Məhkəmə qərarları › İş №2(058)-28/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-28/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-28/2024 04.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehlə paylı mülkiyyətlərində olan torpaq sahəsindən payının naturada bölünməsi və həmin paya dair mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycn Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən çıxarışa əsasən paylı mülkiyyətlərində olan 0.7308 ha və 0.4872 ha pay torpaq sahələrindən paylarının naturada bölünməsi həmin payların mülkiyyətlərinə verilməklə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə mülkiyyətlərində olan Samux rayonunun Tatlı kəndində yerləşən torpaq sahələri Samux Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsinə əsasən 2/3 hissəsi ona 1/3 hissəsi isə Cavabdeh mülkiyyətinə verilmişdir. Onlar, DƏDRX-nın çıxarışını alanda cavabdehlə ona bir mülkiyyətdə çıxarış vermişdilər. Cavabdeh umumi mülkiyyətdə olduğu üçün onların mülkiyyətinə aid olan torpağı istifadə edir, lakin onlara heç nə vermir, torpaqları üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinə maneçilik törədir. Belə ki, 0.7308 ha və 0.4872 ha pay torpaq sahəsindən birgə mülkiyyətdə olduğundan həmin torpaq sahəsi üzərində hər hansı bir hüquqi hərəkətin aparılması onun üçün müəyyən çətinliklər yaradır. Buna görə də pay torpaqlardan payılarının ayrılıb mülkiyyətlərinə verilməsi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, ekspert rəyi ilə razı olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdən məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarının iddiaçı tərəfindən iştirakı olmadan keçirilərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********59 reyster nömrəli çıxarışın surətindən görünür ki, 0.7308 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh 1/3 və İddiaçı 2/3 hissədə paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********19 reyster nömrəli çıxarışın surətindən görünür ki, 0.4872 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh 1/3 payı və İddiaçı 2/3 paylı hissədə paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/9568 nömrəli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.7308 ha olan kənd təsərrüfatı təyinatlı torpağın və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.4872 ha olan kənd təsərrüfatı təyinatlı torpağın, tərəflərin payına uyğun olaraq naturada bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, Samux rayonu, Tatlı kəndində yerləşən **********59 reyster nömrəli çıxarışa əsasən 0.7308 ha və **********19 reyster nömrəli çıxarışa əsasən 0.4872 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı Camaləddin qızı və Cavabdeh paylı mülkiyyətlərindədir. İddiaçı torpaq sahəsində olan paylarının naturada ayrılmasını istəyir. Samux rayonu, Tatlı kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.7308 ha olan kənd təsərrüfatı təyinatlı torpağın və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.4872 ha olan kənd təsərrüfatı təyinatlı torpağın, tərəflərin payına uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Samux rayonu, Tatlı kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.7308 ha olan kənd təsərrüfatı təyinatlı torpağın və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.4872 ha olan kənd təsərrüfatı təyinatlı torpağın, tərəflərin payına uyğun olaraq naturada ayrılmalıdır. Məhkəmə iddia tələbinin naturada ayrılmış torpaq sahələrinin tərəflərin mülkiyyətinə verilməsi və mülkiyyət hüquqlarının tanınması hissəsinə münasibətdi isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan o hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu, Tatlı kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.7308 ha olan kənd təsərrüfatı təyinatlı torpağın və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2/3 hissə ilə İddiaçı Camaləddin qızının, 1/3 hissə ilə Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 0.4872 ha olan kənd təsərrüfatı təyinatlı torpaq, tərəflərin payına uyğun olaraq naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar