Məhkəmə qərarları › İş №2(058)-319/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-319/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-319/2024 22.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1962-ci il tarixdə Samux rayonu (keçmiş Xanlar rayonu), Nəbiağalı qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Samux rayonu (keçmiş Xanlar rayonu), Nəbiağalı qəsəbəsində anadan olmuşdur. Onun bütün şəxsiyyətini müəyyən edən sənədlərində xx.xx.1962-ci il tarixdə anadan olması qeyd edilmiş, lakin onun doğum şəhadətnaməsi yoxdur. O, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ərizəçi onun əridir. Onun ərinin xx.xx.1962-ci il tarixdə doğulması məlumdur, lakin doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 bildirdi ki, ərizəçi doğum haqqında akt qeydi barədə Maraqlı şəxsnə müraciət etmişdir. Doğum haqqında akt qeydi tapılmadığı üçün ərizəçiyə qeydiyyat şöbəsi tərəfindən imtina məktubu verilmişdir. O, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun bacısı oğludur. Ərizəçi Xanlar rayonu, Səfərəliyev qəsəbəsində doğulmuşdur. Məqsədin atası Səməd, anası isə Hamayıl olmuşdur, üç qardaş olmuşlar – Xudayət, Ələsgər və Məqsəd, onlardan Xudayət və Ələsgər ölmüşlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi onun qaynıdır, onun əri Xudayət ərizəçinin qardaşıdır. Səmədin qardaşları Xudayət və Ələsgər ölmüşlər. Məqsədin atası Səməd, anası isə Hamayıl olmuşdur. Məqsədin iki oğlu vardır, arvadı isə Səmədova Tahirədir. Belə ki, işdə olan “ASAN-GƏNCƏ” tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Xanlar rayonu, Nəbiağalı qəsəbəsində doğulmuşdur. İşdə olan orta təhsil haqqında attestatın surətindən görünür ki, 1962-ci ildə Azərbaycan SSR Xanlar rayonu, Səfərəliyev qəsəbəsində anadan olmuş Ərizəçi 1980ci ildə Azərbaycan SSR Xanlar rayonu, Səfərəliyev qəsəbə M.Ə.Sabir adına orta məktəbi bitirmişdir. İşdə olan xx.xx.1983-cü il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Səmədova (Səlmanova) Tahirə Sabir qızının nikahları 30 mart 1989-cu il tarixdə 9 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, arxiv məlumatları Maraqlı şəxs arxivində saxlanılan 1961-1965-ci illər üzrə ilkin doğum haqqında akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Bşçısının Samux şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Samux rayonu, Samux şəhərində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum faktının bərpa edilməsi üçün lazımi sənədləri təqdim edə bilmədiyinə görə xahişinin təmin olunması qeydiyyat orqanı tərəfindən mümkün olmamışdır. Ona görə də, doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1962-ci ildə Gölgöl rayonu, Nəbiağalı qəsəbəsində doğulmuş Ərizəçi doğum haqqında akt qeydlərinin aşkar edilməsi məqsədilə Göygöl rayon qeydiyyat şöbəsinin arxivində yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Səfərəliyev rayon zaqs bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1910-cu il tarixdə doğulmuşdur. İşdə olan Səfərəliyev rayon zaqs bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1920-ci il tarixdə doğulmuşdur. Maraqlı şəxs və Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktublarla tam sübüt olunur ki, Ərizəçi doğum haqqında akt qeydi arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Samux rayonu (keçmiş Xanlar rayonu), Nəbiağalı qəsəbəsində doğulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də ərizə təmin edilərək, Ərizəçi xx.xx.1962-ci il tarixdə Samux rayonu (keçmiş Xanlar rayonu), Nəbiağalı qəsəbəsində doğulması faktı müəyyən edilməli və akt qeydi açılmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Samux rayonu (keçmiş Xanlar rayonu), Nəbiağalı qəsəbəsində doğulması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməli və Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X10”, ana qrafasında “X4” yazılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 119.1, 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci il tarixdə Samux rayonu (keçmiş Xanlar rayonu), Nəbiağalı qəsəbəsində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X10”, ana qrafasında “X4” yazılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar