Məhkəmə qərarları › İş №2(058)-555/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-555/2024

02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-555/2024 02.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X15 iştirakı ilə, Ərizəçi qohumuluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası mərhum X16 və anası mərhum X20 ilə qohumluq münasibətlərinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanda qeydiyatda olmağına baxmayaraq Samux Rayon Alıuşağı kəndində ailəsi ilə birlikdə yaşayır. X2 xx.xx.2020-ci il tarixdə, anası X20 isə xx.xx.2021-ci il tarixdə ölmüşlər. Mərhum X2na və mərhum anası X12 Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə 0,11 ha JN-143F, kod 50706028 nömrəli torpağın mülliyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin mərhum X2 və mərhum anası X10 müvafiq sənədlərində qeyd olunan soyad, ad və ata adları doğum haqqında şəhadətnamədə yazıldığından fərqli qeyd olunmuşdur. Həmin fərqlər aşağıdakı kimidir: Ölüm haqqında şəhadətnamədə göstərilən soyadı, ad və ata adı X16 torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə X21, qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5xx-xx-0424 nömrəli məktubunda X3, anasının sənədlərində isə ölüm haqqında şəhadətnamədə göstərilən soyadı, ad və ata adı X20 torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə X20, qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5xx-xx-0424 nömrəli məktubunda X5 qeyd olunmuşdur. O, mərhum valideyinlərindən qalan miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, soyadı mərhum valideyinlərindən fərqli olduğu üçün Samux Rayon Notariat ofisi onu vərəsə kimi tanımır və bu barədə müvafdiq imtina məktubu vermişdir. Bu səbəbdən də hesab edir ki, X16 və X20 ilə qohumluq münasibətləri məhkəmə qaydasında tanınmalıdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Ərizəçi məhkəməyə iddia tələbin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək, mərhum X6 onun atası və mərhum X10 isə onun anası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 izahat verərək bildirdiki, ərizəçi tərəfindən təqdim edilmiş doğum haqqında akt qeydində onun ata və anasının soyadları “Kərimov”, lakin ərizəçinin ata və anasının ölüm haqqında akt qeydlərində və digər övladlarının doğum haqqında akt qeydlərində onların soyadı “Həsənov” kimi, həmin şəxslərin nikah haqqında akt qeydində soyadları “Kərimov” kimi qeyd olunmuşdur. Halbuki ərizəçinin ərizəsində ata və anası kimi qeyd etdiyi şəxslərin ad, soyad və ata adlarının dəyişdirilməsinə dair şöbənin arxivində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X26 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, Ərizəçi onun qonşusudur. Onun atasının adı Nəriman olub, soyadlarını isə Kərimov olaraq bilmişdir. Ərizəçinin anasının adı Qəndaf olub, onun soyadını isə bilməmişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Ərizəçi onun qardaşıdır. X1, anası isə Həsənova Qəndaf olub. Ata və ansının rəsmi sənədlərində soyadlarının fərqli yazılmasının səbəbini bilmir, bu barədə məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi onun əridir. X16 onun həm dayısı, həmdə qaynatası olub. Həsənova Qədaf isə onun qaynanası olub. Ərinin ata və ansının rəsmi sənədlərində soyadlarının fərqli yazılmasının səbəbini bilmir, bu barədə məlumatı olmayıb. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş Ərizəçi Nərman oğlunun atası X23, anası X13r. AZ İ № 459689 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 17 yanvar 2012-ci ildə Samux rayonu Alıuşağı kəndində ölmüşdür. AZ İİ № 073411 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə Samux rayonu Alıuşağı kəndində ölmüşdür. 3-16-5/8-k-12-116/2024 saylı arayışın surətindən görünür ki, X23 ilə X19 arasında 06 iyul 1960-cı il tarixdə 11 nömrəli akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Kərimov, arvada isə Kərimova soyadı verilmişdir. 05 aprel 2024-cü il tarixli Notariat Hərəkətlərin aparılmasından imtinaya dair qərardan görünür ki, mərhum X6 və mərhum X10 adına olan Samux rayonu, Əliuşağı kəndində yerləşən miras əmlaka dair Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlər əsasında ölüm haqqında akt qeydlərində düzəlişin aparılmasının mümkün olmadığı qeyd olunmuşdur. Torpağın mülkiyyətinə verilməsinə dair JN-143F (KOD ********) saylı şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Əliuşağı kəndində yerləşən 0,11 ha torpaq sahəsi X11 və X10 mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçi ərizəsində qeyd edir ki, X16 və X20 onun ata və anası olub. Lakin onun doğum haqqında şəhadətnaməsində ata və anasının soyadları “Kərimov” və “Kərimova” kimi qeyd olunub. Ərizəçinin göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı heç bir sübutla təsdiqini tapmamış, hətta ərizəçi tərəfindən məhkəməyə dəvət olunan şahidlərin ifadələri ilə belə ərizənin əsaslı olması qənaətinə gəlmək mümkün olmamışdır. Hətta məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin doğum şəhadətnaməsində onun ata və anası kimi qeyd olunan şəxslərlə iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamələrdə qeyd olunan şəxslərin təkcə soyadlarında deyil, hətta adlarında da uyğunsuzluq mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, ərizənin təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1 maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 2-ci bəndində göstərilir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar