Məhkəmə qərarları › İş №2(058)-202/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-202/2024

07.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-202/2024 07.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq altsisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq altsisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 28 fevral 2019-cu il tarixdən 05 sentyabr 2020-ci il tarixinə qədər cavbdeh Cavabdehndə katibə vəzifəsində işləmişdir. Cavabdehin hüquqi ünvanı ünvan 1şaat işləri ilə məşğul olurdu. Lakin hal-hazırda cavabdeh ona məlum olmayan səbəblərdən yoxa çıxmışdır. Eşitdiyinə görə cavabdehin rəhbəri dünyasını dəyişmiş və o, rəsmi olaraq onun harada fəaliyyət göstərməsini sorğulasa da, cavabdehin fəaliyyət göstərdiyi ünvanı müəyyən edə bilməmiş, həmçinin cavabdehin hüquqi varisini tapa bilməmişdir. Onun cavabdehlə bağladığı əmək müqaviləsinə cavabdehin təqsiri ucbatından indiyənə qədər xitam verilməmiş, bu isə onun hər hansı bir işə daxil olaraqa çalışmasına mane olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin hüquqi ünvanının həmin ərazidə olmasına baxmayaraq, hüquqi şəxsin fəaliyyəti ilə bağlı onlarda heç bir məlumatın olmadığı və məhkəmə bildirişinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 bildirdi ki, onlarda olan məlumata görə Cavabdeh səlahiyyətli şəxsi həbsdədir. Onlara eyni mahiyyətli bir neçə fiziki şəxslər tərəfindən müraciətlər olunmuşdur. Belə ki, elektron sistemə yerləşdirilmiş əmək müqaviləsi bildirişi həmin şəxslərin işə girməsinə maneçilik törədir. Onlar yalnız elektron sistemdə yerləşdirilmiş əmək müqaviləsi bildirişini sistemdə görə bilirlər, lakin sözügedən müqavilədən heç bir məlumatları yoxdur. Bu halda isə həmin məsələyə yalnız məhkəmə tərəfindən baxıla bilər. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş " X9" MMC-dən işdən azad olunmasına baxmayaraq ƏMAS-da əmək müqaviləsi bildirişi qüvvədə olaraq əks olunmuşdur. Vətəndaş xahiş edir qüvvədə olan əmək müqaviləsi bildirişinin altsistemdə qanunvericiliyə uyğun olaraq xitam verilməsinə köməklik göstərilsin. Qeyd: vətəndaş sözügedən cəmiyyətin rəhbərliyi və ünvanı barədə heç bir məlumatı olmadığını qeyd edir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildirişdə işçi kimi İddiaçı göstərilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2019-cu il kimi qeyd olunmuş və həmin bildiriş xx.xx.2020-ci il tarixdə X2 tərəfindən imzalanaraq sistemə daxil edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublilkasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab mətubunda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məumatlara əsasən təsisçisi X2 olan Cavabdeh xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alındığı, MMC-nin rəhbərinin X2, hüquqi ünvanının ünvan 2rın (cəmiyyətlərin,.birliklərin, ittifaqların) fəaliyyəti” olduğunun müəyyən edildiyi, xx.xx.2023-cü il tarixə MMC-nin fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublilkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanan 16 mart 2023cü il tarixli məktubundan görünür ki, İddiaçı izah edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli, işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra hakimiyyəti başçısının Hacıallı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh Samux rayonun Hacıallı kəndində qeydiyyatda olsada, fəaliyyəti ilə bağlı onlarda heç bir məlumat yoxdur və məhkəmə bildirişinin hüquqi şəxsə təqdim edilməsi mümkün olmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı, o, 28 fevral 2019-cu il tarixdən 05 sentyabr 2020-ci il tarixinə qədər cavbdeh Cavabdehndə katibə vəzifəsində işləmiş, lakin halhazırda orada işləmir və cavabdehin harada fəaliyyət göstərməsi ona məlum deyil. Həmin müəssisədə işləmədiyi halda sözügedən əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsi bildirişinin sistemdə mövcud olması onun digər işə daxil olaraq çalışmasına mane olur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda Cavabdeh MMC-də işləmədiyi və həmin hüquqi şəxs tərəfindən ona əmək haqqı ödənilmədiyi, cavabdehin harada və hansı fəaliyyətlə məşğul olması barədə heç bir məlumat olmadığı halda iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində mövcud olması iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırır. Halbuki həmin bildirişin sistemdə yerləşdirilməsi və qeydə alınması üçün əsas olmuş əmək müqaviləsi mövcud deyil. Hansı ki, əmək müqaviləsi mövcud olduğu təqdirdə əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, sözügedən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin: 6-cı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin məcəllə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddənin:

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəti orqanı olan X4 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. “X9" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar