Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-236/2023 16.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı Cavabdeh, Cavabdehlər İddiaçı Sadıq qızının və X1 iştirakı ilə, İddiaçı Cavabdehlər İddiaçı Sadıq qızına və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehlər İddiaçı Sadıq qızına və X2 qarşı “cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasına maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Samux rayonu, Ziyadlı kəndində yerləşən mülkdə tikinti işlərinin aparılmasına cavabdehlərin tərəfindən maneələrinin aradan qaldırılması və tikinti aparılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı Sadıq qızı, X6 və X7 cavabdehlər Cavabdeh və X4 qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Ziyadlı kəndində yerləşən onlara məxsus 0.08 ha torpaq sahəsinin boşaldılması, Cavabdeh torpaq sahəsindən çıxarılması və tikililərin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə vəsatət verərək, məhkəmənin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı Sadıq qızına və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işlə iddiaçılar İddiaçı Sadıq qızının, X3 və X5 cavabdehlər Cavabdeh və X4 qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair mülki işin birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı Sadıq qızı məhkəmənin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı Sadıq qızına və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işlə iddiaçılar İddiaçı Sadıq qızının, X3 və X5 cavabdehlər Cavabdeh və X4 qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair işə birləşdirilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdehlər İddiaçı Sadıq qızına və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işlə iddiaçılar İddiaçı Sadıq qızının, X3 və X5 cavabdehlər Cavabdeh və X4 qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair mülki iş bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqıdır. Məhkəmə hesab edir ki, göstərilən iddialara bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı Sadıq qızının, X3 və X5 cavabdehlər Cavabdeh və X4 qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair 2(058)-236/2023 nömrəli mülki iş, iddiaçı Cavabdehlər İddiaçı Sadıq qızına və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair 2(058)-222/2023 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-236/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-236/2023
16.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver