Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-451/2024 26.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X32 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh, onun vəkili Vəkil və nümayəndəsi X12 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əşyaların torpaq sahəsindən çıxarılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əşyaların torpaq sahəsindən çıxarılması” tələbinə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların ona məxsus Samux rayonu, Alıuşağı kəndi ərazisində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 22 aprel 2017-ci il tarixdə Cavabdeh Samux rayonu, Alıuşağı kəndi ərazisində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini almışdır. xx.xx.2017-ci il tarixli, 4Ə-242 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini Gəncə şəhər 5 saylı Dövlət Notariat Kontorunda bağladıqdan sonra sözügedən torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsini aldıqdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh özünə məxsus əşyaları sözügedən torpaq sahəsi və torpaq sahəsində olan evdən çıxarmamışdır. Bununla bağlı o, Cavabdeh müraciət etmiş, lakin cavabdeh əşyaların çıxarılması barədə heç bir addım atmamışdır. O, həmin məsələ ilə bağlı Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, Samux rayon Polis şöbəsi tərəfindən ərizəyə cavab məktubu göndərilmiş, məktubda müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, Cavabdeh məxsus əşyaların ona məxsus torpaq sahəsi və torpaq sahəsində yerləşən evdən çıxarılmasını dəfələrlə xahiş etməyinə baxmayaraq, Cavabdeh əşyalarını götürməkdən imtina etmişdir. Cavabdehə məxsus olan əşyaların ona məxsus torpaq sahəsi və torpaq sahəsində olan evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun torpaq sahəsi və torpaq sahəsində olan evdən istifadə etmək hüququnu məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, xx.xx.2017-ci il tarixli, AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2017ci il tarixli, AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mümkün olmadıqda, 0.25 ha torpaq sahəsinin dəyərinin 16000 manatının və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə sərf olunmuş xərcin 35000 manatın, ödənilmiş 243 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının iddia tələbi əsassızdır. O, xx.xx.1960-cı il tarixdə Samux (keçmiş Xanlar) rayonu, Alıuşağı kəndində anadan olmuşdur. X1 və anası X5 olmuşdur. Onlar 7 uşaq olmuşlar, onlardan 4 nəfəri qız, 3 nəfəri isə oğlan olmuşdur. 7 nəfər uşaqdan o, bacısı X8 və X2 həyatdadır. O, 1981-ci ildə ailə həyatı quraraq Gəncə şəhərinə köçmüşdür. Ailə həyatı qurmağına baxmayaraq həyat yoldaşı X31 ilə birlikdə hər zaman atasının və anasının qayğısını çəkmişlər, çünki qardaş və bacılarından 4 nəfəri atasının və anasının sağlığında gənc yaşlarında vəfat etmişlər. Bütün ailənin qayğısını o və həyat yoldaşı çəkdiyi üçün qarşılığında anası X5 mübahisələndirilən torpaq sahəsini ona 2015-ci il tarixdə bəxşeyiş etmişdir. xx.xx.2015-ci il tarixdə Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin vaxt torpaq sahəsinin üzərində köhnə qəzalı vəziyyətdə olan tikili olmuşdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra köhnə tikilini hissə-hissə sökərək, yəni fərdi yaşayış evi tikməyə başlamışdır. Yeni tikili bacısının və qardaşının gözünü açmağa başlamışdır. Bir dəfə də olsun valideynlərinə qayğı və diqqət göstərməyən şəxslər torpaq sahəsi və yeni tikili ilə bağlı söz-söhbət salmağa başlamışlar. Belə ki, X2 Rusiya Federasiyasının Krasnoyarsk vilayətindən 2017ci il tarixdə geri qayıtmış, həmin vaxt anaları Leyla həyatda olmuşdur. Qardaşı bildirmişdir ki, mübahisəli torpaq sahəsi ata mülküdür və ata mülkündə yad oğul ola bilməz. Ailə daxili münaqişələri dözülməz hal almış, bir tərəfdə yataqda olan anaları, digər tərəfdə qardaşı və digər tərəfdə isə həyat yoldaşı Vaqif Rzayev vardır. Həmin vaxta qədər fərdi yaşayış evinin tikintisinə 35000 manat pul xərcləmişlər. Həmin vəsaitlə onlar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində həyat yoldaşı Vaqif Rzayevə məxsus olan 6 sot torpaq sahəsində fərdi yaşayış evi tikə bilərdilər. Həyat yoldaşı Vaqif Rzayev qardaşı Nağı Həsənova bildirmişdir ki, çəkilmiş xərci və torpaq sahəsinin pulunu qardaşı ödəsin, evi və torpaq sahəsini qardaşının adına rəsmiləşdirsinlər. Lakin X2 bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşıdır, torpaq sahəsi qardaşının adına keçsə bir ildən sonra dövlətin balansına keçəcəkdir. X2 torpaq sahəsinin qardaşı oğlu İddiaçı adına keçməsini istəmiş lakin, yoldaşı və o, bu təkliflə razı olmamışlar. Çünki Tariyel bir qohum kimi özünü doğrultmamışdır. Bu səbəbdən də, düşünmüşlər ki, torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsələr əvvəlcədən qohum-qonşuların iştirakı ilə sənəd tərtib etsinlər. Onun İddiaçıla razılığı ondan ibarət olmuşdur ki, o, 0.25 ha torpaq sahəsini formal alqı-satqı müqaviləsinə əsasən Tariyelin adına rəsmiləşdirəcəkdir, İddiaçı isə alqı-satqı müqaviləsinin qarşılığında 3 il müddətinə 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin eynisini onun həyat yoldaşı X21 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsində tikəcəkdir. Əgər öhdəliyini icra etməsə evə çəkilmiş 35000 manat xərcin və 0.25 ha torpaq sahəsinin hal-hazırki bazar qiymətini 16000 manatını qaytarmasını öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmamışdan öncə onun həyat yoldaşı Vaqif Rzayev, cavabdeh İddiaçı, anası X5, dayısı qızı X11, dayısı oğlu X19, dayısı oğlunun həyat yoldaşı X14, dayısının həyat yoldaşı X15 və dayısının qızı X4 iştirakları ilə akt tərtib etmişlər. Həmin aktla İddiaçı öhdəlikləri açıq-aşkar görünür. Alqı-satqı müqaviləsi formal bağlanmış, pul vəsaiti banka qoyulmamış və sadəcə ərizə verilməklə pul məbləğinin alınması göstərilmişdir. Qarşılıqlı iddia tələbi əsaslıdır. Belə ki, alqı-satqı müqaviləsi bağlandıqdan 3 il müddət gözləmişlər ki, İddiaçı öhdəliyi icra etsin, lakin İddiaçı öz öhdəliyini icra etməmiş, onlar yenidən evə qayıdası olmuşlar. Hal-hazırda qeyd olunan fərdi yaşayış evi ilə bağlı kommunal xərclər onun tərəfindən ödənilir. Evin qaz və işıq sayğacı onun adınadır, İddiaçı bir dəfə də, olsun evə yaxın gəlməmişdir. Tariyel onun əşyalarını çıxartmaq istəyirsə öz öhdəliklərini icra etməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-451/2024 nömrəli qərardadından görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əşyaların torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayan əmisi X13 bacısı cavabdeh X10 4800 (dörd min səkkiz yüz) dollar, o isə 1000 (min) manat məbləğində pul vermişlər. Cavabdeh anası Leyla Həsənovaya baxmasını qeyd etmiş, lakin X30ya sağlığında əmisi Nağı Həsənov və o, pul və digər vasitələrlə köməklik edərək dayağında durmuşlar. X30 2017-ci ilin noyabr ayında vəfat etmişdir, mərasim tədbirləri Gəncə şəhərində ona məxsus olan evdə keçirilmiş, dəfn xərcləri o, və əmisi Nağı Həsənovla birlikdə qarşılamışlar. Bibisi Cavabdeh dəfnin xərclərinə köməklik etməmiş, 35000 (otuz beş min) və 16000 (on altı min) manat məbləğində qaldırdığı iddia isə əsassız və düzgün deyildir. Ona görə ki, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan Samux rayonu, Alluşağı kəndində yerləşən 0,25 ha torpaq ərazisi olan daşınmaz əmlakını 5000 (beş min) manat məbləğində pula ona satmışdır. Həmin alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən Cavabdeh sözügedən əmlakı ona təhvil verməli idi, lakin təhvil verməmiş, əksinə orada yaşamaq fikrinə düşmüşdür. Buna görə də, əşyalarını həmin evə gətirmiş, öz əşyaları ilə bərabər qızına məxsus əşyalarıda gətirmişdir. Eyni zamanda Cavabdeh fərdi yaşayış evinin tikintisinə guya 35000 (otuz beş min) manat pul xərcləmişdir halbuki, həmin evi X30 tikdirmişdir. Cavabdeh akt tərtib edildiyini iddia edir, lakin onun həmin aktdan xəbəri yoxdur. Cavabdeh iddiasını qəbul etmir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında ilkin iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, o, 2017-ci ildə notarial qaydada alqı-satqı ilə evi almış, sonra Cavabdeh əşyaların çıxarılmasını istəmiş, lakin sonuncu əşyalarını çıxarmamışdır. O, ev alınan zaman qohum olduqları üçün həmin vaxt məhkəməyə müraciət etməmişdir. Cavabdeh orda yaşamamış, baba yurdu olduğu üçün həmin evə gedib-gəlmişdir. Aktda olan imza ona məxsus deyildir. Onun əmisi 4800 ABŞ dollar və o, həyat yoldaşı ilə birlikdə Cavabdeh 1000 manat məbləğində pul vermişlər. Həmin pulun Cavabdeh verilməsini onun əmisi demişdir, lakin hansı səbəblə və hansı tarixdə pul verildiyini bilmir. Qarşılıqlı iddiaya münasibətdə isə müqavilənin bağlanmasından 8 il müddət keçmişdir, belə olan halda qarşılıqlı iddia tələbi müddət ötürüldüyü üçün əsassızdır. Babasından qalan torpağı Cavabdeh evlə birlikdə ona satmış, o isə 5000 manat qiymətə almışdır, həmin torpaq sahəsində və evdə 35000 manatlıq heç bir dəyər yoxdur. Qardaş bacı öz aralarında nə yazdırdığını bilmir. Torpağa dair aralarında razılığa gəlmişlər, alqı-satqı olmuş və torpaq sahəsi onun adına keçmişdir. Məhkəmədən ilkin iddanın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, İddiaçı dedikləri yalandır. O, qardaşı ilə öz aralarında razılığa gəlmişdir, qardaşı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün torpaq sahəsi qardaşının adına keçməmiş, İddiaçı adına keçmişdir. Həyat yoldaşının razılığı ilə evin İddiaçı adına keçməsinə razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən 3 il müddətində İddiaçı onun Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən evin eynisini tikəcəyini öhdəsinə götürmüşdür. O, İddiaçı ilə notariusa getmiş, sonra alqı-satqı müqaviləsi bağlamışlar, həmin vaxt pul məsələsi olmamışdır, 5000 manat müqavilədə formal olaraq qeyd edilmişdir. Çünki aktda qeyd olunan 0.25 ha torpaq sahəsinin qiyməti 16000 manat olmuşdur. Notariusda müqavilə bağlandıqdan bir gün sonra o, aldadıldığını bilərək, notariusa getmiş və bağışlama yolu ilə evi bağışlamaq istədiyini demişdir, lakin notariusun işçisi artıq aralarında alqı-satqı müqaviləsi olduğundan, imza çəkildiyindən ona bağışlama müqaviləsinin mümkün olmadığını bildirmişdir. İddiaçı ona bildirmişdir ki, əgər əmisi 3 il ərzində evi tikdirməsə sənədi onun adına keçirəcəkdir. O, İddiaçı inanmış, lakin 3 ildən artıq müddət yəni 7 il keçməsinə baxmayaraq, İddiaçı verdiyi sözə əməl etməmiş, onu aldatmışdır. O, İddiaçı zəng etmiş, evin sənədlərini istəmiş, lakin İddiaçı onu təhqir etmişdir. Onun əşyaları çıxarmaq fikri yoxdur. Məhkəmədən ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil məhkəmə iclasında ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X22 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi və əlavə olaraq bildirdi ki, İddiaçı dedikləri ilə razı deyil. Həmin evin tikilməsində o, əziyyət çəkmişdir. İddiaçı onun atası vəfat etdikdən sonra Cavabdeh məhkəməyə vermişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman ona deməmişlər, ondan gizlətmişlər, o, təxminən bir neçə ay sonra torpağa görə alqı-satqı müqaviləsi bağlandığını bilmişdir. O, anasına etirazını bildirmiş, lakin anası Cavabdeh ona məhəl qoymamışdır. Məhkəmədən ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixdə X31, X5, X11, X14, X19, X15, X6, Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh məxsus olan 0.25 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini qardaşı oğlu İddiaçı o şərtlə verir ki, İddiaçı notariusda öz adına sənədləşdirmə apardıqdan sonra üzərinə öhdəlik götürür ki, 3 il müddətində bibisi Cavabdeh həyat yoldaşı X21 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin üzərində ona verilən fərdi yaşayış evinin eynisini tikəcəkdir. Əgər İddiaçı öhdəliyini icra etməsə onun qarşılığında evin tikintisinə çəkilmiş 35000 (otuz beş min) manat və 0.25 ha torpaq sahəsinin hal-hazırki bazar qiymətini 16000 (on altı min) manatını qaytarmağı öhdəsinə götürür. İşdə olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.25 ha torpaq sahəsi Cavabdeh tərəfindən 5000 (beş min) manat qiymətinə İddiaçı satılmışdır. İşdə olan xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, Cavabdeh ona məxsus olan Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 ha torpaq sahəsini 5000 (beş min) manata İddiaçı satmışdır. Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 ha torpaq sahəsini 5000 (beş min) manata alıcının banksız alqısatqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə X31 tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, X7 Telli Zülfüqar qızına məxsus olan Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 hektar torpaq sahəsinin satılmasına, bağışlanmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə razılıq vermişdir. Mülkiyyətçiyə qarşı heç bir iddiası və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/1207 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 52-ci vərəqində olan xx.xx.2017-ci il tarixli aktın sonunda “имза Həsənov Тарjeл Шуриjə” yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı-satqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəəpul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Qarşılıqlı iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini həmin müqavilənin onun aldadılması ilə bağlanması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 339-cu maddəsində hansı hallarda əqdin aldatma nəticəsində bağlanmış hesab edilməklə etibarsız sayıla biləcəyi müəyyən olunur. Buna görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.2 və 339.3-cü maddələr). Məhkəmə nəzərə alır ki, qarşılıqlı iddiaçı aldadıldığına istinadla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflərin imzaladığı alq-satqı müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onların iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün sadalanan halların heç biri mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, “müqavilə azadlığı” prinsipi çərçivəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verərkən tam sərbəst iradəsi ilə hərəkət etmişdir. Mübahisələndirilən müqavilənin digər tərəfi olan T. Həsənov tərəfindən aldatma faktı təsdiq olunmadığından həmin müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğun hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinə dair qarşılıqlı iddiaçı Cavabdeh formal mülahizələri mülkiyyətçi İddiaçı tərəfindən əldə edilməsinə dair əqdin etibarlılığına təsir göstərə bilməz. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd olunduğu kimi, “…əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı istinaq etdiyi əqdin etibarsızlığı ilə bağlı tələbi 1 il ərzində irəli sürə bilərdi. Hazırkı baxılan işin müəyyən edilmiş hallarından aydın olur ki, qarsılıqlı iddiaçı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbini 7 il keçdikdən sonra irəli sürmüş və o, tələbin irəli sürülməsi üçün müəyyən olunmuş kəsici müddəti ötürmüşdür. Bununla yanaşı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının alternativ olaraq irəli sürdüyü tələbin digər hissəsi olan - torpaq sahəsinin dəyəri olan 16000 manat və həmin torpaq sahəsinin üzərində olan tikiliyə çəkilmis xərcin dəyəri olan 35000 manatın tutulması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının tələbinin bu hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi müəyyənləşdirilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddianın pul tələbinin tutulması hissəsi iddia müddəti ötürülməklə qaldırıldığı üçün də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 125 (yüz iyirmi beş) manat ilkin iddia üzrə İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 125 (yüz iyirmi beş) manat ilkin iddia üzrə İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-451/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-451/2024
26.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver