Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-799/2023 28.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə və “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə və “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qüvvədə olan qanunvericilik aktlarının və nörmativ sənədlərin, Azərbaycan Respublikası Konstitusiyasının 35, 52, 53, 57 və 60-cı maddələrinin, Azərbaycan Respublikası MPM-nin 4.1, 6, 14.2, 77.1 və 80-ci maddələrinin tələblərini tətbiq etməklə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə Regional Ərazi şöbəsinə” və “X10” MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə iş axtarışı ilə bağlı ölkənin bir çox idarə, müəssisə, təşkilatlarına və “X10” MMC-yə telefon vasitəsi ilə müraciət etmiş, qeyd olunan müəssisələr şəxsi sənədlərini “ev” formasında hazırlayıb göndərməyini məsləhət bilmişlər, o, isə sənədləri göndərmiş, onunla bəzi sorğu aparılmış, sorğuları bu və ya digər səviyyədə cavablandırmış, bəziləri onun sənədlərinin, bacarıqlarının tələblərə uyğun olmadığını bildirmişlər. O, həmin işdən imtina etmiş, yenidən iş axtarmağa başlamışdır. O, peşə kurslarında təhsil almaq məqsədilə 4 saylı Bakı Dost Mərkəzinə müraciət etmiş, iş axtaran kimi qeydiyyata alınan zaman elektron bazada onun adının işdə getdiyini bildirmişlər. Məlum olmuşdur ki, iş üçün müraciət etdiyi və sorğu zamanı onun səviyyəsinə, şəxsi sənədlərinə görə işə qəbul etməyən təşkilatlardan biri “X10” MMC-ti onu işə qəbul etmiş, lakin hansısa saxtakar əməllərini həyata keçirmək niyyəti ilə telefonuna işə qəbul olunduğu haqqında mesaj göndərməmiş, bir neçə il ondan gizlətmiş, sahibkarlıq subyektinin Samux rayonunda yerləşdiyindən xəbəri olmamışdır. Hazırda cəmiyyət cinayət əməlinə yol vermiş, onunla bağlanmış əmək müqaviləsinə imza atmamışdır. O, başına gələn qeyri-qanuni, saxta işə qəbul hərəkətlərinə görə “X10” MMC ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri kiçik sahibkarlarla iş üzrə baş idarəsinə müraciət etmiş, idarədə ona bildirmişlər ki, məsələ haqqında məlumatları yoxdur, həmin idarə onu əmək müfəttişliyinə yönəltmiş, əmək müfəttişliyindən məhkəməyə müraciət etməyini bildirmişlər. Onu işə götürən əmək qanunları məcəlləsini ciddi şəkildə pozan, onu işə götürüb gizlədən cəmiyyətin sədri X3 telefonlarını bağlamışdır. Öhdəsində 2 körpə uşağı vardır, 2019-cu ildən işsizlikdən əziyyət çəkir. Adının “X10” MMC-də işdə getməsi ilə əlaqədar heç bir yerə iş üçün müraciət edə bilmir. “X10” MMC fəaliyyətini tamamilə dayandırdığı üçün cəmiyyətə müraciətləri nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiaçının iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 bildirdi ki, iddiaçı onlara müraciət etmiş, lakin müqaviləyə xitam verilməsi onların səlahiyyətlərində olmadığından iddiaçının ərizəsinin təmin olunması mümkün olmamışdır. Məhkəmədən iddianın təmin olunmasına etiraz etmədi. Cavabdeh “X10” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “X10” MMC-nin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı ilə “X10” MMC-ti arasında xx.xx.2019cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olduğunu, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli olduğunu, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədarə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun “X5 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınmasıl tələbinin irəli sürülməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda, “X10” MMC-nin xx.xx.2018-ci il tarixdə ********** sayla dövlət qeydiyyatına alındığı, cəmiyyətin hüquqi ünvanı Az5126, Samux rayonu, Hacallı, nizamnamə kapitalı 40 (qırx) manat, təsisçisi və qanuni təmsilçisi X2, cəmiyyətin əsas fəaliyyət növü “Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti” - olduğu bildirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “X10” MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “qeydiyyatçı” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “X10” MMC öz fəaliyyətini dayandırmış, lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfin xahişindən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görəəmək pensiya yasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqdavə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəti orqanı olan X5 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “X10” MMC-ti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə “X10” MMC-ti arasında bağlanmış xx.xx.2019-cu il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-799/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-799/2023
28.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver