Məhkəmə qərarları › İş №2(058)-228/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-228/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-228/2023 07.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar