Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-36/2023 08.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Bəhri oğlu, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bəhri oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2ndan miras qalmış Samux rayonu, Aşağı Ağasıbəyli kəndində yerləşən 2.500 kvm torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Bəhri oğlunun, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalarına və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayonu Aşağı Ağasıbəyli kəndində X2 mərhum atası X5 miras qalmış 2.500 kvm torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evi vərəsəlik qaydasında qəbul etmiş və bu haqda 1997-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır. X2 24 mart 2001-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, ailənin tək uşağı olaraq mirası qəbul etmiş və bu günədək mirasa sahiblik edir. Sözügedən miras əmlaka dair mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə verilən xx.xx.2021-ci il tarixli cavab məktubunda ona atasından qalmış 2.500 kvm torpaq sahəsi qonşu torpaq sahibləri tərəfindən zəbt edildiyindən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də atasından miras qalmış və onun tərəfindən faktiki olraq qəbul edilmiş miras əmlak- Samux rayonu Aşağı Ağasıbəyli kəndində yerləşən 2.500 kvm torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Bəhri oğlu, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalarına dair iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razıdır, tələbin təmin olunmasına etiraz etmir. Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razıdır, tələbin təmin olunmasına etiraz etmir. Cavabdeh1 Bəhri oğlu iddia tələbini qəbul etməyərək iş üzrə verilmiş mütəxəssis rəyi ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 miras qalmış 2500 kvm torpaq sahəsinə dair oğlu X6 qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 mart 2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş Arayışdan görünür ki, mərhum X6 ölümündən sonra onun İddiaçı və X7 adlı uşaqları qalmışdır. X1 2014-cü ildə ölmüşdür. İş materiallarında olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, Samux rayonu Aşağı Ağasıbəyli kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsinə baxılmış, lakin aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyo torpaq sahəsinin bir hissəsinin yolun mühafizə zolağında yerləşdiyi, bir hissəsinin isə başqa şəxslər tərəfindən zəbt edildiyi müəyyən eildiyindən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınmda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırma nəticəsində mülki iş materiallarına əlavə edilmiş 196 nömrəli texniki pasportun torpaq sahəsinin planı səhifəsində göstərilən sahənin 394 kvm hissəsi X3, 575 kvm hissəsi Cavabdeh2, 295 kvm hissəsi isə Cavabdeh3 faktiki istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçının X2na məxsus olmuş, atasının ölümündən sonra isə iddiaçı həmin miras əmlaka sahibliyi iddiaçı həyata keçirmişdir. Həmin torpaq sahəsinin müəyyən hissələri hazırda cavabdehlərin faktiki istifadəsindədir və cavabdehlər iddiaçının sahibliyində olan torpaqdan heç bir hüquqi əsas olmadan istifadə edirlər. Hazırda iddiaçı atasından miras qalmış və onun sahibliyində olan həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi gözlənilən mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının atasına məxsus olmuş, atasının ölümündən sonra hazırki vaxtadək isə həmin torpaq sahəsinə iddiaçı sahiblik edir. Hazırda cavabdehlərin həmin torpaq sahəsindən əsassız istifadə etməsi onun gözlənilən mülkiyyət hüququnu pozur və o, sahibliyində olan əmlaka müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə iddianın təmin olunmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi̇ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Bəhri oğlu, Cavabdeh2 və Cavabdeh3 iddiaçının atası mərhum X8 məxsus olmuş və hazırda İddiaçı sahibliyində olan, Samux rayonu, Aşağı Ağasıbəyli kəndində yerləşən 2.500 kvm torpaq sahəsindən çıxarılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-36/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-36/2023
08.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver