Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-477/2025 05.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi "qohumluq münasibətində olma faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ПH № 759514 saylı ölüm haqqında şəhadətnamədə göstərilən Cəngir ilə onun baba-nəvə olmağı, İ-ПH № 667342 saylı doğum haqqında şəhadətnamədə göstərilən Cəngir ilə atası Raufun ata-oğul olması yəni qohum olmaqları faktının müəyyən edilməsi barədə qətnamə qəbul dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü Ərizəçi Samux rayonu İnistitut qəsəbəsi ev 10, mənzil 7-də qeydiyyadır, hazırda Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən Daxili Qoşunların Hərbi İnstitutunun İV kurs tələbəsidir. X1 21 sentyabr 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 21 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Tümen Vilayətinin X13 -Yuqra-Surqut şəhərində vəfat etmişdir. X1 21 dekabr 2019-cu il tarixdə vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (18 yaşının tamam olduğu tarixədək) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialı tərəfindən müavinət təyin olunmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Hərbi İnstitutuna əyani təhsilə qəbul olmuşdur. Ona görədə oranı bitirənə qədər yəni 23 yaşı tamamlana qədər ona müavinət verilməliydi. Ancaq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ödənilən sosial müavinət dayandırılmışdır. Müavinətın dayandırılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialı onun müraciətlərinə cavab olaraq 03 oktyabr 2024-cü il tarixli 3-17-1/2-Ə238572/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17- 1/2-T-282404/2024 nömrəli məktubları ilə bildirmişdir ki, mərhum atası adı yaş kağızmda Cahangir əvəzinə Cangir kimi yazılmış, bundan başqa mərhum Cahangirin ölüm haqqında şəhadətnaməsində Cahangir əvəzinə Cangir yazılmışdır, ona görədə müavinətin ödənilməsi mümkün deyildir. Həmin imtinadan sonra Maraqlı şəxsnə müraciət edərək, atasının adı yazılmış doğum və ölüm haqqında şəhadətnamədə düzəlişlər aparılsın. Maraqlı şəxs müraciət imtina verərək bildirmişdir ki, həmin şəhadətnamələrdə düzəliş aparılması mümkün deyildir. Nəzərinizə çatırıram ki, xx.xx.2019-cu il tarixli, İ-ПH № 759514 saylı ölüm haqqında şəhadətnamədə göstərilmiş Cangir, İ-ПH № 667342 saylı doğum haqqında şəhadətnamədə göstərilən Cəngir onun ata-babası Cahangir, atası isə Cahangir olmuşdur. Onun adı doğum və ölüm şəhadətnasində səhv yazılmışdır. Hal-hazırda ata-babası Cahangirin adının doğum və ölüm şəhadətnaməsində səhv yazılmasına görə ona təyin edilmiş müavinəti ala bilmir. Ona görədə Cahangirlə baba-nəvə olmağı, həmçinin atası ilə babasının oğul-ata olmasının (qohumluq faktının müəyyən edilməsi barədə) məhkəməyə müraciət etmək məcburəyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək, bildirdi ki, Ərizəçi onun oğlu, X12 isə onun əridir. Əri Rauf 21 dekabr 2019-cu il tarixdə Rusiyada vəfat etmişdir. Ərinin atasının adı Cahangir olub, lakin ərinin, Rusiya Federasiyası tərəfindən verilmiş ölüm şəhadətnaməsində onun atasının adı qeyri-düzgün olaraq Cangir kimi qeyd olunmuşdur. Bu da hazırda oğlunun ailə başçısını itirməyə görə təqaüd almasında onlara problem yaradan haldır. Belə ki, ərinin atasının adı Cahangir olmasına baxmayarq onun ölüm şəhadətnaməsində ata adının Cahangir əvəzinə Cangir kimi yazılması müvafiq orqan tərəfindən anlaşılmaz hal kimi qəbul edilərək oğluna təqaüd verilməsindən imtina edilmişdir. Ona görə də onlar Cangir ilə ərizəçinin atasının ata-oğul olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X5 izahat verərək bildirdi ki, Rauf Ələsgərovun doğum haqqında şəhadətnaməsindən onun atasının Cahangir Ələsgərov olduğu aydındır. X22 ölüm şəhadətnaməsi Rusiya Federasiyası tərəfindən verildiyindən onun ata adı düzgün qeyd olunmayıb. Bu hal da sənədlər arasında uyğunsuzluq yaratmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə doğulmuş Ərizəçi atası X14, anası X6r. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1964-cü il tarixdə doğulmuş X3 atası X7, anası X10r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21 dekabr 2019-cu ildə Rusiya Federasiyasında ölmüşdür. AZ-İ № 925096 nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 ilə X9 arasında 09 iyul 2002-ci il tarixdə 249 nömrəli akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada isə Talıbova soyadı verilmişdir. xx.xx.2025-ci il tarixli nikah haqqında arayışının surətindən görünür ki, X7 ilə X17 arasında 17 iyun 1953-cü il tarixdə 545 nömrəli akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada isə Ələsgərova soyadı verilmişdir. AZ № 055994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 mart 2000-ci ildə Samux rayonunda ölmüşdür. 03 oktyabr 2024-cü “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ” Ərizəçi ərizəsinə əsasən verilən cavabdan görünür ki, "Sosial müavinətlər haqqında" Azərbaycanı Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Məlumat üçün bildirilir ki, Ərizəçi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (18 yaşının tamam olduğu tarixədək) və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək (əyani təhsil müddətinin bitdiyi tarixədək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Müraciətinizin araşdırılması zamanı müavinət işində olan sənədlərdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnamədə mərhumun ad, soyadı və ata adı "X15" qeyd olunduğu halda, nikah haqqında şəhadətnamənizdə "X11" qeyd olunmuşdur. Bu səbəbdən Ərizəçi ailə başçısını itirməyə görə sosial müavinətinin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Maraqlı şəxs Ərizəçi oğluna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçinin atasının ölüm və onun özünün doğum akt qeydi Rusiya Federasiyasında qeydə alındığından əlavə yoxlanılma (doğum və ölüm akt qeydlərinin istənilməsi) tələb olunduğundan qeydiyyat şöbəsi tərəfindən müvafiq düzəlişlərin aparılması mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ərizəçi, atası Rauf Ələsgərov ilə Cangir adlı şəxsin ata-oğul olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsini tələb edir. Halbuki ərizəçinin nümayənədsinin məhkəmə iclasında verdiyi izahatı, işin faktiki halları və iş materiallarındakı sənədlərlə müəyyən edilir ki, ərizəçinin atası Rauf Ələsgərovun atası X7 olmuşdur. Ərizəçi Rusiya Fedrasiyasında doğulmuş və Rusiya Federasiyası tərəfindən ona verilən doğum şəhadətnaməsində onun atasının ata adı Cahangir əvəzinə Cangir kimi göstərilmişdir. Həmçinin ərizəçinin atası X26 Fedrasiyasında ölmüş və atasının Rusiya Fedrasiyası tərəfindən verilmiş ölüm şəhadətnaməsində onun ata adı Cahangir əvəzinə Cangir kimi qeyd olunmuşdur, yəni hər iki sənəddə Cahangir Ələsgərovun adı qeyridüzgün göstərilmişdir. Ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə sosial müavinət almaq hüququnu həyata keçirmək üçün lazımdır. Məhkəmə qeyd edir ki, ərizəçinin atası Rauf Ələsgərovun atası X4r və bu hal Rauf Ələsgərova məxsus doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Hansı ki, ərizəçinin nümayəndəsi (anası) da məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir. Məhkəmə mübahisəsinin yaranmasına, Rusiya Fedrasiyası tərəfindən ərizəçiyə verilmiş doğum haqqında şəhadətnamədə və yenə həmin ölkənin müvafiq orqanı tərəfindən verilmiş, onun atasının ölüm haqqında şəhadətnaməsində Cahangir Ələsgərovun, yəni ərizəçinin babasının adının yanlış qeyd olunması halı səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin atasının kim olması onun mövcud doğum haqqında şəhadətnaməsi ilə təsdiq olunduğu halda, şəxsin adının Rusiya Fedrasiyası tərəfindən verilmiş sənədlərdə yanlış qeyd olunması zatən müəyyən olan faktın yenidən məhkəmə tərəfindən müəyyən edilməsinə əsas vermir. Ona görə də məhkəmə ərizədəki tələbi əsassız hesab edir və rədd edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1 maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 2-ci bəndində göstərilir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-477/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-477/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver