Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-244/2023 10.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi,Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayonu İnstitut qəsəbəsində xx.xx.2007-ci ildə anadan olmuş kişi cinsindən olan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 0, 2000-ci ildə X6 ilə qeyri-rəsmi nikaha daxil olaraqa evlənmiş, onların evliliyindən 17 aprel 2002-ci ildə X4 və 31 yanvar 2007-ci il tarixdə isə X8 adlı iki övladları dünyaya gəlmişdir. Maddi imkanı yaxşı olmadığından hər iki övladını ev şəraitində dünyaya gətirmişdir. Ona görə də övladlarının doğumları haqqında şəhadətnamələri yoxdur. Hazırda oğlu Əli yetkinlik yaşına çatmayıb, o, astma-bronxit xəstəsidir, doğum haqqında sənədi olmadığındamn müayinə və müalicəsi ilə əlaqədar çətinliklər yaranır. O, Maraqlı şəxsnə bu barədə müraciət etsə də ona doğum haqqında şəhadətnamə verməmişlər və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, maraqlı şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və müvafiq qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, 1982-ci ildən etibarən Samux rayon İnstitut qəsəbəsində yaşayır, Elnarə ilə qonşudur, onu çoxdan tanıyır, bilir ki, Əli Elnarənin oğludur. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o, 50 ildir ki, Samux rayonu İnstitut qəsəbəsində yaşayır, ərizəçi ilə qonşudur, onu çoxdan tanıyır. Onun nəvəsi ilə Elnarənin uşaqları birlikdə eyni uşaq bağçasına gedib. Elnarənin uşağı ev şəraitində doğulmuşdur. Onun birinci övladı qız, ikinci övladı isə oğlandır. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş və özünü X1 təqdim etmiş şəxs ifadə verərək bildirmişdir ki, ərizəçi onun anası, Əliyev Əli isə onun qardaşıdır. Qardaşı Əli xx.xx.2007-ci il tarixdə ev şəraitində doğulub. Qasrdaşı ilə aralarında 5 il yaş fərqi var. Qardaşının doğulduğu günü xatırlayır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayonu İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 167 nömrəli arayışından görünür ki, Ərizəçi Samux rayonu İnstitut qəsəbəsində qeydiyyatdadır. X4 və X8 onun övladlarıdır. Samux rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 05/Q-01 nömrəli imtina məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ərizəçiyə doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ev şəraitində 31 yanvar 2007-ci il tarixdə Samux rayonunda kişi cinsindən bir uşağı doğulmuşdur. Həmin uşağın doğulmasını təsdiq edən hər hansı tibbi sənəd, eləcə də doğum haqqında şəhadətnaməsi yoxdur. Uşağın doğumu qeydiyyata alınmamışdır və müvafiq sənədlər olmadığı üçün Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Uşağın doğumu və doğum tarixi ərizəçinin izahatı və şahidlərin ifadələri ilə sübuta yetirilir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-birini tamamlayan sübutlar ərizəçinin həqiqətən də 31 yanvar 2007-ci il tarixdə bir oğlan uşağı dünyaya gətirdiyini təsdiq etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 31 yanvar 2007-ci il tarixdə Samux rayonunda bir nəfər kişi cinsindən uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-244/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-244/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver