Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-44/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin ona məxsus mülkdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus, Samux rayonu, Ağasıbəyli kəndi ərazisində yerləşən 0.0398 ha torpaq sahəsi üzərində yerləşən 2 otaq, mətbəx, dəhliz və açıq eyvandan ibarət, sahəsi 73 kv.m olan fərdi yaşayış evinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilməsinə, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 ona məxusus mülkdən çıxarılmasına qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Samux rayonu Ağasıbəyli kəndində yerləşən, mülkiyyət hüququ ilə ona məxsus olan 0.0398 ha torpaq sahəsi üzərində 73 kv.m 2 otaqdan, mətbəx, dəhliz və açıq eyvandan ibarət fərdi yaşayış evi cavabdehlər tərəfindən zəbt edilmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmarayaraq cavabdehlər ona məxsus torpaq sahəsindən və evdən çıxmırlar. Cavabdehlər ona məxsus fərdi yaşayış evinin girişinin qanunsuz bağlayaraq onun istifadə, sahiblik və sərancam hüqunu məhdudlaşdırmışlar. Cavabdehlərin əməlləri onun mülkiyyət hüququnu kobudcasına pozur. Hal hazırda o, mülkiyyətində olan əmlakından sərbəst istifadə edə bilmir. Ona görə də cavabdehlərin ona məxsus olan mənzildən və həmin mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və tələbin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən məhkəmə bildirişi onlara çatmadığından məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilərək cavabdehlərə təqdim olunması xahiş olunmuş və məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********65-10301 reyster nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0.0398 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 73 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-500/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X2 qarşı “evdən istifadə hüququnun tanınması və evdən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia tələbləri təmin edilməmişdir. Samux Rayon Məhkəməsinin 2(058)593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-500/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. İddiaçının iddia tələbi cavabdehlərin ona məxsus evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasından ibarətdir. Həmçinin iş materiallarından və işin faktiki hallarından aydın olmuşdur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan sözügedən evdə müəyyən müddət aralığında yaşadıqları üçün məhkəmədə həmin evdən istifadə hüquqlarının tanınması və evdən istifadələrinə mülkiyyətçinin yaratdığı maneənin aradan qaldırılması barədədə iddia qaldırmışlar və idda tələbləri məhkəmənin müvafiq qətnaməsinə əsasən təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmış, hazırda sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlərin iddiaçıya məxsus evdən və həyətyanı torpaq sahəsindən istifadə hüquqları olmadığından, həmin evdə yaşamaları üçün ümumiyyətlə heç bir hüquqi əsas olmadığından iddiaçı hazırki tələbində haqlıdır. Belə ki, iddiaçının hazırki tələbi mülkiyyət hüququnun müdafiəsi xarakterli olmaqla xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan evə və torpağa özgəsinin qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması mahiyyətini daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, cavabdehlərin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaqdan və fərdi yaşayış evindən evdən istifadə etmələrinin heç bir hüquqi əsası olmadığı halda həmin evdə yaşamaqları mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. Belə olan halda iddiaçı qanunvericiliyin tələbinə əsasən mülkiyyətçisi olduğu əmlakı özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququna malik olduğundan onun hazırki tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndi ərazisində yerləşən, ümumi sahəsi 73 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.0398 ha torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-44/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-44/2025
23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver