Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-27/2025 13.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «onun və ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsinindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Qiyaslı kəndində yerləşən **********23 reyestr nömrəli çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus olan 1.5393 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən cavebdəh Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayon, Qiyaslı kəndi ərazisində yerləşən onun və ailəsinin üzvlərinin mülkiyətində olan 1.5393 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin bir hissəsini cavabdeh zəbt etməklə istifadə edir. Cavabdehdən dəfələrlə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsə də müsbət nəticəsi olmamışdır. Cavabdehin həmin hərəkətləri onun mülkiyyət hüququnu pozur, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ekspert rəyi ilə razı olduğunu və tələbin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Qiyaslı kəndi ərazisində yerləşən 1.5393 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi 1/3 hissədə paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına olan AZ-İİ 206550 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2830/2025 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarışın A-737268 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1.5393 ha torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 2975.0 kv.m hissəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, AZCAD məlumatlarına istinadən, İddiaçı mülkiyyətində olan 1.5393 ha torpaq sahəsinə dair qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş JN-101C saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi ilə üst üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Samux rayonu Qiyaslı kəndində yerləşən 1.5393 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi 1/3 hissədə paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Sözügedən torpaq sahəsinin paylı mülkiyyətçilərdən X3 xx.xx.2021-ci il tarixdə ölmüş, digər paylı mülkiyyətçi X2 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunaraq məhkəmə iclasına dəvət olunsa da məhkəmə iclasına gəlməmiş, iddiaçı, X1 onun qardaşı olduğunu və yataq xəstəsi olması əsası ilə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, cavabdeh isə həmin halın doğruluğunu təsdiq etmişdir. İddiaçı iddia edir ki, iddia tələbində sözügedən torpaq sahəsi cavabdeh tərəfindən heç bir əsas olmadan istifadə olunur. Ona görə də cavabdehin ona və ailə üzvlərinə paylı mülkiyyət hüququ ilə məxsus torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyi ilə iddiaçıya məxsus 1.5393 ha torpaq sahəsinin 2975.0 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, hazırda Cavabdeh iddiaçıya məxsus 1.5393 ha torpaq sahəsinin 2975.0 kv.m hissəsindən əsassız istifadə etməsi iddiaçının mülkiyyət hüququnu pozur və buna görə də iddiaçı cavabdehdən onun mülkiyyətinə etdiyi müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbini, sözügedən torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək ölçülüb iddiaçıya təhvil verilməsi hissəsində əsassız hesab edir, belə ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətidir, onun həmin əmlaka dair tam, toxunulmaz mülkiyyət hüquqları var və o, mülkiyyətinə qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququna malikdir. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək ölçülüb iddiaçıya təhvil verilməsi məsələsi isə məhkəmə qətnaməsi ilə həll ediləcək məsələ olmadığından iddia tələbi həmin hissədə lüzumsuz və əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan Samux rayonu Qiyaslı kəndində yerləşən 1.5393 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin istifadə etdiyi 2975.0 kv.m hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi 150 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də 150 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 1.5393 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə etdiyi 2975.0 kv.m hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 150 (yüz əlli) manat pul Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyi kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-27/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-27/2025
13.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver