Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-82/2023 08.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X9 MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X9 MMC-nə qarşı iddia qaldıraraq, cavabdeh X9 MMC-nin direktoru Bəhlul Cəbiyev ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər rayon Məşğulluq xidmətinə işlə təmin olunması üçün müraciət etmişdir. Ona bildirilmişdir ki, onun adına əmək müqaviləsi mövcuddur və aylıq 420 manat əmək haqqı alır. Halbuki onun həmin əmək müqaviləsindən xəbəri olmayıb. Sözügedən hüquqi şəxs onun xəbəri olmadan onunla əmək müqaviləsi bağlayıb. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 bildirdi ki, X9 MMC sözügdən formada bir neçə vətəndaşla internet vasitəsilə əmək müqaviləsi bağlayıb, həmin vətəndaşlarla bağlanan əmək müqaviləsi sistemdə mövcuddur. X9 MMC-nin hansı fəaliyyətlə məşğul olduğu isə onlara məlum deyil. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq ayağında elektron nəzarət vasitəsi olduğundan və həmin səbəbdən yaşadığı ərazini tərk edə bilmədiyindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh X9 MMC-nin direktoru X2 göndərilmiş məhkəmə bildirişləri ona çatmadığından növbəti dəfə məhkəmə tərəfindən ona qeydiyyatda olduğu ərazi dairəsi üzrə nümyəndəlik vasitəsi ilə bildiriş göndərilmiş, nümayəndəliyin məhkəməyə ünvanladığı məktubda X1 nümayəndəliyin ərazisində yaşamadığı bildirilmişdir. Məhkəmə bildirişlərinin cavabdehə çatmaması səbəbilə məhkəmə tərəfindən 12 saylı Ərazi Vergilər İdarəsinə sorğu verilərək X9 MMC-nin hüquqi ünvanı barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuş, 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda cəmiyyətin hüquqi ünvanının ünvan 1 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydası əmək qanunvericiliyində aydın şəkildə öz əksini tapmışdır. Həmin qanunvericilikdə əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilməsi konkret göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göründüyü kimi əmək qanunvericliyində əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də hazırki iddia tələbinin təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e tdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-82/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-82/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver