Məhkəmə qərarları › İş №2(058)-7/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-7/2024

15.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-7/2024 15.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus olan, Samux rayonu Lək kəndində yerləşən 1,4485 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-300/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertiza təyin edildiyindən mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə aralarında razılıq əldə olunduğu üçün sözügedən mülki iş üzrə ekspert rəyinə ehtiyac olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-7/2024 sayli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 52, 122, 191, 261-262, 263- 264, 266-269-cu maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edisin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar