Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-367/2024 21.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarışla ona və qardaşı İddiaçı2 məxsus evdən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Samux Rayon Qovlarsarı kəndində yerləşən 0.1334 ha həyətyanı torpaq sahəsində tikilən mənzil ona və qardaşı İddiaçı2 məxsusdur. Həmin həyətyanı torpaq sahəsində yerləşən 105,2 kv.m mənzil bütünlüklə onun və qardaşı Vüqarın mülkiyyətindədir və bu barədə DƏDRX-nin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarışı vardır. Cavabdeh onun bacısı qızıdır. O, cavabdehlər Tağıyeva (Zeynalova) Dilarə Dilən qızına, X2, üçüncü şəxs İddiaçı2 qarşı onun mərhum valideynləri X3 və X1 qanun üzrə vərəsəsi olaraq atasından miras qalmış, Samux rayonu Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 105,2 kv.m olan yaşayış evinə, həmin evin yerləşdiyi 0,2 ha həyətyanı torpaq sahəsindən anasının payına düşən 1/3 hissəyə vərəsə olaraq tanımaqla miras əmlak üzərində onun tam mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmiş və həmin işə 08 dekabr 2021-ci il tarixdə baxılaraq iddia tələbi təmin edilməklə Samux rayonu, Qovlarsarı kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan, ümumi sahəsi 105,2 kv.m fərdi yaşayış evinə hər birinin payı 1/2 hissədə olmaqla İddiaçı1 və 3-cü şəxs İddiaçı2 vərəsəlik hüququnun tanınması və onların mülkiyyətinə verilməsi qət edilmişdir. Hazırda iş üzrə cavabdeh olan Cavabdeh ona və qardaşına mülkiyyət hüququ ilə məxsus olan mənzildən istifadə edir. Ona bildirəndə ki, həmin mənzil bütünlüklə onun və qardaşının mülkiyyətindədir və mənzildən çıxmasını tələb etsə də, cavabdeh onun tələbini rədd edir. Ona görə də cavabdehin ona və qardaşına məxsus olan mənzildən və həmin mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və tələbin təmin olunmasını məhkəmədən xahiş edirlər. İddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********92-10301 reyster nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.1334 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 105,2 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi, həmin evin altında yerləşən torpaq sahəsinin isə 0,0334 ha hissəsi İddiaçı1, sözügedən evin ½ hissəsi, torpaq sahəsinin isə 0,1 ha hissəsi İddiaçı2 paylı mülkiyyətlərindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə iddiaçıların mülkiyyətindədir. İddiaçıların iddia tələbi cavabdehin onlara məxsus evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasından ibarətdir. Cavabdehə məhkəmə bildirişi və iddia ərizəsinin surəti göndərilməklə dəfələrlə məhkəmə iclasına dəvət olunsa da o, heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların hazırki tələbi mülkiyyət hüququnun müdafiəsi xarakterli olmaqla paylı mülkiyyət hüququ ilə onlara məxsus olan evə və torpağa özgəsinin qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması mahiyyətini daşıyır. Cavabdeh isə məhkəmədə baxılan mübahisədən xəbərdar olmasına baxmayaraq iddia tələbinə dair heç bir etirazını bildirməmiş, həmçinin heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda iddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri halların öz təsdiqini tapdığı sübuta yetir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgə r mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi cavabdehin iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus olan torpaqdan və orda yerləşən evdən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur, onun sözügedən hərəkəti özgəsinin əmlakına qanunsuz sahiblik etmə kimi qiymətləndirilir və mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçılara paylı mükiyyət hüququ ilə məxsus olan torpaqdan və həmin torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən sahəsi 105,2 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-367/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-367/2024
21.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver