Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-530/2024 07.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi – Samux bələdiyyəsinin sədri X1, Cavabdehlərin nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı Samux rayon bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Samux bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux bələdiyyəsinə məxsus olan torpaq sahələrindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılmasına, 14 hektar örüş sahəsindən 4.69 ha ehtiyat fond torpağından çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Samux şəhəri ərazisində vətəndaşlardan torpaq sahəsi almışlar və həmin torpaq sahəsini becərərkən bələdiyyəyə məxsus olan yolları zəbt edərək, öz torpaq sahələrinə qatmışlar. Bu isə hal-hazırda vətəndaşların haqlı narazılığına səbəb olmuş və həmin yollar ümumilikdə 8 ha təşkil edir. Bundan başqa ərazilərin alt hissəsində olan örüş sahəsinin 11 hektarını 18 ildir zəbt edərək özlərininki kimi istifadə edirlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq zəbt etdikləri torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Bu hal şəhər əhalisinin kütləvi narazılığına səbəb olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-405/2024 nömrəli qərarı ilə Samux Rayon Məhkəməsinin 2(058)129/2023 nömrəli mülkü işi üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsini ləğv edib və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Səbəb iddianın düzgün qaldırılmaması olmuşdur. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi – Samux bələdiyyəsinin sədri X2 mülki işin adiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə iclasında iştrak edən cavabdehlərin nümayəndəsi - Vəkil mülki işin adiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə verilmiş VÖEN: ********** görünür ki, fiziki şəxs Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixdə verilmiş VÖEN: ********** görünür ki, fiziki şəxs Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. (müvəqqəti dayandırılmışdır.) İşdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron vergi uçotu orqanında VÖEN (**********) üzrə fiziki şəxs Cavabdeh1 və fiziki şəxs Cavabdeh2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron vergi uçotu orqanında VÖEN (**********) üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, iddiaçı Samux bələdiyyəsi isə hüquqi şəxsdir. Tələb subyektiv tərkibinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır, bu səbəbdən də mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikası MPM-də edilmiş 09 iyul 2019-cu il tarixli dəyişikliklərlə müəyyən edilmişdir ki, həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Samux bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və yolun açılması” tələbinə dair 2(058)-530/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-530/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-530/2024
07.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver