Məhkəmə qərarları › İş №2(058)-69/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-69/2023

18.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-69/2023 18.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X51 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh Əkbərəli oğlunun, X3 və onun nümayəndəsi, vəkil X14 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Əkbərəli oğluna, X15, X7, X16, X8,X9, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Əkbərəli oğluna, X15, X7, X16, X8,X9, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon Yenikənd kənd İƏD-si üzrə nümayəndəliyində alqı-satqı müqaviləsi əsasında aldığı 17359.25 ha pay torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin 17359.25 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb ona təhvil verilməsi və onun həmin torpaq sahəsi ilə bağlı çıxarışın alınması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, 23 aprel 2013-cü il tarixdə Samux rayon, Yenikənd İcra Ərazi Dairəsi üzrə icra nümayəndəliyində alqı-satqı müqaviləsi əsasında 900 ABŞ dolları məbləğində Cavabdeh Əkbərəli oğlundan 17359.25 ha torpaq sahəsi almış və həmin vaxt Samux rayon, Yenikənd kənd İcra Ərazi Dairəsi üzrə icra nümayəndəliyində Notariat Kontorunda aktda adları göstərilən şəxslər imza etməklə təsdiq edilmişdir. Həmin torpaq sahəsini Cavabdeh və onun ailə üzvləri qanunsuz olaraq müdaxilə etməklə onun həmin torpaq sahəsinə girməsinə maneələr yaratmışlar. Onların aralarında mübahisələr son bir ayda başlamışdır. Cavabdehlərə məxsis torpaq sahəsi bataqlıqdan ibarət olmuş, o, həmin torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə müxtəlif kübrələr verməklə, torpaq sahəsini hamarlatmaqla münbit torpaq sahəsinə çevirmiş və bunun üçün 5000 (beş min) manata yaxın xərc çəkmişdir. O, cavabdehlər Cavabdeh Əkbərəli oğluna və onun ailə üzvlərinə həmin torpaq sahəsinin ona məxsus olmasına dair aktı təqdim edərək ona məxsus olmasını, onun istifadə etməsini bildirmiş və cavabdehlər onun sözünə yenə dəheç bir məhəl qoymamışlar. Bir sözlə heç bir əsas və səbəb olmadan ona öz torpaq sahəsindən istifadə etməsinə imkan verməmişlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əkbərəli oğlu məhkəmə iclasında bildirdi ki, o,iddia ərizəsində göstərilənlərlə razı deyildir. O, Cavabdeh Əkbər oğlu ilə aralarında razılaşmaya əsasən xx.xx.2012-ci il tarixdə 10 (on) illik müqavilə bağlanmış və hazırda aralarında bağlanmış həmin müqavilənin müddəti bitmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X17 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə razı olmadığını bildirdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 nümayəndəsi, vəkil X35 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilənlərlə razı deyil və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehlər Cavabdeh Əkbərəli oğlunun, X3 və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Torpağa Mülkiyyət hüququna dair JN-117 kod 50700018 nömrəli dövlət aktından görünür ki, Samux rayonu X11 02 iyun 1998-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.44 ha torpaq sahəsi Cavabdeh Əkbər oğlu, X27, X28, X21, X29, X17 və X4 mükiyyətinə verilmişdir. xx.xx.2013-cü il tarixdə Samux rayonu Yenikənd kəndində Yenikənd kənd İƏD-si nümayəndəsinin müavini X22, Yenikənd kənd Bələdiyyəsinin üzvü X5, pay torpaq sahəsinin sahibi Yenikənd kənd sakini Cavabdeh Əkbərəli oğlu, pay torpaq sahəsinin sahibinin həyat yoldaşı X27, pay torpaq sahəsinin sahibinin qızı X18, pay torpaq sahibinin oğlu X28, pay torpaq sahəsinin sahibinin qızı X17, pay torpaq sahəsini alan Yenikənd kənd sakini İddiaçı, Yenikənd kənd sakini qonşu şahid X10 iştirakları ilə tərtib olunmuş AKT-dan görünür ki, Yenikənd kənd sakini Cavabdeh Əkbərəli oğlu və onun ailəsinə Samux rayon Aqrar İslahat Komissiyasının, xx.xx.1998-ci il tarixdə verdiyi Torpaq Mülkiyyəti hüququna dair 117 nömrəli dövlət aktının 117z-planşetdə göstərilmiş 17359.25 kv.m olan pay 6 torpağını kənd sakini İddiaçı öz razı olamalarına əsasən alqı-satqı etmələri barədə AKT tərtib olunmuş və tərtib olunmuş akt iştirakçılar tərəfindən imzalanmışdır. Samux Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi təəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 145 nömrəli məktubdan görünür ki, İddiaçı həqiqətən Samux rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayır və ailə tərkibi X12, X23, X24, X30, X31 və X2 ibarətdir. 01 noyabr 2022-ci il tarixdə Samux rayon Notariat ofisi tərəfindən X7 ünvanlanmış 399 nömrəli məktubda, X7 və onun ailə üzvlərinə məxsus olan JN 117 KOD 50700018 saylı dövlət aktına dair Samux rayon notariat ofisində alqı-satqı müqaviləsi aşkar edilmədiyi bildirilmişdir. xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Samux rayon Yenikənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində X22, X19, X32, X33,X34, X13, İddiaçı oğu, X50, X6, X1 iştirakı ilə müqavilə tərtib olunaraq, torpaq sahibi X32 İN-114 nömrəli dövlət aktına əsasən 6-cı kanal adlanan sahədə olan 0.99 ha pay torpağında X33 JN-117 nömrəli dövlət aktına əsasən 6-cı kanal adlanan sahədə olan 1.73 ha pay torpağını, X34 JN-115 nömrəli dövlət aktına əsasən 6-cı kanal adlanan sahədə olan 1.24 ha pay torpağın X20 JN dövlət aktına əsasən 6-cı kanal adlanan sahədə olan 0.99 ha pay torpağını (cəmisi 4.95 ha) kənd sakini İddiaçı 10 (on) illik özlərinin razılaşmasına əsasən əkib becərmənin və yaxud örüş kimi istifadə etmək üçün müqavilə bağlanmış və iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, 23 aprel 2013-cü il tarixdə Samux rayon, Yenikənd İcra Ərazi Dairəsi üzrə icra nümayəndəliyində alqı-satqı müqaviləsi əsasında 900 ABŞ dolları məbləğində Cavabdeh Əkbərəli oğlundan 17359.25 ha torpaq sahəsini almış və həmin vaxt Samux rayon, Yenikənd kənd İcra Ərazi Dairəsi üzrə icra nümayəndəliyində Notariat Kontorunda aktda adları göstərilən şəxslər imza etməklə təsdiq edilməsini bildirmişdir. Məhkəmədən Samux rayon Yenikənd kənd İƏD-si üzrə nümayəndəliyində alqı-satqı müqaviləsi əsasında aldığı 17359.25 ha pay torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin 17359.25 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb ona təhvil verilməsi və onun həmin torpaq sahəsi ilə bağlı çıxarışın alınması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Əkbər oğluna və onun ailə üzvlərinə Torpağa Mülkiyyət hüququna dair JN-117 kod 50700018 nömrəli dövlət aktına əsasən 3.44 ha torpaq sahəsi verilmişdir. xx.xx.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh Əkbər oğlunun qarşılıqlı razılaşmalarına əsasən həmin torpaq sahəsinin 10 (on) il müddətinə əkib becərmək və yaxud örüş kimi istifadə olunması üçün müqavilə bağlanmış və bundan sonra həmin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh Əkbər oğlu arasında alqı-satqı barədə AKT tərtib olunmuşdur. Lakin Samux rayon Notariat ofisinin 01 noyabr 2022-ci il tarixli məktubunda, X7 və onun ailə üzvlərinə məxsus olan JN 117 KOD 50700018 saylı dövlət aktına əsasən alqı-satqı müqaviləsinin aşkar edilmədiyi bildirilmişdir. Hazırda mübahisəli torpaq sahəsinin əsas mülkiyyətçiləri Cavabdeh Əkbərəli oğlu və onun ailə üzvləridir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh Əkbərəli oğluna, X15, X7, X16, X8, X9 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia təmin edilməməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Əkbərəli oğluna, X15, X7, X16, X8,X9, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar