Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-218/2025 06.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, X2 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla ədsaslandılrmışdır ki, baldızı X4 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. O, anadan gəlmə əlildir. Belə ki, X4 ( F72 ağır dərəcəli əqli gerilik, ağır dərəcəli dəli gerilik, İQ20 kənar şəxsin qulluq və köməyinə ehtiyacı olan) diaqnozu ilə İ qrup əlil olmaqla əmək qabliyyətsizdir. X3 2015-ci ildən bu günə kimi faktiki olaraq o baxır. N.Məmmədova özünü idarə edə bilmir, bu səbəbdən də onun fəaliyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəsinin təmin olunmasını məhkəmədn xahiş edir. Məhkəmə iclasında iştrak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X4 onun baldızıdır. O, xx.xx.1984-cü il tarixdə anadan olmuşdur, anadangəlmə əlildir. X5 2015-ci ildən bu günə kimi faktiki olaraq o baxır. Nuranənin anası sağ olmasına baxmayaraq, Nuranəyə məhz o baxdığı üçün şəxsin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə də məhkəməyə o müraciət edib. Ərizəsinin tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: İX-ЖГ №479541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984cü il tarixdə doğulmuş X2 atası X6, anası X1r. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışın surətindən görünür ki, X2 əmək qabilyyətsiz olduğu, xəstəlik diaqnozunun F72 ağır dərəcəli əqli gerilik olduğu və kənar şəxsin qulluq və köməyyinə ehtiyacı olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə ərizənin rədd olunmasına dair qənaətini, ərizəçinin belə bir ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə əsaslandırır. Belə ki, qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının və ya psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qadırılmalıdır. Hazırki işdən isə aydın olur ki, ərizəçi qanunvericilikdə konkret olaraq göstərilmiş kateqoriyadan olan şəxslər dairəsinə daxil deyil. Bu da onun hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması anlamına gəlir və ərizənin rədd olunmasına əsas verir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-218/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-218/2025
06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver