Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-36/2025 12.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Salahlı kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarış ilə onun mülkiyyətində olan 0,6822 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Samux rayonu, Salahlı kəndində 0.6822 ha kənd təsərrüfatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli çıxarışı mövcuddur. Həmin torpaq sahəsinin bir hissəsini cavabdeh özbaşına tutaraq istifadə edir. O, Cavabdeh dəfələrlə torpaq sahəsini könüllü boşaltmasını və onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirərək, onun qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 0.6822 ha torpaq sahəsini bir il əvvəl almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra əkin əkmək istəmiş, lakin məlum olmuşdur ki, torpağın yarısından çox hissəsi yoxdur, torpaq azdır. O, həmin torpaq sahəsini ölçdürmüş və məlum olmuşdur ki, onun mülkiyyətində olan 0.6822 ha torpaq sahəsinin 0.44 hissəsində Cavabdeh tərəfindən ağac əkilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbi ilə qismən razıdır. O, həmin torpaq sahəsinin 0.44 ha hissəsini deyil, təxminən 0.20-0.25 ha hissəsini zəbt etmişdir. Sözügedən torpaq sahəsində 7 (yeddi) ildir ki, ağac əkmişdir, bu səbəbdən də iddiaçı ilə razılığa gəlmək istəmiş, torpaq sahəsindən çıxmaması üçün iddiaçıya pul və yaxud ona məxsus 3 (üç) torpaq sahəsindən birini təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Salahlı kəndində yerləşən ümumi sahəsi 0.6822 ha olan torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adınadır. İşdə olan DƏDKRPHŞ-nin 3 saylı Ərazi İdarəsinin mühəndisi Nəbiyev İzmir və Samux rayonu, Salahlı kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti ilə bağlı **********25 nömrəli çıxarışa əsasən Samux rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində (istifadəsində, icarəsində) olan 0.6822 ha torpaq sahəsinin döngə nöqtələri ölçülərək ona tanıdılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12291/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********25 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış və həmin çıxarışın B-186879 nömrəli plan və ölçü sənədinə əsasən Samux rayonu, Salahlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Həmin 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2422 ha hissəsinin İddiaçı öz istifadəsində olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9586 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********25 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış və həmin çıxarışın B- 186879 nömrəli plan və ölçü sənədinə əsasən Samux rayonu, Salahlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Həmin 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2422 ha hissəsinin İddiaçı öz istifadəsində olduğu müəyyən edilmişdir. İşdə olan Samux Rayon İcra Hakimiyyətinin Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci təvəllüdlü İddiaçı həqiqətən Samux, rayonu, Qarayeri qəsəbəsində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin tam və obyektiv araşdırılmasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Həmin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9586 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçının təqdim etdiyi mübahisəli torpaq sahəsi naturada faktiki olaraq 0.6822 ha ibarətdir. Beləliklə də, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddiaçıya məxsus 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsinin cavabdehin faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən digər şəxsə qanuni əsaslarla ayrılmış, lakin hələ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsi bu torpağa dair hər hansı bir hüququ, hətta ilkin torpaqayrıma sənədləri olmayan şəxs (şəxslər) tərəfindən özbaşına zəbt oluna bilməz. Əks halda qanunvericilik qanuni əsaslarla adına torpaq sahəsi ayrılmış şəxsi onun həmin torpağa dair hüquqları dövlət qeydiyyatına alınana qədər digər şəxslərin hüquqazidd qəsdlərindən müdafiə olunmaq imkanından məhrum olunmuş vəziyyətdə qoyardı ki, bu da Torpaq Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə zidd olardı. Qeyd edilən halları nəzərə alan qanunvericilik həmin maddə ilə Torpaq Məcəlləsinin məqsədlərindən birini də torpaq sahəsi üzərində hüquqların müdafiəsinə şərait yaradılmasından ibarət olmasını təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi tələbə qiymət verərək hesab edir ki, iddiaçı mülkiyyətində olan məhz 0.6822 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmasını qeyd etmiş, lakin ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 0.6822 ha torpaq sahəsinin yalnız 0.44 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. Ona görə də, ekspert rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Beləliklə, bütün bu sübutların məcmusuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsindən çıxarılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan 0.6822 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsindən çıxarılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-36/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-36/2025
12.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver