Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-69/2024 09.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Samux rayonu, Sərkar kənd nümayəndəliyində xx.xx.2011-ci il tarixdə 10 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 onun yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması, ödənilmiş 55 manat dövlət rüsumunun və mediasiya sessiyası üçün ödənilmiş 51 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Nikahları 2011-ci il tarixdə Samux Rayon Sərkar kənd Nümayəndəliyi tərəfindən 10 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X4 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Son dövrlər əsassız səbəblər və ya heç bir səbəb olmadan cavabdeh onu incidir, aşağılamağa çalışır. Həmin hal bir neçə vaxtdır başlamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Zamanla yola gələcəyini ümid etmişdir, lakin onunla birgə yaşamaqları mümkün deyil. Yetkinlik yaşına çatmayan uşaqları hazırda onun himayəsindədir. Hazırda cavabdehlə ailə-nikah münasibətlərini yekunlaşdırmaq qərarına gəlmişdir və bu məqsədlə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, nikahın pozulmasına razıdır, aliment tələbi yoxdur və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 Cavabdeh yanında saxlanılmasına və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 onun yanında saxlanılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, nikahın pozulmasında fikri qətidir, aliment tələbi yoxdur. Hazırda qızı Tərlan atasının, oğlu Yusif isə onun yanındadır. Məhkəmədən nikahın pozulması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 Cavabdeh yanında saxlanılması və xx.xx.2014cü il tarixdə anadan olmuş X2 onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, nikahın pozulmasına razıdır, aliment tələbi yoxdur. Hazırda qızı Tərlan onun, oğlu Yusif isə anasının yanındadır. Məhkəmədən nikahın pozulması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 onun yanında saxlanılması və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 İddiaçı yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixdə Samux rayon Sərkar kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İsmayılova (Səfərova) Lalə Vidadin qızının nikahları xx.xx.2011-ci ildə 10 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli psixoloji rəydən görünür ki, aparılmış söhbət nəticəsində müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan Tərlan atası Cavabdeh anası ilə yaşamaq istəmir. Yetkinlik yaşına çatmayan Tərlan atasının yanında qalmaq istədiyini bildirmişdir. Odur ki, xx.xx.2009-cu il təvəllüdlü X3 öz istəyinə əsasən valideynləri rəsmi olaraq ayrıldıqdan sonra atası Cavabdeh yanında qalması məqsədə müvafiq hesab olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər uzun müddətdir ki, ailə münasibətlərini kəsmiş, ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər. Onların nikahları formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, uşaqların yaşı və mənafeyi, həmçinin uşaqların kimin yanında qalması barədə iddiaçı ilə cavabdehin razılığa gəlmələri və psixoloji rəy nəzərə alınmaqla tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra cavabdehin yanında və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra iddiaçının yanında saxlanılmalıdırlar. Məhkəmə tərəflərin birgə yaşamalarının qeyri-mümkünlüyünü, eyni zamanda onlara verilmiş 3 aylıq müddət ərzində barışmadıqlarını, iddiaçı tərəfin nikahın pozulmasına təkid etməsini, cavabdeh tərəfin nikahın pozulmasına etiraz etməməsini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcələsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də, tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Sərkar kənd icra nümayəndəliyində 10 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra Cavabdeh yanında və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra İddiaçı yanında saxlanılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-69/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-69/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver