Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-59/2024 20.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və onun vəkili Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və cavabdehin həmin sahədə əkdiyi ağacların cavabdehin vəsaiti hesabına çıxarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan 1.0894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X2 tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və həmin sahədə cavabdehin əkdiyi meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Samux Rayonun Sərkar kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. İribuynuzlu mal-qara saxladığı üçün xx.xx.2019-cu il tarixdə Samux Rayon Notariat ofisində 4Ə-299 nömrəli alqı-satqı müqaviləsi əsasında 1,0894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır. Həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə 1,0894 ha kənd təsərrüfatı təyinatlı torpağın xüsusi mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestirindən çıxarış almışdır. Xüsusi mülkiyyətində olan 1,0894 ha torpaq sahəsinin məkan üzrə yerləşməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə A №345243 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədini almış və həmin idarənin mütəxəsissləri tərəfindən 1,0894 ha torpaq sahəsi məkan göstəriçiləri üzrə ölçülüb ona təhvil verilmişdir. Xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə Cavabdeh maneçilik törədir. Hətta məkan göstəriciləri əsasında xüsusi mülkiyyətdə olan 1,0894 ha torpaq sahəsinin 0,80 ha hissəsini cavabdeh zəbt edərək özü üçün meyvə ağacı əkib. Cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin cavabdeh onunla yersiz mübahisə edir, müanqişə yaradır və zəbt etdiyi sahədən çıxmır. Zəbtlə əlaqələr cavabdehlə Samux Rayon Sərkar kənd icra nümayəndəliyi və Sərkar kənd bələdiyyəsi tərəfindən aparılan söhbətlər heç bir əməli nəticə vermir. Cavabdeh əsassız olaraq yerin ona məxsus olmasını iddia edir. Hətta o, xüsusı mülkiyyətində olan 1,0894 ha torpaq sahəsinin məkan göstəriciləri plan - ölçü sənədləri əsasında yenidən ölçülüb verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə rəsmi müraciət etmiş və həmin müraciəti əsasında xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyətində olan 1,0894 ha torpaq sahəsi yenidən yerində ölçülüb ona təhvil verilmişdir. Bu barədə xx.xx.2023cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Rauf Allahverdiyevin, Sərkar bələdiyyəsi Şəmistan Yusifovun və onun iştirakı ilə müvafıq akt tərtib edilmişdir. Həmin akt əsasında aparılan yenidən ölçü işlərində müəyyən edilmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt edib. Ölçü işlərinin aparılmasında cavabdeh qəsdən iştirak etməmiş, torpağın zəbtdən azad edilməsi ilə əlaqədar onunla aparılan söhbətlər heç bir əməli nəticə verməmişdir. Bu səbəbdən də hesab edir ki, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X4 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı tərəf ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh ekspert rəyi ilə razı olduğunu bildirdi, həmçinin qeyd etdi ki, o, iddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən istifadə olunan hissəsində ağaclar əkmişdir. İddianın təmin edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********09 reyster nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 1.0894 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/2980 saylı, 28 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Samux rayonu, Sərkar kəndi ərazisində “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli Çıxarışa və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, İddiaçı mülkiyyətində olan 1.09 ha torpaq sahəsinin 0.72 ha hissəsi Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçıya məxsusdur, həmin torpaq sahəsinin müəyyən hissəsi hazırda cavabdehin faktiki istifadəsindədir və cavabdeh iddiaçının sahibliyində olan torpaqdan heç bir hüquqi əsas olmadan istifadə edir. Hazırda iddiaçı ona məxsus olan həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı, mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsini, yəni cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, hazırda cavabdehin həmin torpaq sahəsindən əsassız istifadə etməsi onun mülkiyyət hüququnu pozur və o, mülkiyyətində olan əmlaka digər şəxs, yəni cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmalı və cavabdehin həmin sahədə əkdiyi ağaclar cavabdehin vəsaiti hesabına çıxarılmalıdır. İş üzrə məhkəmə xərci 100 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh Samux rayonu, Sərkar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********09 reyster nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.0894 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadə etdiyi 0.72 ha hissəsindən çıxarılsın və həmin hissədə cavabdeh tərəfindən əkilmiş ağaclar cavabdehin vəsaiti hesabına çıxarılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat pul Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyi kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-59/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-59/2024
20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver