Məhkəmə qərarları › İş №2(058)-510/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-510/2023

26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-510/2023 26.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1969-cu il tarixdə Ermənistan SSR-i Basarkeçər rayonu Zod kəndində doğulmağına dair faktın və anasının X1 olması və atasının X2 olması faktının müəyyən edilməsi, təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, o, xx xxx 1969-cu ildə Ermənistan SSR-i Basarkeçər rayonu Zod kəndində doğulmuşdur və həmin kənddə böyümüşdür. Lakin 1988-ci ildə mövcud hadisələrlə bağlı Ermənistandan deportasiya olunaraq Azərbaycan Respublikasına gəlib və Azərbaycan Respublikası vətəndaşlığını qəbul edib. Ermənistandan gələrkən doğum haqqında şəhadətnaməni özü ilə gətirməmiş, köhnə qırmızı pasport əsasında ona Azərbaycan Respublikası vətəndaşlığı şəxsiyyət vəsiqəsi verilmişdir. Müəyyən sənədləşmə işlərində doğum sənədinin olmamağı ona problemlər yaradır və bu səbəbdən də ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X7 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, ərizəçi bacısıdır, o 1969cu ildə anadan olub, doğum haqqında şəhadətnaməsi Göyçədə qalıb. Onlar 1988-ci ildə Azərbaycana gəliblər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçi onun həmkəndlisi, eyni zamanda sinif yoldaşıdır. Onlar Zod kəndində yaşayıblar, 10 il birlikdə oxuyublar. O, 1969-cu ildə anadan olub, atasının adı Məmməd, anasının adı Balaqız olub. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1969-cu ildə Ermənistan Respublikasında doğulub. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin doğum faktının müəyyən edilməsinə zərurət yoxdur, belə ki, onun şəxsiyyət vəsiqəsi mövcuddur. Ona görə də, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-61.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi «doğum faktının müəyyən edilməsi» barədə əizəsinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar