Məhkəmə qərarları › İş №2(058)-295/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-295/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-295/2024 09.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin cehiz əşyaları ilə birlikdə ona məxsus mülkdən çıxarılması və həmin mülkün ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin cehiz əşyaları ilə birlikdə Samux rayonu Çobanabdallı kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılmasına və həmin mülkün ona təhvil verilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Cəfər ilə Cavabdeh nikaha daxil olaraq ailə qurmuşlar, lakin sonradan münasibətləri pozulduğu üçün nikahları məhkəmə qaydasında pozulmuşdur. Buna baxmayaraq Cavabdeh ona məxsus Samux rayon Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evində yaşamağa davam edir, onu və onun ailə üzvülərini evə buraxmır. O, öz mülkünü istədiyi kimi idarə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Cavabdeh nə özü onun evindən çıxır, nə də ki, öz cehiz əşyalarını çıxarır. Cavabdehin onun evindən çıxarılmasını tələb etdiyi cehiz əşyalarını iddia ərizəsinə əlavə etdiyi siyahıda qeyd etmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş siyahıdan görünür ki, cavabdehə məxsus cehiz əşyaları aşağıdakılardan ibarətdir: şifoner, kamot, stol, 6 ədəd stul, divan, 2 ədəd kreslo, 2 ədəd çarpayı, servant, termo, 2 ədəd siyirmə, 1 ədəd uşaq çarpayısı, 2 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, 4 ədəd irili xırdalı gəvə, pərdə 7 ədəd, 1 ədəd soyuducu, 1 ədəd çaydan, 1 ədəd çaynik, 6 ədəd stəkan-nəlbəki, 1 komplekt-çay servisi, 1 ədəd boşqab dəsti-yəni 12 ədəd boşqab, 6 ədəd bakal, 1 ədəd samovar, 2 ədəd meyvə qabı, 1 ədəd gül qabı, 6 ədəd qənd qabı, 6 ədəd konfet qabı, 1 ədəd tozsoran, 1 ədəd qaz peçi və 3 ədəd çılçıraq. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 9 ildir ki, uşaqları ilə birlikdə həmin evdə yaşayır, yaşamağa başqa evi yoxdur, ona görə də tələbin rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan **********81-10301 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu Çobanabdallı kəndində, 0.25 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)317/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X1 arasında 06 iyun 2015ci il tarixdə Samux rayon İHB-nın Çobanabdallı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 03 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh hal-hazırda mübahisəli evdə yaşayır, həmçinin ona məxsus cehiz əşyaları həmin evdədir. Cavabdeh iddiaçının oğlu ilə rəsmi nikahda olmuş, lakin sonradan bu nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin faktiki hallarından aydındır ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehin qanunla müəyyən edilmiş qaydada istifadə hüququ əldə etməməsi nəzərə alınmaqla cavabdehin iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus evdə yaşaması və cavabdehə məxsus cehiz əşyalarının iddiaçının iradəsinə zidd olaraq onun mülkündə saxlanılması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iddia tələbinin, iddia ərizəsində sözügedən evin iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh, ona məxsus olan - şifoner, kamot, stol, 6 ədəd stul, divan, 2 ədəd kreslo, 2 ədəd çarpayı, servant, termo, 2 ədəd siyirmə, 1 ədəd uşaq çarpayısı, 2 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, 4 ədəd irili xırdalı gəvə, pərdə 7 ədəd, 1 ədəd soyuducu, 1 ədəd çaydan, 1 ədəd çaynik, 6 ədəd stəkan-nəlbəki, 1 komplekt-çay servisi, 1 ədəd boşqab dəsti-yəni 12 ədəd boşqab, 6 ədəd bakal, 1 ədəd samovar, 2 ədəd meyvə qabı, 1 ədəd gül qabı, 6 ədəd qənd qabı, 6 ədəd konfet qabı, 1 ədəd tozsoran, 1 ədəd qaz peçi və 3 ədəd çılçıraqdan ibarət cehiz əşyaları ilə birlikdə İddiaçı məxsus, Samux rayonu Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar