə qohumluq münasibətində olması faktı, yəni X12 ərizəçi X11 atası olması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1 maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 2-ci bəndində göstərilir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran qohumluq faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən xx.xx.2014-cü ci ildə ölmüş X12 ərizəçi X11 atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2014-cü ci ildə vəfat etmiş X12 ərizəçi X11 atası olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-174/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-174/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver