Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-63/2023 14.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı X11 qanuni nümayəndəsi İddiaçı Tarverdi qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X11 cavabdehlər Cavabdeh və X7 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdehlər Cavabdeh və X7 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ona miras qalmış mülkün, pay torpaqlarının və 2006-cı ildən əmisi Cavabdeh qanunsuz olaraq mənimsədiyi haqqının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2000-ci il tarixdə əslən Samux rayonu Qarabağlar kəndindən olan və kəndlərində işləməyə gəlmiş Etibar adlı usta ilə ailə qurmuş bacısı Zərif gilə qonaq gəlmişdir. Bacısının ailəsinin qonşusu olan Sosialist kişinin ailəsindən olan Aslanov Şikar Sosialist oğlu ilə tanış olmuşdur. Onların bu tanışlığı qarşılıqlı isti münasibətə çevrilmiş və onlar ailə qurmuşlar. Bu evlilikdən xx.xx.2006-cı il tarixdə oğulları anadan olmuş, lakin X9 anadan qüsurlu doğulmuşdur. Onların münasibətlərinə və ailə qurmalarına heç cür razı olmayan qaynanası Tərifə xanım uşağın qüsurlu doğulmasını görüb daha da hiddətlənmiş və onların rəsmi nikaha düşməsinə razı olmamışdır. Körpə uşağı 8 aylığında olanda qaynanası onu evdən qovmuşdur. O, məcbur olub Cəlilabad rayonu Günəşli kəndində olan ata evinə yığışmış və oğlunun 4 yaşı tamam olandan sonra Gəncə şəhərinə gələrək kirayədə qalmışdır. 2011-ci ildə Gəncə şəhərinə gələrək kirayə evə yerləşmiş və oğlu X6 şəhəri 24 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. Övladının oxuduğu illər ərzində bir dəfə də, olsun qaynanası tərəfdən heç bir maddi və mənəvi yardım olmamışdır. X9 hal-hazırda Gəncə şəhəri 24 saylı orta məktəbin 10-cu sinifində təhsil alır. Ancaq buna baxmayaraq, oğlu İİ qrup əlilidir və müalicəyə ehtiyacı vardır. Onun müalicəsi yalnız Türkiyədə mümkündür. Qaynı Cavabdeh onu evdən qovmuşdur. Artıq 10 ilə yaxındır ki, həyat yoldaşının adına X18 Komisiyassı tərəfindən verilmiş pay torpaqdan və ata mülkündəki fərdi təsərrüfatından istifadə edirlər.O, istəyir ki, həyat yoldaşından övladına miras qalmış mülkündən uşağını gücü çatana qədər təmin edib onun gələcək həyatına bünövrə yaratsın. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X11 qanuni nümayəndəsi İddiaçı Tarverdi qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum əri Aslanov Şikar Sosialist oğlu xx.xx.2006-cı il tarixdə vəfat etdikdən sonra ərinin qırx mərasimindən sonra onlar xx.xx.2006-cı il tarixdə qaynanası X4 məxsus evdən zorla çıxarılmışlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddianın X19 Sosialist oğlundan miras qalmış torpaq sahəsindən iddiaçının payında düşən hissəsinə vərəsə hüququnun tanınmasına etirazı yoxdur. Ancaq iddianın mərhum X1 miras qalmış mülkidən pay verilməsi hissəsi iddiaçı tərəfindən faktiki qəbul edilmədiyindən həmin hissədə iddianın təmin olunmamasını bildirdi. Ona görə ki, iddaçı və qanuni nümayəndəsi mərhum Tərifə Aslanova vəfat etməmişdən əvvəl 2006-cı il tarixdə mübahisəli mülkidən çıxmışlar və mübahisəli mənzildə yaşamamışlar. İddiaçı miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.1987-ci il tarixdə Xanlar rayon Çobanabdallı kənd soveti tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanov Sosialist Mədəd oğlu 02 yanvar 1987-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə Samux rayon İHB-nın Çobanabdallı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 aprel 2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2006-cı il tarixdə Samux rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanov Şikar Sosialist oğlu ilə X2 birgə nikahlarından 20 yanvar 2006-cı il tarixdə X14 anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanov Şikar Sosialist oğlu 12 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanov Şikar Sosialist oğlu, X11 atasıdır. xx.xx.2007-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X3, Aslanov Çingiz Sosialist oğlunun, Aslanov Şikar Sosialist oğlunun, X5 adına Samux rayon Qarabağlar kəndində yerləşən 0.740298 torpaq sahəsi qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X3 adına Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Məhkəmə, mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq belə hesab edir ki, X19 Sosialist oğlundan Samux rayon Qarabağlar kəndində yerləşən və umumi istifadədə olan 0.740298 ha torpaq sahəsindən miras qalmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, Samux rayon Qarabağlar kəndində yerləşən 0.740298 torpaq sahəsi X3, Aslanov Çingiz Sosialist oğlunun, Aslanov Şikar Sosialist oğlunun, X5 xüsusi mülkiyyətində olmuş, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Aslanov Çingiz Sosialist oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Aslanov Şikar Sosialist oğlu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X19 Sosialist oğlunun ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələri dairəsinə 1 nəfər övladı Emil Aslanov daxil olmuşdur. Hazırda miras mülkdə qanun üzrə vərəsələr dairəsinə daxil olan birinci növbəli vərəsə olan iddiaçı atasından miras qalmış əmlaka dair iddia ilə məhkəməyə müraciət etmişdir. Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evi mülk iddiaçının mərhum nənəsi X3 xüsusi mülkiyyətində olmuş, iddiaçı və anası xx.xx.2006-cı il tarixdə Tərifə Aslanovaya məxsus Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evindən çıxmışlar və faktiki olaraq mirası qəbul etməmişlər. Məhkəmə iddia tələbinin “2006-cı ildən əmisi Cavabdeh qanunsuz olaraq mənimsədiyi haqqının ona verilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı X14 X19 Sosialist oğlunun qanun üzrə vərəsəsi tanınmalı, X19 Sosialist oğlundan miras qalmış Samux rayon Qarabağlar kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.740298 ha torpaq sahəsinin X19 Sosialist oğluna aid hissəsinə iddiaçının miras payı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı X14 xx.xx.2006-cı il tarixdə vəfat etmiş Aslanov Şikar Sosialist oğlunun qanun üzrə vərəsəsi tanınsın. İddiaçı X11 xx.xx.2006-cı il tarixdə vəfat etmiş Aslanov Şikar Sosialist oğlundan miras qalmış Samux rayon Qarabağlar kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.740298 ha torpaq sahəsinin X19 Sosialist oğluna aid hissəsinə miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Samux Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-63/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-63/2023
14.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver