Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-44/2024 14.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X42 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı və 3-cü şəxslər Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızının, X6, X7 Cavabdeh qarşı “miras əmlakda payların müəyyən olunması, mülkiyyət hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı və 3-cü şəxslər Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı, X18, X19 Cavabdeh qarşı “miras əmlakda payların müəyyən olunması, mülkiyyət hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nın xx.xx.2011-ci ildə vəfat etməsi ilə əlaqədar mülkiyyətində olan Samux rayonu, Sərkar kəndində yerləşən evin 3/4 hissəsinə, evin altındakı 0.15 ha torpaq sahəsinin miras 7.5 sot hissəsinin 3/4 hissəsinə, 0.46 ha pay torpaq sahəsinin miras 0.23 ha torpaq sahəsinin 3/4 hissəsinə payları müəyyən edilməklə, X3 mülkiyyət hüququnun tanınmasına, X3 xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar ərinin həmin evin 3/4 hissəsindən ibarət, 0.15 ha torpaq sahəsinin 0,13.1 ha hissəsindən ibarət 0.46 ha torpaq sahəsinin 0,40.25 ha hissəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Samux rayonu, Sərkar kəndində yerləşməklə X2nın mülkiyyətində olmuş, həmin fərd yaşayış evinə dair qayınanası Əntiqənin adına xx.xx.1987-ci il tarixli mülkiyyət hüququnu etiva edən texniki pasport verilmişdir. Qayınanası xx.xx.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından əvvəl və sonra həmin mülkdə qayınanası və iki oğlunun ailəsi yaşamışdır. Mülkün birinci mərtəbəsində Cavabdeh öz ailəsi ilə birlikdə yaşamış, mülkün ikinci mərtəbəsində isə qayınanası ilə birlikdə həyat yoldaşı Cəsurla yaşamışlar. Həyat yoldaşı X20 xx.xx.2021-ci ildə “COVİD-19” virusuna yoluxaraq vəfat etmişdir. Üçüncü şəxs qismində göstərdiyi şəxslər onun baldızları, qayını olmaqla, hər biri analarının sağlığında ailə quraraq evdən çıxmışlar, özlərinə məxsus evlərində yaşamışlar. Azərbaycanda aparılan torpaq islahatı ilə əlaqədar evin altındakı 0.15 ha həyətyanı torpaq sahəsinə X2nın və X3 adlarına JN- 640F KOD 50700048 nömrəli “Torpağın mülkiyyət hüququna dair” şəhadətnamə verilmişdir. Bundan əlavə, qayınanası ilə ərinin adına Samux rayonu, Sərkar kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-532, 50700048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. X2 25 yanvar 2002-ci il tarixdə Samux rayonu, Sərkar Bələdiyyəsində vəsiyyətnamə rəsmiləşdirərək, öz mülkünü oğlu, yəni onun əri Cəsur Tanırverdi oğluna vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik payından məhrum etmişdir. O, xx.xx.2004-cü ildə Samux rayon Dövlət Notariat Kontorunda 2V-17 nömrəli reyestrlə yenidən vəsiyyətnamə rəsmiləşdirərək evini və həyətyanı torpaq sahəsini oğlu Cəsura vəsiyyət etmiş, həmin vəsiyyətnamə ilə digər vərəsələri vərəsəlik hüququndan azad etmişdir. Qayınanası ölənədək həmin vəsiyyətnaməni ləğv etdirməmiş və dəyişdirməmişdir. X2 xx.xx.2011-ci ildə vəfat etmiş və ölümü ilə əmlaklarına miras açılmış, mirasın kütləsinə onların yaşadığı Sərkar kəndindəki yaşayış evinin bütöv hissəsi, evin altındakı 0.15 ha torpaq sahəsinin 1/2 hissəsi və Sərkar kəndində yerləşən 0.46 ha pay torpaq sahəsinin 1/2 hissəsi aid olmuşdur. Qayınanası Əntiqənin vəfatından sonra 5 nəfər övladı birinci növbə vərəsəsi kimi qalmışlar. Üçüncü şəxslər qismində qeyd etdiyi övladları Almaz, Aidə və Dəmir başqa ünvanlarda yerləşən öz evlərində yaşamaqla mirası qəbul etməmişlər, yəni nə notariat orqanına qanunla müəyyən edilmiş müddətdə ərizə verməmişlər, nə də, mirasın faktiki qəbulu ilə əlaqədar heç bir hərəkət etməmişlər. Vərəsələrdən yalnız cavabdeh qismində göstərdiyi qayını Elçin və əri Cəsur miras evdə faktiki yaşamaqla və hərəsi özünə aid olan sahəni idarə edib sahibliyini həyata keçirməklə mirası qəbul etmişlər. Ona görə də, MM-nin 1255-ci maddəsinə əsasən 2011-ci ildən miras əmlakda onların hər ikisinin miras paylarına mülkiyyət hüququ meydana gəlmişdir. Cavabdeh Elçin Tanırverdi oğlunun və əri Cəsur Tanırverdi oğlunun 2011-ci ildə açılmış miras əmlaklardakı payları aşağıdakı qaydada olmuşdur. Miras evin bütöv hissəsi mirasın kütləsinə aid olduğu nəzərə alınmaqla, MM-nin 1193-cü maddəsinə əsasən əri Cəsura verilmiş vəsiyyətnamə ilə Cəsurun mülkdəki payı 3/4 hissə, cavabdeh Elçinin payı isə 1/4 hissə təşkil etmiş, evin altındakı 0.15 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi, yəni 7.5 sot torpaq sahəsi mirasın kütləsinə daxil olması nəzərə alınmaqla, həmin 7.5 sot torpaq sahəsinin 3/4 hissəsi, yəni 1.9 sotu cavabdehə, 5.6 sotu isə Cəsura aid olmuşdur. Həmin hesabla mülkün altındakı 0.15 ha torpaq sahəsinin 13.1 sotu Cəsurun mülkiyyətinə, 1.9 sotu isə cavabdeh Elçinin mülkiyyətinə keçmişdir. Pay torpağı olan 0.46 ha torpaq sahəsinin 0.23 ha hissəsi Cəsurun mülkiyyətinə, 0.23 ha torpaq hissəsi isə mirasın kütləsinə aid olduğuna görə, miras 0.23 ha torpaq sahəsinin 3/4, yəni 17.25 sotu Cəsura, 5.75 sotu isə Elçinin mülkiyyətinə keçmişdir. Həmin hesablamalara əsasən qayınanası Əntiqə Mehralı qızının 2011-ci ildə vəfatından sonra, onun vəsiyyətnaməsi və əri Cəsurun öz mülkiyyət payları nəzərə alınmaqla, ana evindəki Cəsurun payı 3/4 hissədən ibarət, evin altındakı 0.15 ha torpaq sahəsindəki payı 13.1 sot hissədən ibarət, 0.46 ha pay torpaq sahəsindəki payı 40.25 sot hissədən ibarət olmuşdur. Cavabdeh evdəki payı 1/4 hissə, həyətyanı torpaq sahəsindəki payı 1.9 sot hissə, 0.46 ha pay torpaq sahəsindəki payı 5.75 sot hissədən ibarət olmuşdur. X3 xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar olaraq qeyd etdiyi əmlak paylarına miras açılmış, ərinin birinci növbə vərəsəsi qismində o, Aysel və Yusif adlı övladları qalmışlar. Onun miras paylarını onlar qəbul etmişlər. Uşaqlarının onun himayəsində yaşaması və azyaşlı olmaları nəzərə alınmaqla qəbul etdikləri həmin miras paylara onun mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən 3-cü şəxs X19 bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi ilə razıdır. Tərəflərin öz aralarında razılığa gəlmələri məqsədəmüvafiqdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən 3-cü şəxs X1 Dəmir Tanırverdi oğlunun izahatına uyğun izahat vermişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən 3-cü şəxs Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı X7 və X6 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi. 3-cü şəxslər Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı, X18, X19 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə mülki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu, Sərkar kəndində yerləşən mülkünü oğlu X12 vəsiyyət etmişdir. İş materiallarında olan 03 fevral 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu, Sərkar kəndində yerləşən həyətyanı torpaq sahəsini bütövlüklə X12 vəsiyyət etmişdir. İş materiallarında olan 11 avqust 1969-cu il tarixdə Xanlar rayon Sərkar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X11 birgə nikahlarından 02 iyul 1969-cu il tarixdə X20 doğulmuşdur. İş materiallarında olan 16 dekabr 1964-cü il tarixdə Xanlar rayonu Sərkar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X11 birgə nikahlarından 07 sentyabr 1964-cü il tarixdə X19 doğulmuşdur. İş materiallarında olan 28 yanvar 1957-ci il tarixdə Sərkar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X11 birgə nikahlarından xx xxxxxx 1957-ci il tarixdə X13 doğulmuşdur. İş materiallarında olan 13 iyul 1959-cu il tarixdə Səfərəliyev rayonu, Sərkar kənd Soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X11 birgə nikahlarından 14 iyun 1959-cu il tarixdə X18 doğulmuşdur. İş materiallarında olan 23 avqust 1967-ci il tarixdə Xanlar rayonu, Sərkar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X11 birgə nikahlarından 03 may 1967-ci il tarixdə Cavabdeh doğulmuşdur. İş materiallarında olan 10 yanvar 2008-ci il tarixdə Samux rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Yadigarov (Yediyarov) Cəsur Tanırverdi oğlu ilə İddiaçı nikahları 10 yanvar 2008-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan 07 noyabr 2008-ci il tarixdə Sankt-Peterburq Höküməti VVAQ İşləri Komitəsinin “Malyutka” sarayı tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu ilə İddiaçı birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X29 doğulmuşdur. İş materiallarında olan 22 yanvar 2016-cı il tarixdə Sankt-Peterburq Höküməti VVAQ işləri üzrə Komitəsi, Moskva rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu ilə İddiaçı birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X36 doğulmuşdur. İş materiallarında olan 22 iyun 2023-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X24 19 aprel 2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Samux rayonu, Sərkar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0.46 ha torpaq sahəsinə dair JN-532, KOD 50700048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının X11 və X9 adlarına işlənildiyi müəyyən edilmişdir. Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha yaşayış məntəqələrinin torpaqlarına dair JN-640F, KOD 50700048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X11 və X9 adlarına işlənildiyi müəyyən edilmişdir. Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli texniki pasportun X14 adına işlənildiyi müəyyən edilmişdir. Mülkün arxiv qovluğunda tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd aşkar edilməmiş, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Samux rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1998-ci il tarixli 05 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” dair JN-532 KOD 50700048 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu, Sərkar kənd sakinləri X15 və X8 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.46 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-640F KOD 50700048 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Sərkar kənd sakinləri X16 və X9 mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilmişdir. Məhkəmə məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarının tətbiqi aspektindən də yanaşmağı lazım bilir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyaya zidd olduğu Azərbaycan Respublikasının qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Həmin qərarda həmçinin göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun da həmin qərarda qeyd etdiyi kimi, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi xx.xx.2011-ci ildə vəfat etmiş X10 və xx.xx.2021-ci ildə vəfat etmiş X5 miras qalmış əmlakdan düşən payların müəyyən olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bu normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Məhkəmənin qənaətinə görə miras əmlaklar iddiaçı, 3-cü şəxslər və cavabdehin arasında bölünməlidir. Həmçinin qeyd olunmalıdır ki, mərhum miras qoyan X24 iddiaçının mərhum əri X12 15 ha həyətyanı torpaq sahəsinə görə vəsiyyətnamə verdiyi üçün 3-cü şəxslər Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızının, X6, X7 və Cavabdeh payı məcburi pay üzrə müəyyən edilməlidir. X10 və X5 miras qalmış 45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair paylar vərəsələr arasında ümumi qaydada müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, mərhum miras qoyan X24 iddiaçının mərhum əri X12 15 ha həyətyanı torpaq sahəsinə görə vəsiyyətnamə verdiyi üçün mərhum Cəsur Yediyarovun övladları - xx.xx.2008-ci il tarixdə anadan olmuş X29 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X36 vəsiyyətnaməyə uyğun olaraq iddiaçı ilə barabər paya malik olan şəxslərdir. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmə iddia tələbinin “X11 xx.xx.2011-ci ildə vəfat etməsi ilə əlaqədar mülkiyyətində olan Samux rayonu, Sərkar kəndində yerləşən evin 3/4 hissəsinə payın müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbində göstərilən Samux rayonu, Sərkar kəndində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən miras əmlak hesab edilə bilməz və həmin hissədə iddia tələbinin təmin olunması istisnadır. İş materiallarını sadalanan hüquq normaları ilə əlaqəli şəkildə təhlil edən, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu vəsiyyət üzrə vərəsə, Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı, X18, X19 və Cavabdeh birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələr müəyyən edilməli, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Samux rayonu, Sərkar kəndində yerləşən 0.45 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/2 hissəsinə Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu, Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı, X18, X19 və Cavabdeh birinci növbə qanun üzrə vərəsələr müəyyən edilməli, İddiaçı, xx.xx.2008-ci il tarixdə anadan olmuş X29 və xx.xx.2015-ci il anadan olmuş X36 18 oktyabr 2021-ci il tarixdə vəfat etmiş Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlunun Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və Samux rayonu, Sərkar kəndində yerləşən 0.45 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/2 hissəsinə, həmçinin həmin torpaq sahələrinin X10 miras kimi Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu tərəfindən miras kimi qəbul edilmiş hissəsinə birinci növbə qanun üzrə vərəsələri müəyyən edilməli, Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin 16/60 hissəsinə İddiaçı, 16/60 hissəsinə X25 və 16/60 hissəsinə X26, 3/60 hissəsinə Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızının, 3/60 hissəsinə X6, 3/60 hissəsinə X7 və 3/60 hissəsinə Cavabdeh miras payı müəyyən edilməli, Samux rayonu, Sərkar kəndində yerləşən 0.45 ha kənd təsərrüfatlı torpaq sahəsinin 6/30 hissəsinə İddiaçı, 6/30 hissəsinə X25 və 6/30 hissəsinə X26, 3/30 hissəsinə Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızının, 3/30 hissəsinə X6, 3/30 hissəsinə X7 və 3/30 hissəsinə Cavabdeh miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə 18 oktyabr 2021-ci il tarixdə vəfat etmiş Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu vəsiyyət üzrə vərəsə, Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı, X18, X19 və Cavabdeh birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələr müəyyən edilsin. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Samux rayonu, Sərkar kəndində yerləşən 0.45 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/2 hissəsinə 18 oktyabr 2021-ci il tarixdə vəfat etmiş Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu, Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızı, X18, X19 və Cavabdeh birinci növbə qanun üzrə vərəsələr müəyyən edilsin. İddiaçı, xx.xx.2008-ci il tarixdə anadan olmuş X29 və xx.xx.2015-ci il anadan olmuş X36 18 oktyabr 2021-ci il tarixdə vəfat etmiş Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlunun Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və Samux rayonu, Sərkar kəndində yerləşən 0.45 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/2 hissəsinə, həmin torpaq sahələrinin X10 miras kimi Yediyarov (Yadigarov) Cəsur Tanırverdi oğlu tərəfindən miras kimi qəbul edilmiş hissəsinə birinci növbə qanun üzrə vərəsələri müəyyən edilsinlər. Samux rayonu, Sərkar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin 16/60 hissəsinə İddiaçı, 16/60 hissəsinə X25 və 16/60 hissəsinə X26, 3/60 hissəsinə Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızının, 3/60 hissəsinə X6, 3/60 hissəsinə X7 və 3/60 hissəsinə Cavabdeh miras payı müəyyən edilsin. Samux rayonu, Sərkar kəndində yerləşən 0.45 ha kənd təsərrüfatlı torpaq sahəsinin 6/30 hissəsinə İddiaçı, 6/30 hissəsinə X25 və 6/30 hissəsinə X26, 3/30 hissəsinə Məhərrəmova (Yediyarova) Almaz Tanırverdi qızının, 3/30 hissəsinə X6, 3/30 hissəsinə X7 və 3/30 hissəsinə Cavabdeh miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-44/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-44/2024
14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver