Məhkəmə qərarları › İş №2(058)-312/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-312/2023

20.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-312/2023 20.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Camal Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh oğluna qarşı «torpaq sahəsindən cavabdehin çıxarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı və X2 Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavebdehin onların mülkiyyətində olan Samux rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən pay torpaq sahələrindən çıxarılmasına və vurulmuş ziyanın əvəzi kimi 1200 manat pulun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Samux Rayon Məhkəməsinin 2(058)312/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. İddiaçı, eyni zamanda digər iddiaçı Y.İmamverdiyavanın nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmiş, ərizənin baxılmamış saxlanılmasını, ərizənin və oan əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Həmin səbəbdən, məhkəmə iş üzrə icraatı təzələyərək xx.xx.2023-cü il tarixə məhkəmə iclası təyin etmiş, tərəflərə bu barədə rəsmi məlumat vermişdir. Lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və ərizənin baxılmamış saxlanılması barədə xahişini, cavabdehin isə işə baxılmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı və X1 Cavabdeh oğluna qarşı «torpaq sahəsindən cavabdehin çıxarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar