Məhkəmə qərarları › İş №2(058)-22/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-22/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-22/2024 23.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Səlman qızının Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Səlman qızı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona və ailəsinin digər üzvlərinə məxsus olan 1.36 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması, qonşu sərhədlərin müəyyən edilməklə həmin torpaq sahələrinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və ailəsinin digər üzvlərinə Samux rayonu, Kolayır kəndində Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.12 ha torpaq sahəsi verilmişdir. Samux rayonu, Kolayır kəndi ərazisindəki 1.36 ha torpaq sahəsinin bir hissəsini Cavabdeh zəbt edərək, öz menafeyi üçün istifadə etmişdir. Ailəsinə məxsus torpaq sahələri ailə üzvülərinin razılığına əsasən onun istifadəsindədir. O, cavabdehə dəfələrlə ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmasını təklif etmiş, lakin cavabdeh onun tələbini rədd etməklə, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdehin torpaq sahəsinin sərhədləri müəyyən olmamışdır. Artıq ölçülər aparılmış, iddiaçının və cavabdehin hansı hissədə torpaq sahəsinin olması müəyyən olunmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, cavabdehə məxsus torpaq sahəsi ölçülsün və torpağın hansı hissədə kimə məxsus olması bilinsin. İddia tələbinin təmin olunmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-560 KOD 50708018 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindın görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Samux rayonu, Kolayır kənd sakinləri X3, X6, X1, İddiaçı, X7 və X4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.12 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna dair” JN-560 KOD 50708018 nömrəli Dövlət Aktına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətlərində olan 3 (üç) hissədən ibarət 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsinin 0.40 ha hissəsi Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/321 nömrəli ekspert rəyindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna dair” JN-560 KOD 50708018 nömrəli Dövlət Aktına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətlərində olan 3 (üç) hissədən ibarət 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsinin 0.40 ha hissəsi Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakən Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Samux rayonu, Kolayır kəndində yerləşən 0.6076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Samux rayon Kolayır kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2000-ci ildə ölmüşdür. İşdə olan Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətlərində olan 3 (üç) hissədən ibarət 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsinin 0.40 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir. Bu, məhkəməyə təqdim edilmiş mütəxəssis və ekspert rəyində öz əksini tapmışdır. Qeyd edilən hala dair çizgilər rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Beləliklə, bütün bu sübutların məcmusuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Səlman qızının və ailə üzvlərinin ümumi mülkiyyətində olan 3 (üç) hissədən ibarət 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsinin 0.40 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “qonşu sərhədlərin müəyyən edilməklə həmin torpaq sahələrinin ona təhvil verilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində yalnız cavabdehə qarşı iddia tələbi ilə müraciət etdiyindən və iddia tələbində qonşuların ona məxsus torpağın zəbt etməsi ilə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən iddianın həmin hissədə təmin olunması istisnadır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Səlman qızının və ailə üzvlərinin ümumi mülkiyyətində olan 3 (üç) hissədən ibarət 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsinin 0.40 ha hissəsindən çıxarılsın. (mütəxəssis rəyinə əlavə edilmiş sxem) İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar