Məhkəmə qərarları › İş №2(058)-55/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-55/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-55/2023 28.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilmiş 36600 (otuz altı min altı yüz) manat icarə haqqının ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-nin təsisçisi və rəhbəri Mirsaleh Ablikimlə uzun müddətdir ki tanışdır. 2017-2019-cu illər ərzində təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-ti icarə əsası ilə Razil Məmmədova məxsus olan ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasında (sexdə) xam dəri emalı fəaliyyəti ilə məşğul olmuş və emal olunmuş yarımfabrikat halına salınmış dəri məhsulları Mirsaleh Ablikimin nümayəndəsi olduğu “YİLİ JİNXİN TRADE CO.LTD”-yə və “CROWN HİDES” LTD-yə satılmışdır. 2019-cu ilin iyul ayında X5 Ablikim arasında yaranmış mübahisə səbəbindən R.Məmmədov ona qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və müəssisə tərəfindən emal olunmuş, satılması nəzərdə tutulan xam dərinin üzərinə həbs qoyulmasına nail olmuşdur. Mübahisə həllini tapdıqdan sonra o, "xxxx" MMC-nin fəaliyyətini dayandırmaq qərarına gəlmiş, bunu bilən Mirsaleh Ablikim ona təsisçisi və rəhbəri olduğu Cavabdeh MMC vasitəsilə dəri emalı fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu və bu sahədə onun peşəkar olduğu səbəbindən işlərə onun nəzarət etmək istədiyini bildirmiş, eləcə də, o bildirmişdir ki, analoji hal yaranmasın deyə sexi birbaşa icarəyə götürmək istəmir. Beləliklə, aralarında olan razılaşmaya əsasən o, sexi Razil Məmmədovdan öz adına icarəyə götürməli və subicarə hüququ əsasında onu ikinci əldən Cavabdeh MMC-nə icarəyə verməli, Mirsaleh isə işlərə nəzarət etmək müqabilində onu və oğlu Şahmuradı əmək müqaviləsi əsasında - Cavabdeh MMC-də işə götürməli və hər birinə aylıq 2500 (iki min beş yüz) manat əmək haqqı ödəməli imiş. Razılaşmaya uyğun olaraq onunla mülkiyyətçi Razil Məmmədov arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi imzalanmış və müqaviləyə əsasən R.Məmmədovun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binası (həmin binada yerləşən avadanlıqlarla - 6 ədəd dəri dolab, 1 ədəd ətləmə dəzgahı, 1 ədəd sıxma dəzgahı, 1 ədəd desi ölçü dəzgahı, 1 ədəd 500-lük kompressor və 1 ədəd qaz ilə işləyən qazanxana) aylıq icarə haqqı 12200 (on iki min iki yüz) manat olmaqla ona icarəyə verilmişdir. Həmçinin onunla Cavabdeh MMC-ti arasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasının (həmin binada yerləşən avadanlıqlarla - 6 ədəd dəri dolab, 1 ədəd ətləmə dəzgahı, 1 ədəd sıxma dəzgahı, 1 ədəd desi ölçü dəzgahı, 1 ədəd 500-lük Kompressor və 1 ədəd qaz ilə işləyən qazanxana) icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi imzalanmış və müqaviləyə əsasən aylıq icarə haqqı 12200 (on iki min iki yüz) manat müəyyən edilmişdir. Mirsaleh ilk gündən razılaşmanın şərtlərinə əməl etməməyə başlamış, əvvəlcə onu və oğlunu uzun müddət əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmiş və buna görə onlara əmək haqqı verməmişdir. Sonra isə icarəyə götürülmüş əmlakları zədələməyə və qərəzli olaraq əmlaklara ziyan vurmağa başlamış, əmlakların düzgün istifadə edilməsi və əmlaklara zərər vurulmaması ilə bağlı tələbləri Mirsalehin xoşuna gəlməmiş və Mirsalehin tapşırığına əsasən o, 2020-ci ilin mart ayından etibarən sexə buraxılmamışdır. 2020-ci ilin iyununda isə mülkiyyətçi Razil Məmmədov tərəfindən sexdə olan iki ə d ə d dəri dolabın sökülməsi barədə məlumatlandırılmışdır. Bundan sonra aidiyyəti üzrə məktublar göndərərək dolabların bərpa edilməsini tələb etsə də, məktublarına heç bir cavab verilməmişdir. Əlavə olaraq 2020-ci ilin iyul ayından obyektə görə ödənilməli olan icarə haqqı da ödənilməməyə başlanmışdır. Belə olduqda məcbur qalıb Cavabdeh MMC-yə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Mübahisə prosesi gedişində isə iddia tələbinin artırılmasına dair ərizələr verərək ödənilməmiş aylar üzrə icarə haqqının da ödənilİməsinə dair tələblə çıxış etmişdir. İş aidiyyət qaydasında əvvəlcə Samux R a y o n Məhkəməsinə, daha sonra isə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 217/2022 saylı qətnaməsinə əsasən Cavabdeh MMC-yə qarşı olan iddiası qismən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əmək haqqı məbləğinin (244000 manat) ödənilməsi hissəsində təmin olunmuşdur. Lakin cavabdeh bununla da kifayətlənməyərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ödəməli olduğu aylıq 12200 (on iki min iki yüz) manat icarə haqqı məbləğini ödəməməkdə davam edir. Qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı tərəfindən cavabdehə (həm hüquqi ünvan üzrə, həm də sexin yerləşdiyi ünvan üzrə) xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilməsinə və ödənilməmiş 3 aylıq (2022-ci ilin mart, aprel və may ayları) icarə haqqı məbləğinin (36600 manat) 5 gün müddətində ödənilməsi tələb olunmasına baxmayaraq cavabdehin icarə haqqı məbləğinin ödənilməsini təmin etməmişdir. Göründüyü kimi, Cavabdeh MMC xx.xx.2019-cu İl tarixli icarə müqaviləsinin tələblərini pozaraq həmin müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini heç bir əsas olmadan 23 aydır ki, ödəmir. Qeyd olunan müddətin 20 aylıq hissəsi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-217/2022 saylı qətnaməsi ilə əhatə olunduğundan, cavabdehə qarşı yerdə qalan 3 aylıq icarə haqqının ödənilməsi qət edilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, onunla Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli (reyestrdə 3M-923 nömrə ilə qeyd olunmuş) icarə müqaviləsi üzrə ödənilməmiş 65600 (altmış beş min altı yüz) manat icarə haqqının və 287 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nə qarşı 19.09 2019-cu il tarixli (reyestrdə 3M-923 nömrə ilə qeyd olunmuş) icarə müqaviləsi üzrə 36600 (otuz altı min altı yüz) manat pul vəsaitinin və 200 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iş Samux Rayon Məhkəməsinin icraatındadır. Hazırki iddia tələbi üzrə cavabdeh tərəfindən 2022-ci ilin mart, aprel və may ayları üzrə icarə haqqı məbləğlərini ödəməmiş, işin məhkəmə aidiyyəti üzrə mübahisə yaranmış, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və icarəçi bu müddət ərzində, yəni 2022-ci ilin iyun və iyul ayları üçün də icarə haqqını ödəməmişdir. Bundan əlavə icarəçi tərəfindən 2022-ci ilin oktyabr ayı üzrə icarə haqqı 7600 manat ödənilmiş, qalan 4600 manat ödənilməmişdir. Qeyd olunan səbəblərdən iddia tələbinin həcmi artırılaraq, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 65600 (altmış beş min altı yüz) manat icarə haqqının və 287 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi şəklində dəyişdirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi üzrə 36600 manat icarə haqqını tələb etmişdir, lakin məhkəmə prosesləri zamanı cavabdeh xx.xx.2022-ci il tarixdə 12200 manatdan 7600 manat ödəmiş, lakin 4600 manat qalıq qalmışdır. 2022-ci ilin mart, aprel, may, iyun və iyul ayları üzrə icarə haqqını cavabdeh ödəmədiyindən həmin aylar üzrə yaranmış 65600 manat məbləğində icarə haqqını tələb edir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X6 məhkəmədən iddia tələbinin təmin olunmasına etiraz etmədi. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində X6 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 1i ünvanında yerləşən mülkiyyətdə olan 1 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət üzrə ona məxsus hissəsindən icarəyə verən X6 (tam hissə, 1707,2 kv.m olan qeyri-yaşayış binasını) icarəçi İddiaçı xx.xx.2024-cü il tarixədək müddətə icarəçiyə icarəyə vermiş, icarəyə götürən İddiaçı icarəyə verən X3 isə hər ayın 1-i aylıq 12200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) adından X7 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli ikinci əldən bağlanan icarə müqaviləsindən görünür ki, icarəyə verən icarəçiyə X2 mülkiyyətində olan 1707,2 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2024cü il tarixədək icarəyə vermiş, icarəçi isə obyektin istifadəsinə görə aylıq 12200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X6 tərəfindən İddiaçı Həsən oğluna göndərilmiş xx.xx.2022ci il tarixli pretenziya məktubundan görünür ki, X1 Hüseyn Həsən oğlundan 10 gün ərzində 280600 manat məbləğində icarə haqqının ödənilməsini tələb etmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi Vəkil tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı nümayəndəsi Vəkil tərəfindən Cavabdeh MMC-yə 5 (beş) gün ərzində Kəpəz Rayon Məhkəməsinin 2(043)-217/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əhatə olunmayan 3 aylıq dövr üzrə ödənilməmiş 36600 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilmiş, Cavabdehndən 244000 manat icraə haqqı və 9657,70 manat illik faiz məbləği olmaqla, cəmi 253657,70 (iki yüz əlli üç min altı yüz əlli yeddi manat yetmiş qəpik) pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli 2(104)-1612/2022 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-217/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" QSC-ti tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üzrə 12000 manat icarə haqqı, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin sentyabr ayı üzrə 12000 manat icarə haqqı, xx.xx.2022ci il tarixdə 2022-ci ilin oktyabr ayı üçün 7600 manat icarə haqqı ödənilmişdir. (4600 manat qalıq qalmışdır) Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1ində yerləşən 1 hektar torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasına dair mülkiyyəçi X6 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixədək icarə müqaviləsi bağlanmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı həmin əmlakı mülkiyyətçinin razılığı əsasında ikinci əldən Cavabdeh MMC-nə xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir və tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən icarəçi Cavabdeh MMC-ti müqavilə üzrə müəyyənləşdirilmiş aylıq 12200 manat icarə haqqını İddiaçı ödəməli idi. Tərəflər arasında işin mübahisəsiz halı ondan ibarətdir ki, icarəçi Cavabdeh MMC tərəfindən 2022-ci ilin oktyabr ayı üzrə 12200 manat icarə haqqından 7600 manat ödənilmiş, 4600 manat qalıq qalmışdır. Eləcə də 2022-ci ilin mart, aprel, may, iyun və iyul ayından etibarən keçən 05 ay ərzində icarəçi müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir. (05 ay x 12200 manat aylıq icarə haqqı + 4600 manat ödənilməmiş hissə) Hazırda iddiaçı Cavabdeh MMC-nə qarşı iddia tələbində tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ödənilməmiş 65600 manat icarə haqqının cavabdehdən alınaraq, ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlər iddia tələbini təsdiq edir. Bundan başqa cavabdeh icarə haqqının məbləğini mübahisələndirməmiş, məhkəməyə iddia tələbini həmin təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarəyə verdiyi əmlaka görə cavabdeh tərəfindən ödənilməmiş (mart, aprel, may, iyun , iyul ayları üzrə - 05 ay x 12200 manat aylıq icarə haqqı + 4600 manat ödənilməmiş hissə) aylıq icarə haqqı üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsində qeyd olunur ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən xüsusatlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh icarə müqaviləsindən irəli gələn icarə haqqını ödəməli olmasına dair öhdəliyi icra etməmişdir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış aylıq ödənilməmiş icarə haqqı məbləği, yəni 65600 manat pul (05 ay x 12200 manat aylıq icarə haqqı + 4600 manat ödənilməmiş hissə) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında olan mübahisə yarandığına görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı cavabdeh həmçinin icarə haqqının ödənilməsini gecikdirdiyinə görə iddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək gecikdirilmiş icarə haqqı məbləğlərini tələb etmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh MMC-nə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 65600 (altmış beş min altı yüz) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 287 (iki yüz səksən yeddi) manat pul alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehndən 65600 (altmış beş min altı yüz) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 287 (iki yüz səksən yeddi) manat pul alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar