Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-68/2024 30.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X2, cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İdiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin cavadehlərin zəbtindən azad edilməklə, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İdiaçılar İddiaçı1 İrman oğlu və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında onlara və ailə üzvlərinə paylı mülkiyyət hüququ ilə məxsus olan 3,1459 ha və 1,6154 ha kənd təsərrüfatlı torpaq sahələrinin əkilib becərilməsinə cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaq sahələrinin onların qanunsuz zəbtindən (istifadəsindən) azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 3,1459 ha kənd təsərrüfatı təyinatlı torpaq və xx.xx.2022-ci il ********** qeydiyyatı nömrəli çıxarışa əsasən 1,6154 ha kənd təsərrüfatı təyinatlı torpaq onların onların və ailə üzvülərinin paylı mülkiyyətlərindədir. Həmin torpaq sahəsi onlara Samux Rayonun Aqrar İslahat Komisiyyası tərəfindən verilmişdir və faktiki olaraq 28 ildən çox müddətdir ki, istifadələrindədir. 2020-ci il may ayından cavabdehlər heç bir qanunu əsas olmadan onların xüsusi mülkiyyətlərində olan əkin sahələrində öz mal-qaralarını otarmağa başlamışlar və onlara zərər vurmuşlar. Cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia edirlər ki, bu sahə örüş yeridir. Cavabdehlər hal-hazırda həmin əkin sahəsində mal-qaralarını otarmaqda davam edirlər. Belə ki, cavabdehlər öz şəxsi mülahizələrinə görə onların mülkiyyət sənədlərinin saxta olduğunu iddia edirlər. Bundan əlavə cavabdehlər onların xüsusi mülkiyyətində olan torpaq sahələrinin örüş yeri olması ilə əlaqədar dövlət orqanlarına (Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Seyidlər Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi, Ekologiya İdarəsinə və digər təşkilatlara) müraciət etmişlər. Lakin cavabdehlərin müraciət etdikləri dövlət orqanları tərəfindən onlara həmin torpaq sahələrinin qanunvericiliyin tələbinə uyğun olaraq xüsusi mülkiyyətdə olduğu bildirilmişdir. Lakin cavabdehlər mövcud vəziyyətlə razılaşmırlar, yenə də onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsini zəbt etməklə onlara ziyan vurmağa davam edirlər. Cavabdehlər onlara xüsusi mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etməyə, əkib-becərməyə, torpaq sahəsini şumlamağa imkan vermirlər. Cavabdehlərin müdaxiləsi nəticəsində mülkiyyətlərində olan torpaq sahəsini şumlaya bilmirlər. Bu səbəbdən cavabdehlərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması və torpaq sahələrinin zəbtdən azad olunması məqsədi ilə məhkəməyə müraciət edilmələrinə zərurət yaranmışdır. İddiaçıların vəkili X3 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçılar İddiaçı1 İman oğlu, İddiaçı2 İman oğlunun və ailə üzvlərinin mülkiyyətində olan 3,1459 ha və 1,6154 ha kənd təsərrüfatlı torpaq sahələrinin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4qanunsuz zəbtindən azad edilməsi və onların həmin torpaq sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizədə göstərilmişdir ki, iddiaçıların ata adı iddia ərizəsində texniki olaraq səhv göstərilmişdir. Ona görə də iddiaçıların atalarının adının “İmran” kimi oxunmasının nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə tərəfindən mülki iş üzrə müvafiq ekpert rəyi elan olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olduğunu bildirdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olduğunu bildirdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçıların vəkili F.Xəlilov iddia tələbini müdafiə edərək ekspert rəyi ilə razı olduğunu bildirdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert rəyi ilə razı deyil, belə ki, sözügedən torpaq sahələri örüş torpaqlara aiddir, buna görə də onlar həmin torpaq sahələrindən mal-qaralarını otarmaq üçün otlaq kimi istifadə edirlər, həmin torpaq sahələri iddiaçıların mülkiyyətlərinə əsassız və qanunsuz verilib, ona görə də iddianın rədd edilməsini xahiş edir. Digər cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh4 izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbini qəbul etmədiklərini, ekspert rəyi ilə razı olmadıqlarını bildirdilər və tələbin rədd olunmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr nömrəli çıxarışın suətindən görünür ki, Samux rayonu, Seyidlər kəndində yerləşən 3.1459 ha kənd təsərrüfatı təyinatlı torpaq ümumi paylı mülkiyyət hüququ ilə İddiaçı1 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********21 reyestr nömrəli çıxarışın suətindən görünür ki, Samux rayonu, Seyidlər kəndində yerləşən 1.6154 ha kənd təsərrüfatı təyinatlı torpaq ümumi paylı mülkiyyət hüququ ilə İddiaçı2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/3324 nömrəli ekspert rəyindən görünür ki, “X1 Haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 3.1459 ha torpaq sahəsinə dair tərtib olunmuş AN-757109 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi və **********21 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 1.6154 ha torpaq sahəsinə dair tərtib olunmuş AN- 856206 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi Samux rayonu Seyidlər (Nəsimi) kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Samux rayonu Seyidlər bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2009-cu il tarixli yerquruluşu sxeminə (kod-********) əsasən, bələdiyyə mülkiyyətində olan örüş sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında isə AN-757109 və AN-856206 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahələri, xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkin sahəsi olaraq göstərildiyi müəyyən edilir. Əraziyə keçirilən baxışda iştirak edən İddiaçı2 “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********19 və **********21 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan 3.1459 ha və 1.6154 ha torpaq sahələrindən faktiki olaraq istifadə etmədiyi bildirildi. Cavabdehlər isə, sözügedən torpaq sahəsindən bələdiyyə mülkiyyətində ümumi istifadədə olan örüş otlaq sahəsi kimi istifadə etdiklərini bildirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahələri ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara və onların ailə üzvlərinə məxsusdur. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında sözügedən torpaq sahələrinin örüş torpaqlara aid olduğunu və iddiaçıların mülkiyyətinə qanunsuz verildiyini bildirərək həmin torpaq sahələrindən mal-qaralarını otarmaq üçün istifadə etdiklərini etiraf etmişlər. Hazırda iddiaçılar cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılmalarını tələb edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahələri mülkiyyət sənədinə əsasən iddiaçılara və onların ailə üzvlərinə məxsusdur. Cavabdehlər əsassız mülahizələr irəli sürərək iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan sözügedən torpaq sahələrindən heç bir qanuni əsas olmadan istifadə edirlər və bu da iddiaçıların mülkiyyət hüquqlarını pozur. Belə olan halda iddiaçılar mülkiyyətlərinə olan müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan və Samux rayonu, Seyidlər kəndində yerləşən 3,1459 ha və 1,6154 ha kənd təsərrüfatlı torpaq sahələrindən çıxarılsınlar. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-68/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-68/2024
30.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver