Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-8/2025 19.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, X1İ ilə, İddiaçı cavabdeh X3 qarşı “cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması və torpağın sərhədələri müəyyən edilərək ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehin onun və ailə üzvlərinin mülkiyyətində olan 1.09 ha torpaq sahəsinin zəbt etdiyi 0.20 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb naturada ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X3 qarşı “cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması və torpağın sərhədələri müəyyən edilərək ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-8/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-8/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver