Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-34/2023 13.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X30 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı, X2, X4, X12 və X13 cavabdehlər X24 və X19 qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X8, X9, X20 və X21 cavabdehlər X24 və X19 qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin zəbt etdiyi hissədən çıxarılması və torpaq sahələrinə gedən yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Sərkar kəndində 0.5695 ha pay torpaq sahələri vardır, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışlar, lakin cavabdeh qonşusu Cavabdeh onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt edib özü üçün isifadə edir, torpaq sahələrinə gedən yolu zəbt edib, onlar torpaq sahələrinə gedə bilmirlər. Cavabdehə dəfələrlə torpaq sahələrini onlara təhvil verməyini və yollarını açmağı təklif etmişlər, lakin cavabdeh onlara əhəmiyyət vermir, qanunsuz hərəkətlərini davam etdirir. Bu barədə kənd inzibati ərazi dairəsinin nümayəndəliyinə, kənd bələdiyyəsinə müraciət etmişlər, onlara məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. İddiaçı X23 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, mülkiyyətində olan 2,2 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi, cavabdehin zəbtində olan və təsərrüfatına gələn yolun eninin sabiq vəziyyətə gətirilməsi, qaz və kanalizasiya xəttlərinin, su arxının qorunma zolağını müəyyənləşdirməklə onlara mane olan hasarın, özbaşına tikintinin sökülməsi tələbinə dair iddia ərizəsinə əlavəni təmin etməklə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. İddiaçılar X5, X6, X14 və X15 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə mülki işə iddiaçılar X2, X4, X12 və X13 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh X25 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X17 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli çıxarışdan görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 1.5695 ha torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Torpağa mülkiyyət hüququna dair” JN-1104 KOD 50700048 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 1.57 ha torpaq sahəsi X16 adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi idarəs inin Samux rayon şöbəsinin mütəxəssisi tərəfindən torpağa müayinə baxışı keçirilmiş, məlum olmuşdur ki, faktiki olaraq torpaq sahələri arasında mövcud sərhədlərin olmaması və şərti sərhəd olduğu üçün yolun kim tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, RX ******* nömrəli çıxarışa əsasən 1.5695 ha torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmadığından, aparılan araşdırma zamanı, həmin çıxarışın verilməsinə əsas olan JN-1104 nömrəli dövlət aktı, ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsaslanılmışdır. Ekspertiza baxışı zamanı Cavabdeh naturada təqdim etdiyi faktiki istifadə sahəsinə və JN- 1104 nömrəli dövlət aktına əsasən 1.5695 ha torpaq sahəsinə istinadən həmin torpaq sahəsi ilə həmsərhəd olan mübahisəli torpaq yola Cavabdeh tərəfindən müdaxilə halı aşkarlanmamış, JN-1104 nömrəli dövlət aktına əsasən 1.5695 ha torpaq sahəsi ilə həmsərhəd olan torpaq yolun üzərində digər şəxslər tərəfindən yarımçıq daş hasar inşa edildiyi müşahidə olunmuş, mülki işdə adları qeyd olunmayan digər şəxslər ekspertiza baxışında iştirak etmədiyindən, onların faktiki istifadə sahələrini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də, digər şəxslər tərəfindən sözügedən yola hansı ölçüdə müdaxilə edildiyini müəyyən etmək mümkün olmamışdır. Asfalt yoldan əkin sahəsinə giriş hissədə yerləşən və iddiaçı tərəfindən mübahisələndirilən, faktiki olaraq müəyyən hissəsi, gedişgəliş yolu kimi istifadə olunan sahə isə ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yeraltı qaz kəmərinin keçdiyi sahədir və həmin sahənin 0.21 ha hissəsi Cavabdeh faktiki olaraq istifafəsindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sərkar kənd sakini X7 İslahat zamanı ona və ailəsinə 1998-ci ildə verilmiş pay torpağında müxtəlif növlü meyvə ağacları əkib becərir, ona verilmiş pay torpağı köhnə ferma ilə pay torpaqları yerləşən ərazinin arasından keçən yolun günbatan hissəsində 100 illərdir istifadə olunan sellaf su arxının günbatan hissəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışında cavabdehlərdən yalnız Razil Məmmədov iştirak etmiş, Samux rayon Sərkar kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 1.5695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlərdən Razil Məmmədov və digər şəxslər tərəfindən müdaxilə halı aşkarlanmamış, torpaq islahatı əsasında tərtib olunmuş kompleks yerquruluşu layihəsi və Sərkar bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində göstərilən bələdiyyə mülkiyyətində olan yolun üzərində cavabdeh Razil Məmmədov tərəfindən 29.0 metr uzunluğunda daş hasar inşa edilmiş, çirkab suların axıdılması üçün nəzərdə tutulan yeraltı xəttin keçdiyi, faktiki olaraq yol kimi istifadə olunan sahədə cavabdeh Razil Məmmədov tərəfindən 125.0 metr uzunluğunda daş hasar inşa edilmişdir. Çirkab suların axıdılması üçün nəzərdə tutulan yeraltı xəttin keçdiyi faktiki olaraq yol kimi istifadə olunan sahənin, asfalt yoldan giriş hissədən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan hissəsi faktiki olaraq cavabdeh Razil Məmmədovun istifadəsindədir. Asfalt yoldan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən digər yolun (yeraltı qaz xəttinin yerləşdiyi sahə) 0.21 ha hissəsi digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunur. Əvvəlki mütəxəssis rəyinə istinadən həmin sahə Cavabdeh faktiki istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5513 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindəv verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3701/2023 nömrəli mütəxəssis rəyinə əsasən Samux rayon Sərkar kəndində yerləşən, iddiaçıların mülkiyyətində olan 1.5695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlərdən Razil Məmmədov və digər şəxslər tərəfindən heç bir müdaxilə halı olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, ona məxsus Samux rayonu Sərkar kəndində yerləşən torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5513 nömrəli rəyində Samux rayonu Sərkar kəndində yerləşən, iddiaçının mükiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Əgər qanunda iddiaçıların iddia ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçıların öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirmələrini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçılar tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X2, X4, X12 və X13 cavabdehlər X24 və X19 qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat iddiaçılar İddiaçı, X1, X3, X10 və X11 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X2, X4, X12 və X13 cavabdehlər X24 və X19 qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılmasına» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat iddiaçılar İddiaçı, X1, X3, X10 və X11 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-34/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-34/2023
13.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver