Məhkəmə qərarları › İş №2(058)-749/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-749/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-749/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Samux rayonu, Qarabağlar kənd sakini Cavabdeh zəbt etdiyi pay torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun və mərhum valideynlərinin mülkiyyətində 1.09 ha pay torpaq sahəsi vardır və bu barədə onun çıxarışı vardır. Həmin torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt etmişdir. O, cavabdehdən dəfələrlə torpaq sahəsini könüllü boşaltmasını və mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirərək, onun qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun sözügedən torpaq sahəsinə dair sənədi yoxdur, çıxarışda onun anasının, atasının və bacısı Günayın adı vardır, lakin atası həmin torpaq sahəsini ona vermişdir. Torpaq sahəsinin yarım hektarını iddiaçı satmışdır. Ümumilikdə 0.35 ha torpaq sahəsi həyətə çıxır, qalan 0.20 ha qalmışdır, həmin 0.20 ha torpaq sahəsinin yarısının onun və bacılarının arasında bölünməsinə razıdır. Təsərrüfatda su olan zaman o, həmin torpaq sahəsini suvarır, əkib-becərir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmir. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Qarabağlar kəndində yerləşən ümumi sahəsi 1.09 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, X3 və X1 adınadır. İşdə olan JN-220 KOD 50712028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktından görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu, Qarabağlar kənd sakinləri X3, X1 və X2 mülkiyyətinə 1.09 ha torpaq sahəsi verilmişdir. İşdə olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Çobanabdallı kəndində yaşayan İddiaçı və mərhum valideynlərinə məxsus Samux rayonunun Qarabağlar kəndində yerləşən 1.09 ha pay torpaq sahəsindən qardaşı Qarabağlar kənd sakini Cavabdeh istifadə edir və bacısı İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Həmin torpaq sahəsini daimi olaraq Cavabdeh istifadə edir, əkir, becərir, suvarır, məhsul toplayır və gəlir əldə edir. Dəfələrlə deyilməsinə baxmayaraq, İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə icazə vermir. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən digər şəxsə qanuni əsaslarla ayrılmış, lakin hələ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsi bu torpağa dair hər hansı bir hüququ, hətta ilkin torpaqayrıma sənədləri olmayan şəxs (şəxslər) tərəfindən özbaşına zəbt oluna bilməz. Əks halda qanunvericilik qanuni əsaslarla adına torpaq sahəsi ayrılmış şəxsi onun həmin torpağa dair hüquqları dövlət qeydiyyatına alınana qədər digər şəxslərin hüquqazidd qəsdlərindən müdafiə olunmaq imkanından məhrum olunmuş vəziyyətdə qoyardı ki, bu da Torpaq Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə zidd olardı. Qeyd edilən halları nəzərə alan qanunvericilik həmin maddə ilə Torpaq Məcəlləsinin məqsədlərindən birini də torpaq sahəsi üzərində hüquqların müdafiəsinə şərait yaradılmasından ibarət olmasını təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Samux rayonu, Qarabağlar kəndində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh faktiki istifadə edir. Beləliklə, bütün bu sübutların məcmusuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, onun mülkiyyətindən manesiz istifadə etmək hüququ təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Samux rayonu, Qarabağlar kəndində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Samux rayonu, Qarabağlar kəndində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar