Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-271/2025 26.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X22 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyəti olan faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X9 onunla qohum münasibətlərinin anası olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1947-ci il tarixdə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonu, Canəhməd kəndində anadan olmuşdur. Onun mərhum atası X2 anası mərhumə X14 ilə faktiki nikahından o, anadan olmuşdur. Mərhumə anası X14 xx.xx.2019-cu ildə ölmüşdür və o, anasının yeganə qız övladıdır. O, 1950-ci ildə mərhumə anası ilə Ermənistandan Azərbaycan Respublikasının keçmiş Səfərəliyev rayon Qarabağlar kəndinə gəlmiş və orada yaşamağa başlamışdır. xx.xx.1965-ci il tarixdə o, X5 ilə rəsmi nikaha girmiş və keçmiş Xanlar rayon Çobanabdallı sovetliyində xx.xx.1965-ci il tarixdə İ-ИE № 446605 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə almışdır, lakin kəbin kəsildikdən sonra onun doğum haqqında şəhadətnaməsi kənd sovetliyində qalmış, sonradan şəhadətnaməyə görə kənd sovetliyinə bir neçə dəfə getsə də, kənd sovetliyi itirdiyi üçün şəhadətnaməni ala bilməmişdir. Ermənistanda doğulduğu üçün doğum haqqında şəhadətnaməsini bərpa edə bilməmiş, doğum haqqında şəhadətnamə tapılmadığı üçün mərhumə X6 yeganə qız övladı olmağını rəsmi qaydada sübut edə bilməmişdir. Bütün qohumlar, qonşular, yerli icra hakimiyyəti, bələdiyyə bilir ki, mərhumə X14 onun anasıdır və ölən günədək onunla birlikdə yaşamışdır. Bu məqsədlə də, şahidlər məhkəmədə həqiqətən onun mərhumə X14 ilə qohumluq münasibətlərini, yəni anası olması faktını təsdiq edə bilərlər. Maraqlı şəxs doğum haqqında şəhadətnamənin bərpa edilməsinə və qohumluq münasibətlərinin təsdiq olunmasına köməklik göstərməmiş, ona məhkəməyə müraciət etmək üçün imtina məktubu vermişdir. Bu səbəbdən də, şəxslərin qohumluq münasibətinin müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun xx.xx.1947-ci il tarixdə Basarkeçər rayonu, Canəhməd kəndində anadan olması, doğum akt qeydinin bərpa olunmaqla, atası X11 və anası X14 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1947-ci il tarixdə Göyçə mahalında anadan olmuşdur. Atasının adı Kərəm, ata tərəfdən babasının adı Behbud, ana tərəfdən babasının adı Abbas olmuşdur. O, Ermənistandan köçən zaman 1965-ci il tarixdə şəhadətnamə və digər sənədlər kənd sovetində qalmışdır və orada itmişdir. Məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, ərizəçi onun bibisidir. Ərizəçi xx.xx.1947-ci il tarixdə Basarkeçər rayonu, Canəhməd kəndində anadan olmuşdur. Ərizəçi atası Kərəm onun babasıdır. Kərəmin atasının adı Behbud, Behbudun atasının adı isə Bayramdır. Ərizəçinin anası X12r, təxminən 4 (dörd) ildir ki, vəfat etmişdir. O, İpək Məsimovanın yas mərasimində iştirak etmişdir. İpək Məsimova ölənədək Ərizəçi ilə bir yerdə yaşamışdır. O, Samux şəhərində yaşayır, ərizəçi isə Qarabağlar kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, ərizəçi onun bibisidir. Ərizəçi xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Ərizəçi atası Kərəm onun babasıdır. Kərəmin atasının adı Behbuddur. Ərizəçinin anası X12r. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi XX.XX.1947-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatdadır. xx.xx.1965-ci il tarixdə Xanlar rayon Çobanabdallı kənd soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Muradova (Məsimova) Qəndab Kərəm qızının nikahları xx.xx.1965-ci il tarixdə 38 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Samux rayon İHB-nın Çobanabdallı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür. . xx.xx.2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qarabağlar kənd sakini Ərizəçi anası X17 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, mərhum X10 yeganə övladı Ərizəçi olmuşdur və başqa övladı olmamışdır. xx.xx.2024-cü il tarixdə Samux Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış arxiv arayışından görünür ki, ünvan 2ayəndəliyinin 1986-1990-cı illərin 05 nömrəli təsərrüfatbaşına kitabında X17 ailə başçısı 1920-ci il ailə tərkibi və torpaq sahəsi 0,28 ha təsərrüfatbaşına kitabda əlavə məlumatlar bölməsində, Kalinin ad. s/z direktorunun 07.İX.1990-cı il tarixli 244 nömrəli əmri ilə torpaq sahəsindən 0,12 hek kəsilib nəvəsi X8 adına keçirilmişdir. Təc № 639. olaraq qeyd olunmuşdur (vərəq 62, səhifə 123). Əsas: Fond 32 Samux rayon Çobanabdallı (Qarabağlar) kənd İcra nümayəndəliyinin 1986-1990cı illərin 05 nömrəli təsərrüfatbaşına kitabı səhifə 62, şəxsi hesab 420. xx.xx.2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qarabağlar kənd sakini X17 xx.xx.2019-cu ildə vəfat etmiş, ölən günədək Samux rayonu, Qarabağlar kəndində yaşamışdır. Öləndən sonra onun təsərrüfatında qızı- Ərizəçi – 1947 ailə üzvü qalmışdır. Qeyd: mərhumun əri və valideynləri vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum faktının bərpa edilməsi üçün lazımı sənədləri təqdim edə bilmədiyininə görə xahişininin təmin olunması qeydiyyat orqanı tərəfindən mümkün olmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qarabağlar kənd sakini X17 xx.xx.2019-cu ildə vəfat etmiş, ölən günədək Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olmuş və yaşamışdır. Öləndən sonra onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindən qızı Ərizəçi istifadə edir və təsərrüfatı o, idarə edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş Ərizəçi fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi 1947-ci il tarixdə Vardenis rayonu, Canəhməd kəndində doğulmuş, milliyyəti azərbaycanlı, xx.xx.1965-ci il tarixdə X5 ilə Xanlar VVAQ şöbəsində nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinin tələbinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sənədləri ətraflı, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyən etdi ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Canəhməd kəndində anadan olmuş, valideynləri - atası X11 və anası X17 vəfat etmişlər. Ərizəçi valideynləri ilə birlikdə Ermənistan Respublikasından Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan da Samux rayonunda yaşayır. Ona görə də ərizəçi qeyd olunan sənədi məhkəmədən kənar qaydada başqa cür əldə edə bilməmiş və həmin sənədin müvafiq qeydiyyat orqanında dublikatının (təkrar) alınması və ya bərpası mümkün olmamışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizəçinin xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunun, Canəhməd kəndində anadan olması faktının müəyyən edilməsini, onun doğum akt qeydinin bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə ata qrafasında X11, ana qrafasında isə X4 qeyd edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 307-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Canəhməd kəndində anadan doğulması faktı müəyyən edilsin, ata qrafasında - X11, ana qrafasında - X17, milliyyəti – azərbaycanlı kimi yazılmış doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-271/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-271/2025
26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver