Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-335/2023 18.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Samux rayon Notariat kontoruna, X11 və X9 qarşı “mirasın qəbul edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Samux rayon Notariat kontoruna, X11 və X9 qarşı “mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış miras qəbulu və vərəsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Ərizəçi Azərbaycan Respublikasının MMP-53-cü maddəsinə əsasən ərizə təqdim edərək, iddianın predmetini dəyişərək, mərhum anası X3 miras qalmış miras qəbulu və vərəsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, o, Samux rayon Alıncalı kəndində yaşayır. Onun mərhum anasına məxsus həmin kənddə 0,35 ha pay torpaq sahəsi vardır. Anası 07 iyun 2013-cü il tarixdə vəfat etmişdir, anası vəfat edənə qədər onun yanında yaşamışdır. Anası öləndən sonra həmin torpaq sahəsini o, istifadə etmiş, lakin anası vəfat edən vaxtdan sonra o, qanunla müəyyən edilmiş qaydada notariat kontoruna mirasın qəbul edilməsi ilə bağlı ərizə vermişdir, lakin həmin müddəti keçirmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Samux rayon Notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxslər X11 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin Samux rayon İHB-nın Samux şəhər İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 şəhərində qeydiyyatdadır, lakin halhazırda Samux şəhər ərazisində yaşamır. X2 şəhərində qeydiyyatdadır, lakin hal-hazırda Samux şəhər ərazisində yaşamır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Samux şəhərində yerləşən 0.35 ha torpaq sahəsi X4 tam mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində 16 nömrəli reyster kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi - **********07, qeydiyyat nömrəsi **********) xx.xx.2022-ci il tarxidə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 2485 nömrəli məktubdan görünür ki, mirasın qəbul müddətinin keçməsi və mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə olunmuşdur. xx.xx.1980-ci il tarixdə Mingəçevir qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X15 ilə X4 nikahlarından Ərizəçi 22 may 1979-cu il tarixdə anadan olmuşdur. xx.xx.2015-ci il tarixdə Samux rayon notariat ofisi tərəfindən təsdiq edilmiş X6 ərizəsindən görünür ki, onun mərhum anası X12 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum anası X4 vəfatından sonra Samux şəhəri ünvanında yerləşən 0,35 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən (mirasdan) ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək fikində olmadığını bildirmişdir. Notarius tərəfindən ona məhkəmədə müddətin pərpası ilə bağlı iddia qaldırmaq hüququ izah olunmuşdur. Lakin bununla əlaqədar gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmaq niyyətində olmadığını bildirmişdir. xx.xx.2015-ci il tarixdə Samux rayon notariat ofisi tərəfindən təsdiq edilmiş X10 ərizəsindən görünür ki, , onun mərhum anası X12 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum anası X4 vəfatından sonra Samux şəhəri ünvanında yerləşən 0,35 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən (mirasdan) ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək fikində olmadığını bildirmişdir. Notarius tərəfindən ona məhkəmədə müddətin pərpası ilə bağlı iddia qaldırmaq hüququ izah olunmuşdur. Lakin bununla əlaqədar gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmaq niyyətində olmadığını bildirmişdir. xx.xx.2013-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlma aparılmış və nikah haqqında qeydi aşkar edilməmiş və X16 xx.xx.2013-cü il tarixədək subay olmuşdur. xx.xx.2022-ci il tarixdə Samux şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş 3936 nömrəli məktubdan görünür ki, Samux şəhər sakini mərhum X12 vəfat edənə qədər qızı Ərizəçi ilə birgə yaşamış və vəfat edənən sonra onun ev təsərrüfatını qızı Ərizəçi istifadə və idarə etmişdir. xx.xx.2022-i il tarixdə Samux rayon İHB-nın Samux şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, X12 xx.xx.2013-cü il tarixdə vəfat edib və həmin günədək Samux rayon, Samux şəhərində (keçmiş kolayır kəndi) qeydiyyatda olub və yaşamışdır. Mərhumə vəfat etdikdən sonra onun ailə üzvlərindən Ərizəçi, X14, və X18 qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Samux şəhərində yerləşən 0.35 ha torpaq sahəsi X4 adına qeyd olunmuşdur. X12 ilə X7 birgə nikahlarından xx.xx.1979-cu il tarixdə Ərizəçi, xx.xx.1984-cü il tarixdə X14, xx.xx.1988-ci il tarixdə X18 anadan olmuşdur. Miras qoyan X12 xx.xx.2013-cü ildə vəfat etmişdir. X12 vəfat etdikdən sonra ona məxsus miras əmlakı qanun üzrə vərəsə Ərizəçi qəbul etmişdir. Ərizəçi Samux şəhərində yerləşən 0.35 ha torpaq sahəsində yerləşən miras mülkün adına rəsmiləşdirilməsi üçün Gəncə şəhəri 1 saylı “Asan xidmət” notariat ofisinə müraciət etmiş, lakin mülkə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə edilməli, Ərizəçi, mərhum X8 qanun üzrə vərəsəsi tanınmalı, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 miras qalmış Samux şəhərində yerləşən 0.35 ha torpaq sahəsinə Ərizəçi vərəsəlik hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsi tanınsın. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 miras qalmış Samux şəhərində yerləşən (reyestr nömrəsi-**********07, qeydiyyat nömrəsi **********) 0.35 ha torpaq sahəsinə Ərizəçi vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-335/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-335/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver