Məhkəmə qərarları › İş №2(058)-23/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-23/2024

02.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-23/2024 02.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Razim qızının Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Razim qızı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 0.08 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar bağ təsərrüfatı üçün 0.08 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində meyvə ağacları əkmişdir. Həmin torpaq sahəsinin sərhədləri tanınmaqla ona məxsus olması barədə məhkəmənin qətnaməsinə və icra vərəqəsinə əsasən DƏDRX-nin 3 saylı ərazi idarəsinin çıxarışını almışdır. Cavabdeh ona məxsus 0.08 ha torpaq sahəsinin bir hissəsini istifadə edir. O, dəfələrlə xəbərdar etsə də, cavabdeh torpaq sahəsindən çıxmır, torpağın özünə məxsus olmasını bildirir. O, torpağının yerində ona tanıdılması üçün 18 oktyabr 2022-ci il tarixdə DƏDRX-nin 3 saylı ərazi idarəsinə dövlət rüsumu ödəyərək, torpağın ölçülüb ona verilməsi barədə müraciət etmişdir. 16 noyabr 2022-ci il tarixli akt əsasında torpaq yenidən ölçülmüş və ona verilmişdir, lakin cavabdeh heç bir sənədləşməyə məhəl qoymamış, zorakı hərəkətlərini davam etdirmiş, torpaqdan çıxmayaraq ona maneçilik törətmişdir. Cavabdeh ona məxsus 0.08 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan JN-1323A KOD 50701006 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Samux rayonu, Nəbiağalı kənd sakini İddiaçı Razim qızının mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0.08 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı Razim qızının adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Samux şəhərində yerləşən 0.08 ha torpaq sahəsi mülkiyyət hüquqi ilə Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli **********73 reyestr nömrəli çıxarışa və həmin çıxarışın AA-615105 nömrəli planı və ölçü sənədindəki koordinatlara əsasən ünvan 1 ünvanında yerləşən və İddiaçı Razim qızının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8292 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli **********73 reyestr nömrəli çıxarışa və həmin çıxarışın AA- 615105 nömrəli planı və ölçü sənədindəki koordinatlara əsasən ünvan 1 ünvanında yerləşən və İddiaçı Razim qızının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Razim qızının xx.xx.2022ci il tarixli müraciəti ilə bağlı **********73 nömrəli çıxarışa əsasən Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisində mülkiyyətində (istifadəsində, icarəsində) olan 0.08 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-467/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Razim qızına qarşı “cavabdehin ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması” barədə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Razim qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışı və xx.xx.2017-ci il tarixli A 147942 saylı torpaq torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin ekspertiza rəyinə əlavə edilmiş sxemlə müəyyən olunmuş koordinatlar daxilində göstərilmiş 128 kv.m hissəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-846/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-467/2018 nömrəli qətnaməsindən cavabdeh İddiaçı Razim qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-467/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(102)-5093/2019 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirimədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin mübahisəli torpaq sahəsinin onun tərəfindən zəbt etməsinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il nömrəli çıxarışa və həmin çıxarışın planı və ölçü sənədindəki koordinatlara əsasən ünvan 1 ünvanda yerləşən və İddiaçı Razim qızının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi müəyyən olunmuşdur. Bundan başqa Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-467/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin ekspertiza rəyinə əlavə edilmiş sxemlə müəyyən olunmuş koordinatlar daxilində göstərilmiş 128 kv.m hissəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-10/8292 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli **********73 reyestr nömrəli çıxarışa və həmin çıxarışın AA-615105 nömrəli planı və ölçü sənədindəki koordinatlara əsasən ünvan 1 ünvanında yerləşən və İddiaçı Razim qızının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi müəyyən olunmuşdur. Əgər qanunda iddiaçının iddia ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiyinə əsasən əsassız kimi qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Razim qızının Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı Razim qızından tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Razim qızının Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı Razim qızından tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar