Məhkəmə qərarları › İş №2(058)-337/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-337/2025

15.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-337/2025 15.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X24 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Samux rayonu notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Samux rayonu notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Kolayır kəndində yerləşən mərhum anası X5 miras qalmış 2.08 ha torpaq sahəsinə vərəsə tanınma, payların müəyyən olunması və mərhum anasından ona çatası Samux rayonu, Kolayır kəndində yerləşən 0.45 ha, 0.1161 ha, 0.1553 ha və 1.35 ha sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum anası X16 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və vəsiyyətnamə üzrə bütün əmlakını, həmçinin Samux rayonu, Kolayır kəndində yerləşən 2,08 ha pay torpaq sahəsindən anasına çatası hissəsinin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini ona və 1/2 hissəsini mərhum qardaşının həyat yoldaşı Nailəyə vəsiyyət etmişdir. Samux rayonu, Kolayır kəndində yerləşən 0.45 ha, 0.1161 ha, 0.1553 ha, 1.35 ha torpaq sahələri ümumi birgə pay hissələri ilə onun, mərhum anasının və onun ailə üzvlərinin mülkiyytindədir. Atası Zirəddin, qardaşları Malik, Alik, Maarif və bacısı Zərqələm vəfat etmişlər. Mərhum anasından miras qalmış əmlak üzərində onun birinci növbə vərəsə kimi miras payı vardır. Həmin torpaq sahəsi anası vəfat etməmişdəndə, vəfat etdikdən sonrada onun istifadəsindədir və idarəçiliyindədir. Anasına o, baxmış, anası rəhmətə gedəndə dəfn mərasimini o, təşkil etmiş və dəfn xərclərini özü çəkmişdir. O, mərhum anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Ona görə də torpaq sahəsi üzərində onun payı müəyyən edilməli və payına düşən hissə onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (həmçinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. 3-cü şəxs Samux rayon notariat ofisinin notariusu məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, ərizəçinin əmisi oğlu və eyni zamanda qonşusudur. İddiaçı1 atası Zirəddin, anası isə Əqilə olmuşdur. İddiaçı1 Qənimət, Zərqələm və Qənahət adında üç bacısı olmuş, Zərqələm ölmüş, Qənimət ilə Qənahət sağdırlar. Qənimət təxminən əlli il əvvəl ailə quraraq, Gəncə şəhərinə köçmüş, öz ailəsi vardır. Qənimət mərhum Əqilədən miras qalmış əmlakı qəbul etməmişdir. Qənahət təxminən qırx il əvvəl ailə qurmuş, hazırda Kolayır kəndində öz ailəsi ilə başqa ünvanda yaşayır. Əqilə Quliyeva ölənədək İddiaçı1lə yaşamışdır. Əqilənin yas mərasimini İddiaçı1 təşkil etmişdir. O, Əqilənin yas mərasimində iştirak etmişdir. Əqilənin mirasını tək İddiaçı1 qəbul edib, istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, ərizəçinin bacısı oğludur. O, Cavabdeh2 oğludur. İddiaçı1 atası Zirəddin onun babası, anası Əqilə isə onun nənəsi olmuşdur. Əqilədən qalan torpaq sahəsindən Yunis istifadə etmişdir. Qənimət hazırda Gəncə şəhərində yaşayır və öz ailəsi vardır. Qənimət mirası qəbul etməmiş və həmin torpaq sahəsindən istifadə etməmişdir. Onun anası Qənahət mirası qəbul etməmiş və həmin torpaqdan istifadə etməmişdir. Nənəsi Əqilənin mirasını tək İddiaçı1 qəbul edib, istifadə etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Quliyeva (Əliyeva) Sevil Mövsün qızının nikahları xx.xx.1990-cı il tarixdə Xanlar rayon Kolayır kənd sovetində 17 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı5 birgə nikahlarından xx.xx.1992-ci il tarixdə İddiaçı3, xx.xx.1993-cü il tarixdə İddiaçı2 və xx.xx.1996-cı il tarixdə İddiaçı4 adlı uşaqları doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 ilə X6 birgə nikahlarından xx.xx.1948-ci il tarixdə Həsənova (Quliyeva) Qənimət Zirəddin qızı, xx.xx.1957-ci il tarixdə (Abdullayeva) X4, xx.xx.1964-cü il tarixdə İddiaçı1 doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Samux rayon notariat ofisi tərəfindən verilmiş notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2024-cü il tarixli 399 nömrəli qərarının surətindən görünür ki, ərizəçi İddiaçı1 adına olan Samux şəhərində yerləşən 0.1161 ha, 0.1553 ha, 1.35 ha, 0.45 ha torpaq sahəsinə dair bölgü müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Samux rayon notariat ofisi tərəfindən verilmiş notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2024-cü il tarixli 435 nömrəli qərarının surətindən görünür ki, X2nın adına olan Samux şəhərində yerləşən miras əmlaka dair ərizəçi İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********33 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Samux şəhərində yerləşən ümumi sahəsi 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və X6 ümumi birgə payla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********35 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Samux şəhərində yerləşən ümumi sahəsi 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və X6 ümumi birgə payla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********34 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Samux şəhərində yerləşən ümumi sahəsi 0.1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və X6 ümumi birgə payla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Samux şəhərində yerləşən ümumi sahəsi 1.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və X6 ümumi birgə payla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası X6 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası qəbul etməmiş və öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Digər vərəsənin vərəsəlik hüququnun rəsmiləşdirilməsinə etiraz etmir. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1504 nömrəli arayışdan görünür ki, İddiaçı1 şəhər sakini olmuş anası X16 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və həmin günədək Samux rayon Samux şəhərində (keçmiş Kolayır kəndi) qeydiyyatda olmuş və yaşamışdır. Mərhumənin vəfatından sonra onun İddiaçı1 tərkibdə ailə üzvü qalmışdır. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1505 nömrəli arayışdan görünür ki, İddiaçı1 məxsus Samux rayon Samux şəhər ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Təsərrüfatbaşına kitabına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 qeydiyyatdadırlar. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1887 nömrəli arayışdan görünür ki, İddiaçı1 məxsus Samux rayon Samux şəhər ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Təsərrüfatbaşına kitabına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 qeydiyyatdadırlar. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1910 nömrəli arayışdan görünür ki, İddiaçı1 şəhər sakini olmuş anası X16 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və həmin günədək Samux rayon Samux şəhərində (keçmiş Kolayır kəndi) qeydiyyatda olmuş və yaşamışdır. Mərhumənin ailə tərkibi əri-X9 (vəfat etmişdir), qızı- Cavabdeh1, oğlu-X10 və X14 (vəfat etmişlər), qızı-X3 (vəfat etmişdir), qızı-Cavabdeh2, oğlu-X7 (vəfat etmişdir) və oğlu İddiaçı1 ibarət olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən Samux rayonu, Kolayır kəndində qeydiyyatdadır. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 386 nömrəli arayışdan görünür ki, İddiaçı1 mərhumə anası X16 vəfat edənə qədər oğlu İddiaçı1 ilə birgə yaşamış və İddiaçı1 anası X11 vəfat edənə qədər baxmış, qulluq etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçının mərhum anası ilə mərhum atasının birgə nikahlarından Cavabdeh1, X10, X14, X3, Cavabdeh2, X7 və İddiaçı1 qızı adlı uşaqları doğulmuşdur. X10, X14, X3 və X7 ölmüşdür. X1 Samux rayonu, Samux şəhərində (keçmiş Kolayır kəndi) yerləşən 0.45 ha, 0.1161 ha, 0.1553 ha və 1.35 ha torpaq sahələri miras qalmışdır. X2 öldükdən sonra İddiaçı1 mirası faktiki qəbul etmiş və həmin torpaq sahələrindən istifadə etmişdir. Cavabdeh1 və Cavabdeh2 mirası faktiki qəbul etməmişlər. İddiaçı1 ilə İddiaçı5 birgə nikahlarından İddiaçı2, İddiaçı3 və İddiaçı4 adlı uşaqları doğulmuşdur. İddiaçı1 notariusa ərizə ilə müraciət edərək, anası X6 adına olan Samux şəhərində yerləşən miras əmlaka dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin vərəsələr arasında mübahisə olduğundan İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X1 Samux rayonu, Samux şəhərində (keçmiş Kolayır kəndi) yerləşən 0.45 ha, 0.1161 ha, 0.1553 ha və 1.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X2nın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə oğlu -İddiaçı1, qızları Cavabdeh1 və Cavabdeh2 daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə mübahisənin qanunamüvafiq şəkildə həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26 dekabr 2023-cü il tarixə kimi qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi qanunverici mirasın qəbulunun formal və qeyri-formal üsullarını fərqləndirmiş, o cümlədən mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən etmişdir. Həmin müddət mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddətdir. (26 dekabr 2023-cü il tarixli dəyişikliyə qədər) İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı birinci növbəli vərəsə kimi miras əmlakı həm formal, həm də qeyri-formal yolla qəbul etmişdir. Belə ki, iddiaçı X1 miras qalmış Samux rayonu, Samux şəhərində (keçmiş Kolayır kəndi) yerləşən torpaq sahələrini təyinatına uyğun olaraq istifadə etməklə sahibliyi həyata keçirmiş, həmçinin miras mülkün qorunub saxlanmasını və abadlaşdırılmasını təmin etməklə mirası faktiki idarə etmişdir. Cavabdehlərin isə miras əmlakı qəbul etmədikləri şahid ifadələri ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-nin 1159.3-cü maddəsinə əsasən qanun üzrə vərəsələr siyahisina üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Məhkəmə iddia tələbinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 aid hissəsinə qiymət verərək, hesab edir ki, onlar miras qoyan X11 münasibətdə üçüncü növbəli vərəsə hesab olunduqlarından və İddiaçı1 miras qoyanın birinci növbəli vərəsəsi hesab olunduğundan yalnız sonuncuya münasibətdə iddia təmin olunmalı və digər iddiaçılara münasibətdə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (26 dekabr 2023-cü il tarixli dəyişikliyə qədər) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bununla yanaşı, məhkəmə X1 qalmış mirasın birinci növbəli vərəsəsi - İddiaçı1 tərəfindən faktiki qəbul edilməsi, cavabdehlərin mirası faktiki qəbul etməmələri qənaətinə gələrkən, cavabdehlərin miras açılan zaman ayrı–ayrı ünvanda yaşamasını, həmçinin mirası qəbul etmək niyyətlərinin olmamasını və miras torpaq sahələrinin əkilib– becərilməsində və qorunub saxlanmasında iştirak etməmələrini, o cümlədən qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməmələrini nəzərə almışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, İddiaçı1 X2nın vərəsəsi tanınmalı, Samux şəhərində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 1.35 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.45 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1553 ha və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1161 ha torpaq sahələrinin X5 miras qalmış 1/6 hissəsindən İddiaçı1 miras payı 1/1 hissədə müəyyən edilməli, Samux şəhərində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 1.35 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.45 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1553 ha və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1161 ha torpaq sahələri üzrə paylar ümumilikdə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinin payları 1/6 hissədə, İddiaçı1 payı 2/6 hissədə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 X2nın vərəsəsi tanınsın. Samux şəhərində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 1.35 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.45 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1553 ha və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1161 ha torpaq sahələrinin X5 miras qalmış 1/6 hissəsindən İddiaçı1 miras payı 1/1 hissədə müəyyən edilsin. Samux şəhərində yerləşən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 1.35 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.45 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1553 ha və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş 0.1161 ha torpaq sahələri üzrə paylar ümumilikdə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinin payları 1/6 hissədə, İddiaçı1 payı 2/6 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar