Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-67/2024 20.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 nümayəndəsi) X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5, müstəqil tələb irəli sürən üçüncü şəxs X10, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar H.Əmiraslanovanın və G.Zeynalovanın nümayəndəsi və vəkili, eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı D.Hüseynovanın və müstəqil tələb irəli sürən üçüncü şəxs M.Hüseynovun vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər X4, X6 və X11 qarşı qarşı “qanun üzrə vərəsə tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququ ilə mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçılar X2, X5 və X8 cavabdeh İddiaçı qarşı “mirasdan paylarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı “mirasdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı əri X16 qanun üzrə vərəsəsi tanınması, ondan miras qalmış Samux rayonu, Ziyadlı kəndində yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən yaşayış evindən və VAZ 2106 markalı, 51 BE-486 qeydiyyat nişanlı atomobildən ibarət mirası yeganə qanun üzrə vərəsə olaraq qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlaka dair tam pay hüququ ilə mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X26 ilə 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Əri A.Cavadov xx.xx.2021-ci ildə vəfat edib. Əri vəfat edənədək ərinin qızları Dürdanə, Hökümə və Güllü ailə quraraq ər evinə köçüblər. Ərinin vəfatından sonra ərindən miras qalmış ev və həyətyanı torpaq sahəsindən, həmçinin birgə nikah dövründə alınmış VAZ 2106 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırda evin kommunal xərcləri onun tərəfindən ödənilir, avtomobil isə həyətindədir, sənədləri və açarı ondadır. Ərinin ilk nikahından olan qızları mirası nə faktiki, nə də formal olaraq qəbul etməmişlər. O, notariusa müraciət etmiş, lakin digər vərəsələr razı olmadığından ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də onun, əri X16 qanun üzrə vərəsəsi tanınması, ərinin adına qeydiyyata alınmış Samux rayonu, Ziyadlı kəndində yerləşən torpaq sahəsi və üzərində tikilmiş yaşayış evindən, həmçinin VAZ 2106 markalı, 51 BE-486 qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakı yeganə qanun üzrə vərəsə olaraq qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlaka dair tam pay hüququ ilə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar X7, X12 və X19 cavabdeh İddiaçı Ömrü qızına qarşı ataları X13 miras qalmış Samux rayonu, Ziyadlı kəndində yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən yaşayış evindən və VAZ 2106 markalı, 51 BE-486 qeydiyyat nişanlı atomobildən ibarət mirasdan paylarının müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Tələblərini onunla əsaslandırmışlar ki, mərhum ataları X26 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onlar atalarından qalan mirası, miras açıldığı andan 6 ay müddət keçməmiş mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etmişlər. İddiaçı da notariusa müraciət etmişdir. Lakin vərəsələr arasında miras əmkadan müəyyən olunzcaq paylara adir onlar arasında mübahisə yarandığından onlara şəhadətnamə verilməmişdir. X3 vəsiyyətnamə üzrə vərəsəsi olan nəvəsi X23 da notariusa müraciət etmişdir, sözügdən vəsiyyətnamə isə iş materiallarında mövcuddur. Qarşılıqlı iddia tələbinin təmin olunmasını, ataları X13 miras qalmış VAZ 21063 markalı, **-BE-*** qeydiyyat nömrə nişanlı avtomobilə və Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evindən ibarət mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X24 cavabdeh İddiaçı Ömrü qızına qarşı babası X16 vəsiyyətnamə ilə ona miras qoyduğu Samux rayonu, Ziyadlı kəndində yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən yaşayış evindən və VAZ 2106 markalı, 51 BE-486 qeydiyyat nişanlı atomobildən ibarət mirasdan payının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan miras əmlak babası X26 tərəfindən illər öncə ona vəsiyyət edilmişdir. Babası A.Cavadov xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra o və digər vərəsələr notariat orqanına müraciət etmişlər, lakin İddiaçı miras kütləsində payının tam olduğunu iddia etdiyindən notariat orqanı onlara şəhadətnamə verməkdən imtina etmişdir. Miras əmlaklak kütləsinə daxil olan avtomobil birgə nikah dövründə əldə edilsə də, torpaq sahəsi və fərdi yaşayış evi birgə nikah dövründə əldə edilməmişdir. Babası A.Cavadov vəfat edəndə o, ölkə xaricində olub, lakin miras açılandan 6 ay keçməmiş mirasın qəbulu barədə notariat orqanına ərizə ilə müraciət etməsi üçün X4 etibarnamə vermişdir. Hazırda bütün vərəsələr payının müəyyən edilməsi üçün məhkəməyə müraciə edib, ona görə o da, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia qaldıraraq miras əmlakdan payının müəyyən olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ömrü qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X7 və X12 iddiaya etiraz edərək bildirdilər ki, atalarından miras qalmış əmlakın tam şəkildə İddiaçı tərəfindən qəbul edilməsi iddiası ilə razılaşmırlar, həmin miras əmlakdan onların da payı müəyyən edilməlidir. Ona görə də qarşılıqlı iddianın təmin edilərək sözügedən miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X24 ilkin iddianı qəbul etməyərək bildirdi ki, babası A.Cavadov bütün miras əmlakını ona vəsiyyət etdiyindən ilkin iddia üzrə İddiaçı iddia tələbinin onun sözügedən mirası tam şəkildə qəbul etməsinə dair xüsusatları ilə razı deyil, ona görə də, miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X2 və X8 nümayəndəsi və vəkili, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək bildirdi ki, ilkin iddia üzrə İddiaçı miras əmlakı tam şəkildə qəbul etməsinə dair iddiası əsassızdır, belə ki, miras əmlak miras qoyan tərəfindən vəsiyyətnamə ilə nəvəsi X17 vəsiyyət edilmiş, lakin buna baxmayaraq digər vərəsələr həmin mirasdan məcburi pay almaq hüququna malikdirlər. Miras kütləsinə daxil edilmiş avtomobil isə miras qoyanla onun arvadının birgə nikah dövründə əldə olunduğundan həmin avtomobilin X20 məxsus olan və miras əmlak kütləsinə daxil olan hissəsi hissəsi qanuna müvafiq qaydada vərəsələr arasında bölünməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası tam təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-515A, KOD 50707028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə X16 adınadır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-515A, KOD 50707028 saylı şəhadətnamədən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X16 mülkiyyətindədir. Texniki pasportdan və tikinti planından görünür ki, X20 məxsus Samux rayonu, Ziyadlı kəndində yerləşən torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ21063 minik markalı, 51BE486 qeydiyyat nişanlı avtomobilin sahibi X21r. Qeydiyyat üçün əsas xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 oktyabr 1968-ci il tarixdə doğulmuş X18 atası X21r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 fevral 1960-cı il tarixdə doğulmuş X14 atası X21r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 sentyabr 1966-cı il tarixdə doğulmuş X9 atası X21r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X25 20 aprel 2005-ci ildə Samux rayonu VVAQD şöbəsində nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir. Gəncə “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Zülfiqar Ağcayev tərəfindən İddiaçı ünvanlanmış 16 iyun 2023-cü il tarixli 1999 saylı məktubdan görünür ki, X16 vərəsələri arasında mirasın qəbuluna dair mübahisə olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1) Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (maddə 1133.2). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (maddə 1151). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.(maddə 1166). Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. (maddə 1193). Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. (maddə 1196). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X16 qanun üzrə vərəsələri onun arvadı İddiaçı, uşaqları X7, X12 və X15r. X24 isə miras qoyanın vəsiyyət üzrə vərəsəsidir. X26 bütün daşınar və daşınmaz əmlakını nəvəsi X17 vəsiyyət etmişdir. Miras əmlaka daxil olan VAZ21063 minik markalı, 51BE486 qeydiyyat nişanlı avtomobil X26 ilə arvadı İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakdır, digər miras əmlak, yəni Samux rayonu Ziyadlı kəndində yerləşən torpaq sahəsi isə birgə nikah dövründə əldə olunmuş əmlak deyil. Hazırda ilkin iddia üzrə İddiaçı iddia tələbində əri A.Cavadovdan miras qalmış bütün miras əmlakın təkcə onun tərəfindən qəbul edildiyini və miras əmlaka tam pay hüququnun olduğunun iddia edir. Qarşılıqlı iddia üzrə iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs isə mirasda onlarının da payının olduğunu iddia edərək paylarının müəyyən edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə görə qanun üzrə vərəsəlik həmin miras əmlaka dair miras qoyanın vəsiyyətnəmə qoymadığı və ya vəsiyyətnamənin etibarsız sayıldığı halda qüvvədə olur. Əgər vəsiyyətnamə varsa və həmin vəsiyyətnamə etibarsız sayılmayıbsa o zaman miras əmlakın qanun üzrə vərəsələrə keçməsi istisna olunur. Buna baxmayaraq qanunvericilik vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payının olduğunu göstərir. Lakin həmin payı (məcburi payı) qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı həddində müəyyən edir. Hazırki işin faktiki hallarından və iş materiallarından aydın görünür ki, X26 miras əmlakını bütövlükdə nəvəsi X17 vəsiyyət etmişdir. Belə olan halda onun uşaqlarının və arvadının həmin mirasdan yalnız məcburi payları var. Lakin VAZ21063 minik markalı, 51BE486 qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak olduğundan və həmin əmlakın yarısı İddiaçı məxsus olduğundan avtomobilin yalnız 1\2 hissəsi miras əmlak kütləsinə daxildir. Miras əmlakın qəbulu müddəti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda baxılaraq qərar qəbul edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmçinin qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağı nəzərə alınaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı qənaətinə görə, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Məhz həmin nöqteyi nəzərdən hazırda məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə həm vəsiyyət üzrə vərəsə vəsiyyətnamə əsasında ona qoyulmuş mirası, həm də qanun üzrə vərəsələr miras əmlakdan məcburi payları qəbul etmiş hesab olunurlar. Məhkəmə miras əmlak kütləsinə daxil olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin statusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlak olmasına baxmayaraq həmin əmlakın dövlət qeydiyyatına alınması üçün əsaslar mövcuddur. Belə ki, evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə miras qoyana məxsus olmuş, ev fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikilməklə texniki pasportu mövcuddur. Bu əsasla da, məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq gözlənilən mülkiyyət hüququna əsasən miras əmlak kütləsinə daxildir. Miras əmlkadan payların müəyyən edilməsi məsələsinə münasibət bildirərkən məhkəmə qeyd edir ki, ilkin iddiadan və işin faktiki hallarında aydın olduğu kimi ilkin iddia üzrə İddiaçı miras əmlaka tam payının müəyyən edilməsini tələb etmişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, sözügedən miras əmlaka dair vəsiyyətnamə mövcud olduğundan qanun üzrə vərəsələrin yalnız mirasdan məcburi paylarının olmasından söhbət gedə bilər. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbində sözügedən VAZ21063 minik markalı, 51BE486 qeydiyyat nişanlı avtomobil X16 və İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlak olduğundan və avtomobilin yalnız 1\2 hissəsi miras əmlak kütləsinə daxil olduğundan yalnız həmin hissədən vərəsələrin payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Beləliklə məhkəmə hesab edir ki, X13 qalmış miras əmlak kütləsinə daxil olan Samux rayonu Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evindən X10 6/10 hissədə, İddiaçı, X2, X5 və X8 isə hərəsinin 1/10 hissədə, VAZ 21063 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobilə dair isə X10 6/20 hissədə, İddiaçı 11/20 hissədə, X2, X5 və X8 isə hərəsinin 1/20 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxsin iddiası tam təmin edilsin. X1 miras qalmış, Samux rayonu Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evindən X10 6/10 (onda altı) hissədə, İddiaçı, X2, X5 və X8 isə hər birinin 1/10 (onda bir) hissədə, VAZ 21063 markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobilə dair isə X10 6/20 (iyirmidə altı) hissədə, İddiaçı 11/20 (iyirmidə on bir) hissədə, X2, X5 və X8 isə hər birinin 1/20 (iyirmidə bir) hissədə payları müəyyən müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-67/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-67/2024
20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver