Məhkəmə qərarları › İş №2(058)-450/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-450/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-450/2024 04.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı Aişənin xx.xx.2016-cı il tarixdə, qızı Məryəmin xx.xx.2017-ci il tarixdə, qızı Həlimənin xx.xx.2019-cu il tarixdə və oğlu Xalidin xx.xx.2021-ci il tarixdə Suriya Respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhərində anadan olmuş, hazırda Samux rayonu Sərkar kəndində pasort qeydiyyatındadır. 2012-ci ildə Musayev Orxan Zakir oğlu adında bir nəfərlə qeyri rəsmi ailə qurmuş, nikahları olmamış və birgə yaşadıqları müddətdə 5 uşaqları doğulmuşdur. xx.xx.2013-cü ildə oğlu-X6 doğum haqqında şəhadətnamə almışdır. Onlar 2015-ci ildə yaşamaq üçün Suriya dövlətinə getmiş, orada onların faktiki nikahlarından 4 uşaqları doğulmuşdur. Onlar həmin uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər və 2023-cü ilin noyabrında artıq Türkiyə dövlətinə getmək istəyərkən orada onun əri Musayev Orxan Zakir oğlunu saxlamışlar, onu və uşaqlarını orada olan geri göndərmə məntəqəsində saxlamışlar, daha sonra 2024-cü ilin fevral ayında Azərbaycan dövlətinin köməkliyi ilə Bakı şəhərinə gəlmişlər və gələrkən 1 uşağının sənədi olmuş, qalan 4 uşağının isə heç bir sənədləri olmamış, yalnız qayıdış vəsiqəsi ilə Azərbaycana qayıtmışlar. O, həmin uşaqlara hazırki vaxtadək heç bir sənəd ala bilməmişdir. Belə ki, uşaqlar ev şəraitində doğulduğu üçün onlara xəstəxana tərəfindən doğum haqqında tibbi şəhadətənamə verilməmiş və bu səbəbdən uşaqlar sənədsiz qalmışdır. Hazırda uşaqların qayıdış vəsiqələrindən başqa heç bir sənədləri yoxdur. O, bununla bağlı 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin onun ərizəsi Qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş, ona hüquqları izah olunmaqla, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qızı Aişənin xx.xx.2016-cı il tarixdə, qızı Məryəmin xx.xx.2017-ci il tarixdə, qızı Həlimənin xx.xx.2019cu il tarixdə və oğlu Xalidin xx.xx.2021-ci il tarixdə Suriya Respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərdən qismən fərqli izahat verərək bildirdi ki, ərizədə sözügedən uşaqlar ev şəraitində deyil, Suriya Respublikası İqlip şəhərində xəstəxanada doğulmuş və xəstəxana tərəfindən uşaqların doğumu ilə əlaqədar tibbi sənədlər verilmişdir. Lakin onlar Suriyadan çıxarkən həmin tibbi sənədləri özləri ilə götürməmişlər, tibbi sənədlər Suriyada yaşadıqları evdə qalmışdır. Uşaqlar sözügedən ölkənin xəstəxanasında doğulduğundan dolayısıyla onların doğumuna tanıdığı şəxslərdən və qohumlarından heç kəsin şahidliyi olmamışdır. Maraqlı şəxsnə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.20424-cü il tarixli ƏƏSMN tabeliyində SXA-nin ƏOŞ X13 Mərkəzi tərəfindən tərtib olunmuş aktdan görünür ki, SXA-nin 13 fevral 2024-cü il tarixli 3-17-3/3-1- 2026/2024 saylı əmrinə əsasən Suriya Ərəb Respublikasından gətirilmiş xx.xx.2024-cü ildə reabilitasiya məqsədilə ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzində yerləşdirilən Ərizəçi, X11, X12, X7, X8, Musayev Xalid Orxan oğlu sosial-psixoloji qiymətləndirilmiş və 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və ünvan 1 ünvanda yaşayan qaynı və qaynanası X14, X1-salamat təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə - xx.xx.1994-cü ildə doğulduğu qeyd edilən Ərizəçi AA ******* saylı, xx.xx.2013-cü ildə doğulduğu qeyd edilən X6 AA ******* saylı, xx.xx.2017-ci ildə doğulduğu qeyd edilən X3 AA ******* saylı, xx.xx.2016-cı ildə doğulduğu qeyd edilən X9 AA ******* saylı, xx.xx.2019-cü ildə doğulduğu qeyd edilən X4 AA ******* saylı və xx.xx.2021-ci ildə doğulduğu qeyd edilən X5 AA ******* saylı qayıdış şəhadətnamələri verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə ərizənin rədd edilməli olması qənaətini onunla əsaslandırır ki, ərizəçi ərizəsində doğum faktının müəyyən edilməsini tələb etdiyi uşaqlarının ev şəraitində doğulmasını və buna dair tibbi sənədlərin olmamasını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında uşaqların Suriya respublikasında xəstəxanada doğulduğunu, doğuma dair xəstəxana tərəfindən tibbi sənədlərin verildiyini, lakin Suriyadan çıxarkən həmin səndləri özləri ilə götürmədiklərini bildirmişdir. Halbuki ərizəçi ərizəsində sözügedən uşaqlarının Suriya respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi ərizəçinin ərizəsində göstərdiyi xüsusatlarla məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar ziddiyyət təşkil edir. Həmçinin ərizəçi tərəfindən məhkəməyə doğum faktının mövcudluğunu təsdiq edən heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Buna görə də məhkəmə ərizənin təmin olunmasını yolverilməz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar