Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-48/2024 17.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X25 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil iştirakı ilə, Cavabdeh Dilən oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dilən oğlunun onların mülkiyyətində olan 3.49 ha torpaq sahəsinin özbaşına zəbt etdiyi 1.50 ha torpaq sahəsindən çıxarılması və həmin 1.50 ha torpaq sahəsinin onların istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 05 may tarixli 08 nömrəli qərarı ilə onların mülkiyyətinə 3.49 ha pay torpaq sahəsi verilmiş, onlara JN 0083 Kod 50703038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onlar hazırkı vaxta kimi paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmişlər, lakin cavabdeh son bir ildir ki, onların mülkiyyətlərində olan 3.49 ha pay torpaq sahələrini 1.50 ha hissəsini özbaşına zəbt edərək istifadə etmiş, həmin sahənin otunu biçib aparmışdır. Onlar dəfələrlə cavabdehi torpaq səhələrindən çıxarmaq istəmişlər, lakin cavabdeh torpaq sahələrindən çıxmamış, həmin torpaq sahəsinin onun torpaq sahəsi olduğunu bildirmişdir. Onlar Samux rayon Polis şöbəsinə şikayət etmişlər, Polis şöbəsindən onlara mülki xarakterli iş olması və məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Cavabdeh onların mülkiyyət hüququnu pozduğuna görə onlar məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə mülki işə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dilən oğlu məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan JN-0083 KOD 50703038 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu, Qara Arx kənd sakinləri İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, X4 və X11 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.49 hektar torpaq sahəsi verilmişdir. İşdə olan JN-0082 KOD 50703038 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu, Qara Arx kənd sakinləri X5, X1, X3, X12, X8, X9 və X10 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.94 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Samux rayonu, Qara Arx qəsəbəsində yerləşən 3.94 ha torpaq sahəsi Cavabdeh Dilən oğlunun, X6, X7, X12, X8, X9 və X10 ümumbirgə mülkiyyət hüququ ilə adlarınadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3783 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il qeydiyyat tarixli **********53 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh Dilən oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0083 KOD 50703038 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) AZCAD məlumatlarında öz əksini tapmış 3.49 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin mübahisəli torpaq sahəsinin onun tərəfindən zəbt etməsinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il qeydiyyat tarixli **********53 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh Dilən oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0083 KOD 50703038 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) AZCAD məlumatlarında öz əksini tapmış 3.49 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, ona məxsus Samux rayonu, Qara Arx qəsəbəsində yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3783 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023cü il qeydiyyat tarixli **********53 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh Dilən oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0083 KOD 50703038 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) AZCAD məlumatlarında öz əksini tapmış 3.49 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir. Əgər qanunda iddiaçıların iddia ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçıların öz bildirdiyinə əsasən əsassız kimi qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçıların öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirmələrini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı “torpaq sahəsindən çıxarılmaya” dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh Dilən oğluna qarşı “torpaq sahəsindən çıxarılmaya” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-48/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-48/2024
17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver