Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-79/2024 05.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 və cavabdeh X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1, X2, İddiaçı4, İddiaçı5 cavabdehlər X6 və Cavabdeh2 qarşı “iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə naturada onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X8, İddiaçı4, İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X4 və Cavabdeh2 onların mülkiyyətlərində olan 2,0954 ha torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb naturada onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onların mülkiyyətlərində Samux rayonu Kəsəmən kəndində 3,73 ha pay torpaq sahəsi var və bu barədə mülkiyyət hüquna dair dövlət aktları var. Həmin torpaq sahəsinin 2,0954 ha hissəsini cavabdehlər öz başına tutub və hazırda da istifadə edirlər. Cavabdehlərə dəfələrlə zəbt etdikləri pay torpaq sahəsindən könüllü boşaltmalarını tələb etsələrədə cavabdehlər buna məhəl qoymurlar və öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanunla nəzərdə tutulmuş hüquqlarını pozur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qəbul edərək ekspert rəyi razı olduğunu və tələbin təmin olunmasına etirazının olmadığını bildirdi. Digər cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********56 reyster nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Kəsmən kəndində yerləşən 2.0954 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı5, X5, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6012 nömrəli ekspert rəyindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-0014 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən və İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.73 ha torpaq sahəsinin 2.0954 ha hissəsinin, faktiki olaraq X3 istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 10/4742 nömrəli ekspert rəyindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-0014 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən və İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.73 ha torpaq sahəsinin 2.0954 ha hissəsinin, faktiki olaraq X3 istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçılara məxsusdur, həmin torpaq sahəsinin müəyyən hissəsi hazırda cavabdeh X3 faktiki istifadəsindədir və cavabdeh iddiaçıların mülkiyyətində olan torpaqdan heç bir hüquqi əsas olmadan istifadə edir. Hazırda iddiaçılar onlara məxsus olan həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb edirlər. Lakin ekspert rəyi təsdiq edir ki, iddiaçılara məxsus sözügedən torpaq sahəsi məhz cavabdehlərdən yalnız X3 istifadəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur, hazırda cavabdehin həmin torpaq sahəsindən əsassız istifadə etməsi onların mülkiyyət hüququnu pozur və onlar mülkiyyətlərində olan əmlaka digər şəxs, yəni cavabdeh X9 tərəfindən edilən müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin cavabdehə münasibətdə əsaslı olmaqla təmin edilməli, cavabdeh X9 iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmalı, iddia tələbi digər cavabdehə münasibətdə, həmçinin sözügedən torpaq həmçinin sərhədləri müəyyən edilməklə naturada iddiaçılara təhvil verilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X9, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********56 reyster nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı5, X5, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 məxsus olan 2.0954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-79/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-79/2024
05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver