Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-194/2025 21.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə doğulmuş oğlu X1 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdə X6 adlı övladı doğulmuşdur. X6 anadangəlmə uşaq autizmi kanner sindiromlu doğulmuşdur. X12 gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuludur. X1 öz hərəkətlərinin mənasını anlaya bilməməsi haqqında rəsmi sənədlərdə öz əksini tapmışdır .Bu səbəbdən də X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin olunması barədə Samux Rayon Məhkəməsinin 2(058)-194/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş ekspert rəyi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Samux Rayon İcra hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri, alınmış ekspert rəyini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İİİ № 244730 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-cı il tarixdə Samux rayonunda doğulmuş X1 atası Ərizəçi, anası X3r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli № 7039 tibbi sənəddən görünür ki, X4 uşaq autizmi, Kanner sindromu F84.0 X12 gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli № 572/22 tibbi sənəddən görünür ki, X2 F84.0 - F71.1 - Uşaq autizmi kanner sindromu, X12 gerilik. Qulluq və müalicə tələb olunan cidi X8 İQ39 diaqnozu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 X7 Şöbəsi tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, 447 nömrəli ekspert rəyindən görünür ki, ekspert psixiatr bu qənaətə gəlmişdir ki, yoxlanılan şəxs X2 “X12 Gerilik, X8“ (F 71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, orta ümümtəhsil məktəbində təhsil almaması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, yaddaş və intellekt funksiyalarının xeyli aşağı olması və sair) sübut edir. X6 X12 gerilik, X8 xəstəlikiyindən əziyyət çəkir. X6 X12 gerilik, X8 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına deyildir. X5 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2007-ci il tarixdə doğulmuş X1 atası olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X6 əqli inkişafdan geri qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb, tam idarə etmək iqtidarında deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Samux rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-194/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-194/2025
21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver