Məhkəmə qərarları › İş №2(058)-39/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-39/2023

05.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-39/2023 05.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X5, X4 və X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və ailə üzvlərinə məxsus olan 0.12 ha torpaq sahəsindən zəbt etdikləri hissədən çıxarılmaları, onun torpaq sahəsinin ətrafına çəkdiyi hasara maneçiliyin aradan götürülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsinin təxminən iki metr enində on metr uzunluğunda olan hissəsini zəbt edərək istifadə edirlər. O, torpaq sahəsinin kənarına hasar hörmək istəyir, cavabdehlər dava salır, hasarın hörülməsinə maneçilik edirlər. Hazırda həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarmaq istəyir, lakin cavabdehlər ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmaq istəmir, torpaq sahəsinin ətrafına hasar çəkmək istəyir, lakin cavabdehlər maneçilik törədirlər. Cavabdehlərin ona məxsus torpaqdan çıxmaları barədə kənd bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etsə də, heç bir nəticəsi olmamış, cavabdehlər su yolunun açılması barədə İddiaçı qarşı Samux Rayon Məhkəməsində iddia qaldırmışlar. Samux Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, buna baxmayaraq cavabdehlər İddiaçı qarşı qərəzli mövqedə durmuşlar, zəbt etdikləri torpaq sahəsindən çıxmırlar, zəbt etdikləri torpaq sahəsinin ətrafına hasar tikməyə qoymurlar, hasar tikməyə hər cür maneçilik etməklə bərabər söyüb təhqir edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X11, X14, X12 və X17 iddiaçının izahatına uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və 3-cü şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 117.6 kv.m yaşayış sahəsi, 0.12 ha torpaq sahəsi 1/5 hissələrlə İddiaçı, X6, X9, X7 və X15 məxsusdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin və yerquruluşu planının təqdim edilməsi barədə mütəxəssis rəyindən görünür ki, Samux rayonu Əhmədbəyli kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.12 ha (1200.0 kv.m) həyətyanı torpaq sahəsinin 24.6 kv.m hissəsi cavabdehlərin faktiki istifadəsindədir. Ekspertiza baxışı zamanı iddiaçı tərəf hasarın haradan çəkilməli olduğunu dəqiq göstərə bilməmiş və bunun səbəbini mülkiyyətində olan torpaq sahəsinin sərhədləri məlum olduqdan sonra hasarı həmin sərhəddən çəkmək istədiyi ilə əlaqələndirmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/1618 nömrəli rəyindən görünür ki, Samux rayonu Əhmədbəyli kəndində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.12 ha (1200.0 kv.m) həyətyanı torpaq sahəsinin 24.6 kv.m hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Ekspertiza baxışı zamanı iddiaçı tərəf hasarın haradan çəkilməli olduğunu dəqiq göstərə bilməmiş və bunun səbəbini mülkiyyətində olan torpaq sahəsinin sərhədləri məlum olduqdan sonra hasarı həmin sərhəddən çəkmək istədiyi ilə əlaqələndirmişdir. İşə əlavə edilmiş Samux Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(058)- 897/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı mülkiyyətində olan Samux rayon Əhmədbəyli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfindən həyətə gedən digər su arxı vasitəsi ilə iddiaçılar X2, Cavabdeh1 və X1 həyətyanı torpaq sahələrinə və fərdi yaşayış evlərinə gedən, əvvəllər mövcud olmuş su xətti (su arxı) açılıb genişləndirilməklə və bərpa olunmaqla iddiaçıların suya olan tələbatlarının təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı və 3-cü şəxslərə məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 24.6 kv.m hissəsi cavabdehlərin istifadəsindədir. Bu hal məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində və ekspert rəyində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux rayonu Əhmədbəyli kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən, İddiaçı, X3, X5, X4 və X10 mülkiyyətində olan 0.12 ha (1200.0 kv.m) həyətyanı torpaq sahəsinin 24.6 kv.m hissəsindən çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin “torpaq sahəsinin ətrafına çəkdiyi hasara maneçiliyin aradan götürülməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəf hasarın torpaq sahəsinin hansı hissəsindən çəkilməli olduğunu dəqiq göstərə bilmədiyindən və tələb dəqiq olmadığından iddianın həmin hissəsinin təmin olunması istisnadır. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux rayonu, Əhmədbəyli kəndində yerləşən xx.xx.2019-cu il tarixli çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən İddiaçı, X3, X5, X4 və X10 mülkiyyətində olan 0.12 ha (1200.0 kv.m) həyətyanı torpaq sahəsinin 24.6 kv.m hissəsindən çıxarılsınlar. (mütəxəssis rəyinə əlavə edilmiş 1 nömrəli sxem-plan) İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar