Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-261/2024 29.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon Ziyadlı kənd sakini Cavabdeh İddiaçı1 məxsus olan 0.8313 ha pay torpaq sahəsindən və digər İddiaçı2 məxsus olan 0.35 ha pay torpaq sahəsindən çıxarılması və həmin torpaq sahələrinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən olundu ki, ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. İddiaçıların Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” barədə iddia tələbi bir-biri ilə əlaqədar olmayan tələblərdir və onlara bir icraatda baxılması tərəflərin və üçüncü şəxslərin mənafeyinə toxuna bilər. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.8313 ha torpaq sahəsi İddiaçı1, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.35 ha torpaq sahəsi isə İddiaçı2 məxsusdur. Beləliklə, iddiaçılar hər birinə münasibətdə özlərinə məxsus torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməli olduqları halda, bir cavabdehə qarşı iki müxtəlif torpaq sahələrindən çıxarılma və həmin torpaq sahələrinin onlara təhvil verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla da iddiaçılar müstəqil qaydada ayrı-ayrılıqda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, iddia ərizəsində qeyd etdiyi tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-261/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-261/2024
29.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver