Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-25/2025 02.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1.0308 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Samux rayonu, Köbər kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.0308 ha torpaq sahəsi vardır. Cavabdeh heç bir hüquqi əsası olmadan ona məxsus 1.0308 ha torpaq sahəsini zəbt edərək özü üçün istifadə etmiş, onun torpağının üzərində istifadə və sərəncam vermə hüququnu həyata keçirməsinə mane olmuşdur. O, dəfələrlə Cavabdeh ona məxsus olan torpaq sahəsini boşaltmasını təklif etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun qohumları vəfat etmiş və qohumlarından ona həmin 1.0308 ha torpaq sahəsi miras qalmışdır. O, həmin torpaq sahəsinin varisidir. Hazırda həmin torpaq sahəsində o, meyvə ağacları və yonca əkmişdir. Torpaq sahəsi hazırda onun xalası oğlu Tanrıverdiyev İlqarın adınadır. Hazırda torpaq sahəsinə dair dövlət aktının əsli ondadır, lakin onun adı həmin dövlət aktında yoxdur, yalnız rəhmətə gedən dörd nəfər qohumlarının adı dövlət aktında vardır. İddiaçı onunla torpaq sahəsinə dair razılığa gəlməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçının yaxın qonşusudur. Cavabdehin xalası oğlunun torpaq sahəsi olmuş, Elməddin həmin torpaq sahəsini almışdır. İki ildir ki, Qoçəli Elməddinə həmin torpaq sahəsindən istifadə etməyə imkan vermir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusudur. İddiaçı iki il əvvəl torpaq sahəsini almış, lakin iki ildir ki, həmin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh imkan vermir ki, İddiaçı aldığı torpaq sahəsindən istifadə etsin. İşdə olan xx.xx.2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Köbər kəndində yerləşən ümumi sahəsi 1.0308 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adınadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9090/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa və həmin çıxarışa dair tərtib olunmuş B-186680 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1.0308 ha torpaq sahəsindən, İddiaçı faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. Cavabdehin iştirak etməməsi səbəbindən həmin 1.0308 ha torpaq sahəsindən cavabdeh tərəfin zəbt edərək istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2285 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa və həmin çıxarışa dair tərtib olunmuş B-186680 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1.0308 ha torpaq sahəsindən, İddiaçı faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. Cavabdehin iştirak etməməsi səbəbindən həmin 1.0308 ha torpaq sahəsindən cavabdeh tərəfin zəbt edərək istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Samux Rayon İcra Hakimiyyətinin Başçısının Qaraağaclı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci təvəllüdlü İddiaçı həqiqətən Samux, rayonu, Köbər kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. İşdə olan Samux Rayon İcra Hakimiyyətinin Başçısının Qaraağaclı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.0308 ha torpaq sahəsindən isdifadə edə bilmir. Həmkəndlisi Köbər kənd sakini Cavabdeh sözügedən torpaq sahəsindən istifadə etməyə mane olur. İşdə olan Samux Rayon Qaraağaclı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.0308 ha torpaq sahəsindən isdifadə edə bilmir. Həmkəndlisi Köbər kənd sakini Cavabdeh sözügedən torpaq sahəsindən istifadə etməyə mane olur. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(058)-1/2024 nömrəli qərardadına əsasən Samux rayonu, Köbər kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 1.0308 ha torpaq sahəsində Cavabdeh tərəfindən əkin-biçin işlərinin aparılması və torpaqdan istifadə edilməsi cavabdehə qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən digər şəxsə qanuni əsaslarla ayrılmış, lakin hələ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsi bu torpağa dair hər hansı bir hüququ, hətta ilkin torpaqayrıma sənədləri olmayan şəxs (şəxslər) tərəfindən özbaşına zəbt oluna bilməz. Əks halda qanunvericilik qanuni əsaslarla adına torpaq sahəsi ayrılmış şəxsi onun həmin torpağa dair hüquqları dövlət qeydiyyatına alınana qədər digər şəxslərin hüquqazidd qəsdlərindən müdafiə olunmaq imkanından məhrum olunmuş vəziyyətdə qoyardı ki, bu da Torpaq Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə zidd olardı. Qeyd edilən halları nəzərə alan qanunvericilik həmin maddə ilə Torpaq Məcəlləsinin məqsədlərindən birini də torpaq sahəsi üzərində hüquqların müdafiəsinə şərait yaradılmasından ibarət olmasını təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və şahid ifadələri ilə müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan 1.0308 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh faktiki istifadə edir. Beləliklə, bütün bu sübutların məcmusuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, onun mülkiyyətindən manesiz istifadə etmək hüququ təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 1.0308 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan 1.0308 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-25/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-25/2025
02.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver