Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-371/2023 11.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Naftalan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 1959-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olması ilə əlaqədar doğum akt qeydinin bərpa olunmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 20 noyabr 1959-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, doğum haqqında şəhadətnaməsi də həmin rayondan alınmış, qanunvericiliyə uyğun olaraq ona şəxsiyyət vəsiqəsi verilmişdir. O, özünə məxsus doğum haqqında şəhadətnaməsini itirmişdir. Qeyd olunan sənədin yenidən alınması ilə bağlı adiyyəti orqana müraciət etsə də, bunun həll olunmasına nail ola bilməmişdir. Qeydiyyat orqanı tərəfindən ona rəsmi cavab verilərək, doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmiş və bu məsələnin həll olunması üçün məhkəməyə müraciət etmək lazım olması rəsmi qaydada göstərilmişdir. Bu səbəbdən də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, doğum haqqında şəhadətnaməsini itirmiş, onun bərpa olunması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X2 bildirdi ki, ərizəçi qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərkən doğum faktının bərpa edilməsi üçün lazımi sənədləri təqdim edə bilmədiyi üçün ərizəçinin ərizəsinin təmin olunması qeydiyyat orqanı tərəfindən mümkün olmamış, həmçinin ərizəçiyə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli akt qeydiyyatının tapılmaması ilə bağlı arayış verilmişdir. Ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonu, Nərimanlı kəndidnə doğulmuşdur. Ərizəçi onun doğma qardaşıdır. Qardaşı xx.xx.1959-cu il tarixdə atası X5, anası X6 olmaqla Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Qardaşı doğulan zaman valideynləri tərəfindən ona doğum haqqında şəhadətnamə alınsa da, həmin şəhadətnamə sonradan, yəni Azərbaycana gələrkən itmişdir. Onun atası və anası vəfat etmişlər. Ailədə 4 uşaq olmuşlar, o, Ərizəçi, X3 və X7. X7 Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun doğma əmisidir. Onun atası X7 2004-cü ildə vəfat etmişdir. Ərizəçi xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonu, Nərimanlı kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1956-1962-ci ilə aid Ərizəçi Maraqlı şəxs arxivində doğum akt qeydiyyatı tapılmamışdır. İşdə olan AA4254719 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Vardenis rayonu, Nərimanlı kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi doğumunun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi, atası X5, anası X6 olmaqla, 20 noyabr 1959-cu il tarixdə Ermənistan Respublikası rayonu, Vardenis rayonu, Nərimanlı kəndində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Məhkəmə hesab edir ki, Ərizəçi, atası X5, anası X6 olmaqla, 20 noyabr 1959-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Nərimanlı kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atası X5, anası X6 olmaqla, 20 noyabr 1959-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Nərimanlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-371/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-371/2023
11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver