Məhkəmə qərarları › İş №2(058)-248/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-248/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-248/2023 18.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Samux rayonu, Seyidlər kənində yerləşən ona məxsus 2 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Seyidlər kəndində yaşayır və o, Samux rayonu, Seyidlər bələdiyyəsindən 0,2 ha torpaq sahəsini icarəyə götürmüş və həmin torpaq sahəsinə dair çıxarış almışdır. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edərək, özləri üçün istifadə edirlər və o, cavabdehlərə ona məxus torpaq sahəsindən çıxmalarını bildirsə də, cavabdehlər könüllü olaraq torpaq sahəsində çıxmırlar və torpaq sahəsini özləri üçün istifadə edirlər. Ona görə də, o məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında bildirdilər ki, onlar Samux rayonu, Seyidlər kəndində yerləşən 2 ha torpaq sahəsində heyvanları otarmaq üçün istifadə etmişlər. İddia ərizəsi əsasız olduğu üçün qəbul etmirlər və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Samux rayonu, Seydilər kəndində yerləşən 2 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci il tarixədək İddiaçı icarəyə verilməsinə dair xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində 156 nömrəli reyster kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası MM-nin 711.1-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə «DƏDRH» Azərbaycan Respublikası Qanunu) 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı icarəsində olan Samux rayonu, Seyidlər kəndində yerləşən 2 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Qeyd edilənlərə əsasən Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı məddələrini rəhbər tutaraq Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı icarəsində olan Samux rayonu, Seyidlər kəndində yerləşən 2 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsınlar. Qətnamədən onun surəti rəsmi təqdim edildikdən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar