Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-71/2023 06.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ X24 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaqların himayəyə verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşaqların himayəyə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə buirgə nikahlarından olan övladları-xx.xx.2011ci il tarixdə anadan olmuş X7, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 onun himayəsində qalmasının müəyyən edilməsi və yaşayış yerlərinin onun yaşayış yeri müəyyən edilməsi və uşaqların onun himayəsində qalmasına görə hər ay hər uşaq üçün 50 manat, cəmi 150 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahlarından 29.08. 2011-ci il tarixdə X14, xx.xx.2014-cü il tarixdə X8 və xx.xx.2017-ci il tarixdə X9 adlı üç uşaqları anadan olmuşdur. Cavabdeh psixoloji cəhətdən özünü normal aparmamış və tez-tez uşaqları döyərək onlara xəsarət yetirmişdir. Onların birgə yaşamaları mümkün olmadığından onlar rəsmi olaraq ayrılmışlar. Cavabdeh uşaqları öz anasının yanında qoyaraq çıxıb ərə getmişdir və o, hazırda cavabdehin harada yaşamasını bilmir. Onun bir ata kimi borcudur ki, uşaqlarına sahib çıxsın, uşaqlarının təlim tərbiyəsi ilə məşğul olsun. Hazırda uşaqları onun himayəsindədir və onun övladları həm ona və həm də bir-birinə bağlıdırlar. O, uşaqlarının ədəbdən, əxlaqdan kənar şəxsin yanında qalmasına razı deyildir. Hazırda uşaqlarının bütün qayğıları ilə o, məşğul olur. Cavabdeh isə uşaqlarını axtarmamış və uşaqlarının taleyi onu maraqlandırmamışdır. Eyni zamanda cavabdeh uşaqlarına baxmadığı halda o, hazırda uşaqlarına aliment ödəyir, yəni icra məmurunun qərarı ilə alimentin ödənişi onun əmək haqqına yönəldilmişdir. Odur ki, onun tərəfindən uşaqların saxlanması üçün onun əmək haqqından tutulan aliment işi üzrə icraata xitam verilməli və alimentin tutulması dayandırılmalıdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim etdi və bildirdi ki, o, Cavabdeh qarşı uşaqların alınması və aliment tələbinə dair iddia qaldırmışdır. Hazırda yaranmış zərurətlə bağlı iddia tələbinin həcminin azaldılaraq, cavabdehə qarşı alimen tələbindən imtina edərək, yalnız uşaqların onun himayəsinə verilməsi hissəsinə baxılaraq, iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçı iddia tələbibn azaldılması hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbinin azaldılması hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyini müdafiə etdi və iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 10 yaşdan yuxarı olmasını, uşaqların atanın yanında qalmasına dair fikrini, eləcədə uşağın maraqlarına toxunacaq halları nəzərə alaraq, məhkəmə araşdırılması zamanı X7 fikrinin nəzərə alınmasını zəruri hesab etmişdir. Bu səbəbdən də xx.xx.2011-ci il tarixdə anadan olmuş X14 məhkəmə iclasında iddiaçının və onun vəkilinin, Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi X13 iştirakı ilə dindirildi, dindirilmə zamanı X14 öz fikrini müstəqil şəkildə ifadə edərək, atasının yanında qalmaq istədiyini, bacı və qardaşlarından ayrılmaq istəmədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə iddiaçının və Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsinin izahatını, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 fikrini soruşub, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinin iddianın azaldılması hissəsində təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirimiş X15 ifadəsində bildirdi ki, İddiaçı onun kürəkənidir. Onun qızı Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X10, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə evlərinin qabağında qoyub çıxıb getmişdir. Həmin vaxt Tuba ona zəng edərək bayırda qaldıqlarını və onları evə götürməsini bildirmişdir. Cavabdeh uşaqlarına baxmamış, daima uşaqlarını incitmişdir. Bir nənə kimi onun nəvələrinə ürəyi ağrımışdır. Onun, hazırda qızının harada olması barədə məlumatı yoxdur. Özü hazırda yaşlı olmaqla xəstədir. O, uşaqlara baxa bilmədiyindən uşaqları xx.xx.2022-ci il tarixdə atasına təhvil vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(066)-1343/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 aprel 2010-cu il tarixdə Samux rayon qeydiyyat şöbəsində 70 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 29 avqust 2011-ci il tarixdə anadan olmuş X7, 01 fevral 2014-cü il tarixdə anadan olmuş X2 və 18 yanvar 2017-ci il tarixdə anadan olmuş X3 anaları, Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Samux rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q- 410/70 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə 70 nömrəli akt qeydi ilə tərtib olunmuş nikahları xx.xx.2021-ci il tarixdə pozulmuşdur. xx.xx.2022-ci il tarixdə Samux rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q- 410/70 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 avqust 2011-ci il tarixdə X14 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Samux rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q- 409/70 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 01 fevral 2014-cü il tarixdə X8 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Samux rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/350 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 18 yanvar 2017-ci il tarixdə X9 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Samux rayonu, Sərkar kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş aktdan görünür ki, X14, X8 və X9 xx.xx.2022-ci il tarixdən bu günə kimi atası Sərkar kənd sakini İddiaçı himayəsində yaşayırlar. xx.xx.2022-ci il tarixdə Göygöl rayon İcra Hakimiyyəti Başçısının Quşqara kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 48 nömrəli məktubdan görünür ki, Cavabdeh pasport qeydiyyatında olmasına baxmayaraq, hal-hazırda Quşqara kənd ərazisində yaşamır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində tərtib olunmuş aktdan görünür ki, həqiqətən X16 azyaşlı uşaqları 29 .08.2011-ci il tarixdə anadan olmuş X10, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 anası Qarayeva Lyubanın yanında atıb getmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə uşaqlarını Qarayeva Lyubadan təhvil almış və uşaqlar atası Sərxanın himayəsində qalmışdır. X11 harada olmasını və hara getməsini bilmirlər. Samux rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının (Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-1033/2022 nömrəli mülki iş üzrə) xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 fikirləri nəzərə alınaraq atasının himayəsindəqalması, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 azyaşlı olduğu nəzərə alınaraq anası Cavabdeh himayəsində saxlanılması məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci madəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X14, xx.xx.2014-cü il tarixdə X8 və xx.xx.2017-ci il tarixdə X9 adlı üç uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Samux rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 fikirləri nəzərə alınaraq atasının himayəsində qalmaları, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 azyaşlı olduğu nəzərə alınaraq anası Cavabdeh himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Lakin Cavabdeh uşaqları öz anası Lyuba Qarayevanın yanında qoyub getməsi, Cavabdeh hazırda harada olması, hansı ünvanda yaşaması məlum olmadığından, azyaşlı xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 da atası, İddiaçı himayəsində saxlanılmasını məqsədə müvafiq hesab edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il tarixdə anadan olmuş X14, xx.xx.2014-cü il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 Sərxan Həsrət oğlunun himayəsində saxlanılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2011-ci il tarixdə anadan olmuş X14, xx.xx.2014-cü il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X9 ataları, İddiaçı himayəsində saxlanılsınlar. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-71/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-71/2023
06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver